GAİP XƏBƏR

TPL_GK_LANG_GK_MOBILE_DESKTOP TPL_GK_LANG_GK_MOBILE_REGISTER TPL_GK_LANG_GK_MOBILE_LOGIN

Güney Azərbaycan və İran qarşılaşması, geçmişdə, indi və gələcəyi

 

Aslan SoltaniGAİP:Güney Azərbaycan və İran qarşılaşması, geçmişdə, indi və gələcəyi.

 


İki qavram
İki fərqli fikir ürətən sistemlər, ayrı ayrı olsalarda eyni zamanda həmdə iç içədirlər. Bu model Güney Azərbaycan mərkəzli düşüncə sistemi və İran mərkəzli düşüncə sistemi üçün də geçərlidir. Coğrafiyayi baxımdan hələlik bir birin içində olsalarda, düşünsəl baxımdan tam ayrıdırlar.
Modern, sekular, insan mərkəzli, doğa və təbiətin dəyərini bilən , və bir sözlə aydın gələcəyi hədəf alan Güney Azərbaycan mərkəzli düşüncə sistemi qarşısında, geriçi, dinçi, insanı öz hədəfləri üçün alət və nəsnə görən, doğa və təbiətə dəyər verməyi bilməyən və bir sözlə gələcəyə qaranlıq baxan İran mərkəzli düşüncə sistemi dayanır. Bu qarşılaşma özəlliklə son 100 ildən bəri çeşidli və muxtəlif meydanlarda həyata geçmişdir. İstər kültürəl, istər siyasal hər zaman iki ayrı fikir və düşüncə forması ilə ortaya çıxan bu sistemlər, son çağda daha yaxından Sürtüşmə və İstekaklarla hərəkət etməkdədirlər.

 

Bu Sürtünmə və İstekakın sonucu və nəticəsi olan enerji vəya enerjilər kontrol edilmədikdə vəya çarpışma tərəflərinin hər hankı birinin xeyrinə zəbt olmadıqca, önü alınamaz dərəcədə xəsarət və problemlər ortaya çıxarda biləcəklər.
Güney Azərbaycanın siyasi durumu 22 May 2006 qədər
On illərdən bəri öz müqəddəs və ruh verici həyatına dəvam edən və günümüzə qədər güclüklərə qarşın gəlib yetişən “ Güney Azərbaycan Milli Hərəkəti” adlı bir varlığın hazırkı durumu və içində bulunduğu siyasi-ictimai şəraiti dəyərləndirmək və qısada olsa içində olduğumuz duruma baxmaq istəyindəyəm.
“Güney Azərbaycan Milli Hərəkəti” və ya qısaca “Milli Hərəkət”-in ən yeni aşaması, aşağı yuxarı 1370 şəmsi-1991 miladı illərində yenicə bitmiş İran-İraq savaşının küllərinin içindən yüksəlməyə və cücərməyə başladı. Çağın və zamanın yaratdığı gərəksinimlər və ehtiyaclarıdan dolayı ilk başda yumşaq və ehtiyatlı bir sözcük dairəsi-terminoloji ilə başlanılsada sonralar İran hakimiyyətinin özünü güclü hiss etdiyi çağlarda (Məhəmməd Xatəminin prezidentlik dövrü) bu terminoloji yavaş yavaş genişlənməyə və ilk başdakı konservativ və ehtiyatcıl olmaqdan uzaqlaşmağa və ən son 6-7 il içində isə daha kəsgin və sərt hal almağa başladı. İlk başda İranda yaşayan Türklərin və özəlliklədə Güney Azərbaycanda yaşayanların gənəl olaraq “kültürəl” haqlarının geri qaytarılması və verilməsi söz qonusu ikən, sonralar bu istəklər və çağrılar daha da genişlənib “Federalizm” , “Özərklik” və sonda “İstiqlal”a gəlib çatdı. Dünyadakı hər fiziki və ya hüqüqi varlqda olduğu kimi “Milli Hərəkət” də öz evrimin-təkamülün geçirməklə canlı və dinamik bir varlıq olduğunu beləliklə isbatlamış oldu. Bu arada İran düşüncə sisteminin (İran içindəki dövlət və opozision və xaricdə olan Fars və şovinist düşüncə sitemi) bu haqq çağrılara çavab verməməsi və onu ya baykot yada məhv etməyə çalışması bu hərəkata daha da dinamizm və devinim bağşladı.
Hər bir tezin bir anti tezi və hər bir eyləmin-əməlin bir tepkisi-reaksiyası olduğuna inanaraq və əlbəttə evrən və kainat qanunlarına dayanaraq söyləmək mümkündür ki yenicə özünün ən yeni həyat fazasına və formasına girmiş və başqa deyimlə yenidən doğulmuş bu tarixi gərəksinim (Güney Azərbaycan Milli Hərəkatı) qarşısında davranış, düşüncə və teorik əsasları Qaranlıqlıq, Geriçilik və Şovinizm olan İran mərkəzi dövləti boy göstərməyə başladı.

İlk aylardan başlayaraq “Milli Hərəkata” mənsub olan şəxslər İran dövlətinin bu reaksiyalarından paylarını almağa başladılar. 1374-1995 ci il Təbrizdə məclis seçgilərindəki tarixi saxtakarlıq bu davranış tərzinin ilk açıq və aydın nümünəsi sayılırdı.
Ayrıca İran dövləti zor və qəhriyyə gücə dayanaraq hərəkat üyələrini yoldan döndərmək, bezdirmək, umudsuzlandırmaq, təhdid etmək, tətmin etmək, onlara siyasi və əxlaqı şantaj yapmaq və ən son fiziki terora məruz qoymaqla özünün bu hərəkata yanaşma tərzini göstərmiş oldu.

Prof. Zehtabi, Mühəndis Əmani, Səhənd Əfşari, Çəngiz Bəxtavər, Cəfərzadə ailəsi və onlarla başqa bildiyimiz və bilmədiyimiz qətllər İran rejiminin Güney Azərbaycan məsələsinə necə baxdığını açıqca göstərməkdə idi. Bunlara paralel olaraq İranı düşüncə sisteminin xaric qolu olaraq çeşidli Fars şovinizmi mənsubları Milli Hərəkatı baykotda saxlamaqla əməldə İran rejiminin davranışlarına Yaşıl ışıq yandırıb və bizi yox etməy çaba göstərdilər.
Güney Azərbaycanın siyasi durumu 22 May 2006 sonra
Tarixi bir dönüm noqtəsi sayılan 22 May (1 Xordad 1385) 2006 etirazları Güney Azərbaycanın gələcəyi və gənəl olaraq Milli Hərəkatın davranış biçimi və tərizini dərindən etkilədi. Milli Hərəkatın fikri və düşünsəl əsasları, məhdud şəkildə aydın fikirli topluluqlardan millətimizin arasına yayılmağa başladı. Ana dilində təhsil, kültürəl basqılara etiraz, iqtisadi və siyasi özərklik və xodmoxtarinin istəyi və ən sonda isə istiqlal, bunlar artıq normal vətəndaşların fikirləri və gündəlik danışmalarının bir parçası halınə gəlməkdə idi. Bu tarixsəl fikri dəyişimin önünü almaq üçün İran rejiminin şeytanı və olumcul tezi əsasında, Güney Azərbaycan məsələsi bir dəfəlik İran xeyrinə həll olunmalı idi. Artıq İran üçün ən yaxşı halda Güney Azərbaycan “yanıq topraq” siyasəti sonucu boşaltılacaq və səkənəsiz qalacaq yada ən pis halda problemlərlə dolu bir bölgə halınə gələcək idi.
Bu qorxunc siyasəti bir sonun başlanğıcı saymaq olar, ya İran mərkəzli düşüncə sistemi öz daimi rəqibi olan Güney Azərbaycan düşüncə sistemini məğlub edib bir dəfəlik bu məsələyə həll tapacaq, yada tam əksinə İran bu rəqabətdə məğlub olub Güney Azərbaycan bir dəfəlik öz yolunu ayıracaq dır. Son 100 ildə yavaş yavaş və tədrici asemilasion və özgələşdirmə siyasətlərinin yanı sıra, sözünü etdiyim ən son siyasətin iki ana mehvəri və axsəni vardır.
A) Urmu gölünün bilincli olaraq qurudulması
B) Batı Azərbaycanın kürdləşdirmə projəsinin sürətləndirilməsi
Artıq hər iki siyasət tam sürətlə iləri getməkdədir.Urmu gölünün sadəcə 10% suyla doludur və qalan 90% artıq çolləşdirilmişdir. Yüz minlərlə ton duz və ağır ziyanlı metalların külək və yel vasitəsi ilə məntəqəni yaşanmaz halə gətirməklə yanaşı, dağılmış bölgə ekosistemi, məcburi halda yerlərindən köçmüş Güney Azərbaycan kəndliləri və bir sözlə yox edilmiş Batı Azərbaycan İran dövlətlərinin yaratdığı əsərin sadəcə bir qismidir. 

Kürd məsələsinə gəldikdə isə durum dahada ciddidir.

Son 25 ildə Batı Azərbaycana köç etməyə başlamış Kürdlər, artıq yavaş yavaş bölgəyə topraq iddiası ilə çıxış etməkdə dirlər. Maraqlıdır ki İranın yeni prezidenti Həsən Ruhani dönəminin yeni başlanılmasına rəğmən, Kürdləşdirmə prosesi neçə qat dahada hızlı və sürətli davam edir. Batı Azərbaycana Kürd dilli valının təyininə təşəbbüs, Batı Azərbaycanın bəzi məclis nümayəndələrinin əsassız çıxışları və Batı Azərbaycanın güney bölgəsinin Quzey Kürdistan elan edilməsinə çağırış və s.
Həsən Ruhaninin İran rejiminin ən iç və əmniyyəti möhrələrindən olduğuna görə, Kürdləşdirilmə siyasətinin sürətlənməsi o qədər də təccüblü deyildir.
Bölgədəki durum
Türkiyyədəki mövcud olan siyasi durum və AKP-nin Amerika ilə tam əməkdaşlığı sonucu doğan anti Türk və Kürd yanlı siyasətlər get gedə öz sonucun verməkdədir. Quzey İraq-Türkiyə neft anlaşması bu durumun nə dərəcədə ilərlədiyini göstərir. Neft paralarının axdığı Quzey İraq Kürd bölgəsi bizim topraqlarda gözü olan Kürdlərin nələrə əl atacaqlarını izah edə bilər. Suriyyə Kürdlərinin özərklik almaları və Türkiyədə Kürd milliyətçiliyinin güclənməsi gələcəkdə Güney Azərbaycan açısından təhlikəli və problem yaradıcı ola biləcəkdir.
Sonuc
İran mərkəzli düşüncə sisteminin Güney Azərbaycan düşüncə sistemini özündə həzm etmə çabaları get gedə sürətlənməkdədir. Çeşidli araclarla bu yox etmə mekanizmini önə aparan İran tərəfi həmidə Kürd faktorundan da istifadə etməkdədir. Bu son savaş bizim açımızdan çox önəmli olmaqdadır və bu cəbhədə qalib çıxmaq üçün əlimizdən gələni etməliyik. Birliyimizin gücləndirilməsi, lobiçilik fəalliyətlərinin çoxaldılması və Güney Azərbaycanda millətimizin umumi həssasiyyətini bu qonulara yüksəltmək ən önəmli addımlardan hesablana bilər.

Aslan Soltani - Stockholm

 

Share

Güney Azərbaycan İstiqlal Partiyası -حزب استقلال آذربایجان جنوبی- South Azerbaijani Independence Party (GAİP,گايپ SAİP, 2004© )

TPL_GK_LANG_MOBILE_TOP TPL_GK_LANG_MOBILE_SWITCH_DESKTOP