Azərbaycan milli hərəkatını “Xalq Mücahidləri ” kimi əlisilahlı örgütlərin kölgəsi altına çəkmək, Azərbaycan torpaqlarına göz dikən kürd terror qrupları ilə yan-yana oturtmaq istəyənlər, HƏRƏKATIMIZIN sivil, mədəni mahiyyətindən və onun böyüklüyündən xəbərsizdirlər.
AZƏRBAYCAN MIİLLİ HƏRƏKATI tarixi düşməndən əyilərək payumanların deyil, fars irqçiliyinə və işgalçılığına qarşı amansız mübarizədə, şərtlər nə olursa-olsun, dik dura bilənlərin hərəkatıdır.
Azərbaycançılığımıza qarşı, hər hansı ad və bəhanə ilə olursa-olsun, irançılığı MİLLİ HƏRƏKATIMIZA diktə etməyə çalışmaq fars şovinizminin, fars irqçiliyinin dəyirmanına su daşımaqdan başqa bir şey deyildir.
Azərbaycan milli hərəkatı, artıq, fars şovinist dairələrinin cılız opportunist qruplar vasitəsi ilə içdən fəth edə bilməyəcəkləri qədər sarsılmaz, uca, möhkəm bir qaladır və bu qala, cilddən cildə (molla, Xalq Mücahidi, Pəhləvi, cumhuriyyətçi və s.) girən fars şovinizminin məkrli oyunlarına aldanmayacaq qədər bilgili və təcrübəli gerçək hərəkatçılar tərəfindən qorunmaqdadır.
Əminəm ki, Azərbaycan milli hərəkatının MİLLİ DÖVLƏTÇİLİK hədəfi və prinsipinə sadiq gerçək nümayəndələri opportunizmin bu növbəti saldırısını da, bir daha , həzimətə uğratmağı bacaracaqlar.
Sayqılarımla!
Çingiz Göytürk