|
GAİP XƏBƏR : Türkiyə Baş naziri Rəcəb Təyyib Ərdoğan, Türkiyənin 1915 də yaşanan hadisələrin "soyqırım" olaraq xarakterizə edilməsini qəbul edə bilməyəcəyini vurğulayaraq, ABŞ Başçısı Barak Obamanın da bu ifadəni istifadə etməyəcəyindən əmin olduğunu bildirdi.
GAİP XƏBƏR mərkəzinin əldə etdiyi məlumata görə, Nüvə Təhlükəsizlik Zirvəsi üçün Vaşinqtonda, CNN, televiziyası jurnalisti Christian Amanpourun suallarını cavablayan Ərdoğan, əhəmiyyətli açıqlamalar verdi.
ABŞ dakı Erməni qanununa Türkiyənin reaksiyası və qanunun Nümayəndələr Məclisi Xarici Əlaqələr Komitəsində qəbulunun ardından Türkiyənin Vaşinqton Səfiri Namiq Tanın müşavirələr üçün Ankaraya çağırıldığı xatırladılan xəbərdə, Ermənilərin, "1915 ilə 1917 arasında Osmanlı İmperatorluğu rəhbərliyi altında 1,5 milyon insanın mütəşəkkil cinayətlər nəticəsində öldürüldüyü" iddiasına yer verildi.
Xəbərə görə Ərdoğan, "Mənim gözləntim bu istiqamətdə, çünki bu günə qədər heç bir Amerika lideri bu sözü istifadə etmədi və Prezident Obamanın da istifadə etməyəcəyinə inanıram" dedi.
Hadisələrin olduğu dövrün döyüş və üsyanlar dövrü olduğuna işarə edən Ərdoğan, 1914-1918 arasında Türk xalqının da qorxunc itkinlər yaşadığına diqqəti çəkdi.
Ərdoğan, "Heç bir xalqın, tarixi öz anladığı şəkliylə digər xalqlar üzərinə təlqin etməyə haqqı yoxdur və Türkiyə bunu etməyə çalışmayir" deyə danışdı.
İran problemi
Ərdoğan, İranın nüvə fəaliyyətləriylə əlaqədar problemə dair, "Bir həll tapa biləcəyimizə inanıram. Diplomatik həll üçün buradayam" dedi.
Xəbərdə, "Ərdoğan, ABŞ Prezidenti Barak Obamanın İrana yeni möhkəm sanksiyalar gətirilməsi səyini dəstəkləməyi rədd etdi, ancaq ölkəsinin Tehranın nüvə həvəslərindən qaynaqlanan diplomatik çıxmazda rabiliçilik etməyə istəkli olduğunu qeyd etdi" ifadəsi istifadə edildi.
Ərdoğan, xəbərə görə, Beynəlxalq Atom Enerjisi Təşkilatı (IAEA) və Nüvə Silahların Yayılmasının Önlənməsi Andlaşmasına (NPT) üzv ölkələrin "bu mövzuda birlikdə çalışması lazım olduğunu" ifadə edərək, "Türkiyə olaraq, çox əhəmiyyətli bir vasitəsi vəzifəsini görə bilərik" deyə danışdı.
CNNin xəbərində, BM Təhlükəsizlik Şurasının keçici üzvü Türkiyənin, İranın nüvə yanacaq proqramını dayandırmasını istədiyi, ancaq Tehranın bu tələbi rədd etdiyi və zənginləşdirilmiş uran çıxarmağa davam etdiyi qeyd edildi. Xəbərdə, İranın, nüvə proqramının barışçıl məqsədlər daşıdığında israrçı olduğu, ancaq ABŞ in Tehranı nüvə bomba inkişaf etdirməyə çalışmaqla günahlandırdığı xatırladıldı.
|