GAİP XƏBƏR

TPL_GK_LANG_GK_MOBILE_DESKTOP TPL_GK_LANG_GK_MOBILE_REGISTER TPL_GK_LANG_GK_MOBILE_LOGIN

مرکز تحقیقات و استراتژی حزب GAİP Strateji Araşdırmalar

Güney Azərbaycan bayrağı

Güney Azərbaycan bayrağıGAİP :Parçalanmaya məruz qalmış siyasi statusundan asılı olmayaraq bütün azərbaycanlılar tarixi proseslərdə milli kimliyini qorumağı bacarmış millətdir.

 

 

 

 

 Gaip001254445



 

 

 

 

 

 

 

 

 

 

 

 

Bununla bərabər zaman-zaman müstəqilliklər, işğallar yaşamış xalqımız köklü olaraq 1918-ci ildə öz dövlətçilik simgələrini Azerbaijan-flagmüəyyənləşdirdi. Bu gün dünyada Azərbaycanı təmsil edən üç rəngli milli bayrağımız 1918-ci ildə quzeyli güneyli Azərbaycan rəhbərlərinin birgə qərarı ilə qəbul  edilmişdir, lakin siyasi açıdan bayraq diplomatik və beynəlxalq qaydalar sıxıntısından dolayı Azərbaycanın Güneyini təmsil etmə hüququndan məhrumdur.


Bu səbədən də, Güney Azərbaycanın apardığı istiqlaliyyət savaşını dünyaya ifadə edən və simgələyən bayrağın gərəkliliyi danılmaz və qaçınılmazdır. Yəni Güney Azərbaycan Milli Hərəkatını, o cümlədən qurulacaq Güney Azərbaycan Dövlətini təmsil edəcək bayraq müəyyənləşdirilməlidir.
Bu sorunu həll etmək üçün hal-hazırda bir çox əyləmlərdə, toplantılarda millətimizin,özəlliklə gənclərimizin dalğalandırdığı QIRMIZI (Babək azadlığ bayrağı) rəngli bayraq hərəkatın simgəsi olaraq qəbul edilmişdir. Bunun dışında başqa bayraqlar təşkilat, ya da partiləri təmsil edən bayraqlar olaraq dəyərləndirilməli və sayğı duyulmalıdır.

Yalnızca diqqət yetirilməsigərəkən çox incə bir məqam vardır. Simgə olaraq təmsil etdikləri parti və ya təşkilatların bayraqları "Güney AZ Milli Bayrağı" olaraq alqılanmamalıdır. əksi təqdirdə "Azərbaycanın bütöv milləti" anlayışından uzaqlaşmış olacağıq.Bu isə yeni millət (Güney Azərbaycan Milləti) məfhumunu yaratmış olur.

Yuxarıda vurğuladığımız fikiri bir daha altını cızaraq vurğulamaq mütləqdir ki, Azərbaycan siyasi statusca parçalanmış ola bilər, ancaq millət o tayli da, bu taylı da eynidir.Bir millət iki siyasi status. Biz bir tək amal uğrunda Milli Davamızda qələbə qazanaraq siyasi ayrılığı aradan qaldırmaqla birləşmiş Bütöv Azərbaycan yaratmalı - bir millətin bir dövlətini qurmalıyıq.

GAİP MANİFESTO

 

 babekGÜNEY AZƏRBAYCAN BAYRAĞI

 

 

 

 

 

 

 

Dünyanın En Gözel Geçici Bayrağı
Güney Azərbaycan bayrağıHer kese ve her millete özünün yiyelendiği her şeyi en gözel olduğu kimin, bize de bu bayraq bizim bayrağımız olduğuna göre dünyanın en gözeli dekik. Geçici dediğimizde, Güney Azerbaycan milli hereketinin bağımsızlığa ve istiqlala varanacan bayrağımız bu olsun diye düşündük. Güney Azerbaycan öz bağımsızlığınıelde edenden sonra ve bütün Azerbaycanın yaranışında, bizi ikiye bölen Araz çayının simgesi olan çizgi de qaldırılırken ebedi ve milli bayrağımıza qavuşmuş oluruq.

Helelik, bu geçici bayrağa baxan derin düşünenler onda bütün Azerbaycan'ı görebilerler. Ne yazıq ki onda bizi zülmülen ayıran, bizi ikiye bölen sınırıda görebilirik. Bu bayraq her kesin veya her qurubun sıradan sunduğu bayrağa benzemez. Onda telesiklikle milli bayrağımızın boyalarıyla veya kesişleriyle oynanılmamışdır. Bu bayraqda bütün Azerbaycan'ın doğru ve gerçek indiki durumu görünür.


Bu bayraqda bir milleti ikiye bölen Araz çayının acı gerçeğı milli bayrağımızı etgiliyen ve deyiştiren yalnız simge olmuştur. Bu bayraq ap açıq gerçeğı ortaya qoyarken ebedi ve milli bayrağımızızedelememiştir. Demek bir veteni ikiye bölündüyünü göstererken sayqısızlıkda bulunmamıştır. Yaxın geçmişte başqa sunulan ve hatta Güney Azerbaycanın milli bayrağı diye yerleştirilmeye çalışılan bayraqlarda bütün Azerbaycan bayrağına sayqısızlıkların olduğuna tanıq olmuşuq.

Yazıqlar olsun ki özel ve kişisel seçeneklerden yola çıxan ve yerinin boşolmamasını güden kimseler ve quruplar ebedi ve milli bayrağımızı öz oyunlarına getirmeye çalışmışlar. İndi cüre be cüre Güney Azerbaycan bayrağı ortalarda milli bayraq adlanırken, Güney Azerbaycan İstiqlal Partiyasının bayrağı en düzgün en uyqun ve bizi simgeleyen en gerçekçi bayraq görünmektedir. Başkendimiz Tebriz'de develt binasının başında, ebedi Azerbaycan bayrağının eseceği günün umuduyla.

Sayqılarımla
Oğuz Türk -GAİP ARAŞDIRMA MƏRKƏZİ

 


 

Bayraq mubahiseler 2005

Çox həssas və çox mübahisəli mövzulardan biri də Güney Azərbaycan Bayrağıdır.Güney Azərbaycanı təmsil edən bayraq və simvolun olması danılmaz bir zərurətdir. Bu nöqsanı bir an öncə həll etmək milli hərəkətimizin əsas addımlarından biridir. Bu mövzu illərdi mübahisəyə səbəb olub. Bu məsələ ancaq millətimizin iradəsi və istəyilə həll ola bilər. Məhz buna görə də indiyə qədər aparılan mübahisələrin nəticəsini xülasə olaraq millətimizə təqdim edib və bütün millətimizi bu 

məsələnin həllinə dəvət edirik.Keçən iki il müddətində Güney Azərbaycan Bayrağı haqda müxtəlif təşkilat və şəxsiyyətlərimizlə içəridə və eşikdə danışıq və  yazışmalarımız oldu. Bu mübahisələrin nəticəsini iki fikir ayrımında  bəyan etmək olar.

A - Bir sıra soydaşlarımız Azərbaycan bir oldughunu və bayrağının da eyni olduğunu vurğulayıb, başqa bayraq lazım deyil deyə hər
hansı bir bayrağın Güney üçün seçilməsini rədd edirlər. Yəni mövcud Azərbaycan bayrağını həm Güney, həm də Qüzeyin (Bütöv
Azərbaycan) bayrağı hesab edərək hər hansı bir başqa bayrağı qəbul etmirlər.

 

B - Amma emosiyadan uzaq, siyasi və diplomatik əlaqələrə vaqif olan bütün təşkilat və şəxsiyyətlərimiz təkid edirlər ki, beynəlxalq qanunlara görə movcud bayraq Azərbaycanın bütövlüyünü nümayiş və müdafiə edə bilməz. Bəlkə onun qanuni və hüquqi hüdudları həmən müstəqil Azərbaycan ərazisidir ki, BMT tərəfindən Azərbaycan məmləkəti kimi tanınır. Başqa sözlə desək, Azərbaycanın bayrağı mənəvi baxımdan bütün Azərbaycanlıların bayraği olsa da, hüquqi baxımdan sadəcə Azərbaycanın bir hissəsini təmsil edir. Demək, vahid Azərbaycan təşkil olmayana qədər vahid bayraq bizi təmsil edə bilməz.Biz hamımız bu bayrağı sevir və müdafiə edirik. Bu bayrağın dalğalanması üçün canımızı da verməyə hazırıq, amma bizim  istəyimiz kifayət etmir. Yəni, biz bu bayrağı sevib, öz bayrağımız bildiyimiz halda, bəlli qanuni məhdudiyyətlərə görə bu bayraq bizi müdafiə edə bilmir. Niyə ki, hər bayraq bəlli bir ölkəni, siyasi avtariteti, siyasi ya milli coğrafiyanı, partiyanı, orqanizasiya... və nəhayəti bəlli bir varliği bəlli təriflər əsasında nümayəndəlik edir . Məhz buna görə də, bu gün Azərbaycanın müvcud bayrağını qaldıranda Təbrizi yox, bəlkə Bakını nümayəndəlik edir. Elə həmən qanuni məhdudiyyətlər və maneələrə görə də bizi təmsil edən bayraq lazımdır ki, həm hərəkətimizi tanıtdırsın, həm də diplomatik problem yaratmasın.İkinci fikir sahibləri çoxunluğu təşkil edir və demokratik bir formada Güney Azərbaycan bayrağının təyinləşməsinin tərəfdarıdırlar.

 

Güney Azərbaycan bayrağının yançıları tərəfindən mübahisələrdə çox təkid olunan mövzu mövcud olan Qüzey Azərbaycan bayrağının rəng, ay və ulduzu qorunub bəzi əlavələrlə Güney Azərbaycan bayrağı olaraq səsə qoyulmasıdır. Bunun illəti Azərbaycanın bir millət olduğu gərçəkliyini bəyan edərək, iki siyasi statusa malik olduğunu da ifa etməkdir. Yəni bayraqda olan birlik milli birliyi, kök birliyini və ayrım isə siyasi ayrılığı göstərir. Bu ayrılığı və bənzəri Türkistanla Türkiyə, Türkiyə ilə Qibris, eləcə də Ərəb ölkələrindən Ordun, Suriyə, İraq, Ərəbistan, Filistin və eynisi də Afrikan ölkələrinin bayraqlarında görünür ki, bayraqda olan birlik onlarin kök birliyini və ayrım isə onlarin siyasi ayrımlarını bəyan edir. Biz də millət olaraq bir,
amma siyasət olaraq iki ayrı siyasi şəraitdə yaşayırıq. Yəni, Qüzeyin müstəqil dövləti və bayrağı var, BMT və dünya ölkələri
tərəfindən tanınıb. Güney isə Iran işğalı altındadır ki, öz milli və insani haqlarını əldə etmək üçün mücadilə edir.Bu düşüncə əsasında millətimizin diqqətinə çatdırılması üçün nümunələr də təklif olunubdur. Millətimizə müraciət edərək bu nümunələri təqdim edib və fikir bildirməsini xahiş edirik. Hər hansı nümunə çox səs qazansa onu Güney Azərbaycan Bayrağı qəbul edib, o bayrağın altinda birləşıb, bütün beynəlxalq və daxili fəaliyyətlərimizi o bayrağın altında davam etməliyik.Məhz buna görə də, bu nümunələri izahatları ilə bərabər qeyd edib, hörmətli Güney Azərbaycanlıları birlikdə mövcud olan bu ciddi nöqsanın həllinə dəvət edirik.Qeyd edək ki, bu açıq mübahisəyə 6 ay zaman təyin olunub. Fikir və önərilərinizi səbirsizliklə gözləyirik. Bütün yazılarınız olduğu kimi sita yerləşdiriləcək* Ümid edirik bu mübahisələrin sonunda qəti qərara gəlib və bir bayrağın altında toplaşa bilək.

 

*- İçtimayi siyasi ədəbiyatdan xaric olmamaq şərtilə.

 

 


Bayraq nümunələri:

 

1. Birinci Bayraq - Azərbaycan bayrağında ayın yeri dəyişib. Yəni eyni rəngli bu bayraqda ay eşiyə yox, bəlkə içəriyə baxır.

 

 

 

 

2. Ikinci bayraq - eyni Qüzey Azərbaycan bayrağıdır, sadəcə burda bir ulduz daha əlavə olunub. Yəni eyni rəngli bu bayraqda bir ay və iki ulduz var. Bu bayrağı təklif edənlər iki Azərbaycanın birləşdiyi zaman Bütöv Azərbaycan bayrağını Qüzeylə Güneyin cəmi, yəni bir ay üç ulduzlu olmasını təklif edirlər.

 

 

 

 

 

 

 

 

 3. Bu bayraq əvvəl başqa formada təklif olunmuşdu, daha sonra əvvəlki formasından təkmilləşdirilib. Yəni əvvəl Azərbaycan  bayrağının üzərində Qüzeylə Güneyi ayıran hüdud dəmir məftillərlə göstərilirdi. Daha sonra həmən təklif təkmilləşdirilmişdir. Belə ki, dəmir məftilin hər hansi bir bayraq üzərində məqbul olmadığı fikri 

irəli sürərək dəmir məftili götürüb və Arazı hüdud boyu ayrılıq simvolu kimi göstərir. Əlbətdə bayraqda Türk rəngi (göy rəng)olduğu üçün burda Araz göy rəngdə yox bəlkə ağ rənglə gəstərilib. Bu qrup da Azərbaycan birləşdikdən sonra ayrılıq simvolunu bayraqdan götürüb və mövcud bayrağı Bütöv Azərbaycan bayrağı kimi təklif edir.

 

 

 

 

 

 

 

Saleh İldirim. 10.10.2005.

 

 


Saleh Bey qardasima semimi qelbden salamlar.
Eziz qardasim, beri basdan bayraq haqdaki yazilari oxumagima imkan yaratmaginiza gore size tesekkur edirem ve bayraq haqda bir nece soz de men demek isteyirem.
Azerbaycan Turklerinin bir bayragi vardir ve o bizim hamimizin muqeddes remzidir. Ancaq tarixin gedisati ve siyasi sebebler Guney ucun ayri bir bayragin olmasini vacib hala getirmisdir. Teqdim olunan uc bayraqi da qebul etmek olardi ancaq ucuncu yerde olan digerlerinden daha mentiqli ve agla batandir, lakin onun da Guney-
 Quzey ferqini istenen sekilde araya qoyduguna qane deyilem. Bilmirem elinizde var ya yox, Merhum Elcibeyin yol gostericiliyi ve xeyir duasi ile kilmligi namelum arazoglu texelluslu sexs terefinden yazilmis  Muxteser Azerbaycan Tarixi adli kitabda Guney Azerbaycan bayraginin ne sekilde olacagi da teklif edilib. Mence en agla batani  odur. Orda Azerbaycan bayraginin butun elametleri qorunur, ancaq Guney esaretde olduguna gore, oz musteqilliyini hele de qazana  bilmediyine gore yas elameti kimi ay ve ulduz qara rengde verilibdir. ve teklif edilib ki, Guney oz azadligina qovusana ve Quzeyle birlesene kimi bu yas elameti qalsin ve birlesildikden sonra qara reng goturulsun ve butov Azerbaycan bayragi, yeni indiki bayraq qebul edilsin. Bayragin menevi ve muqeddes elametleri nezere alindiqda
mence de en agla batani o olmalidir. Hemin bayragi xalqimizin nezerine catdirmaqa imkan yaratmaghinizi xahish edirem.

 

Hormetle.
Seyfeddin Altayli

 

Artıraq ki 2010 ci il Seyfeddin Altayli bəyin təklifini   türkiyədə yaşıyan bir neçə şəxs,onu Elçibəyə məxsus verməyə qalxdılar  ama bu önərı yanlız Seyfeddin Altayli bəyin önərisidir və Elçibəyin bunu görmüş və" buda bir Fikirdir "diyə üstündən keçmişdir , ancaq  bu bayrağ öz yerin millətçı kesim tərfindən alamadı  ,birinci önəmli nədənlərdən onu  Elçibəy təklifi kimi   adlandırmaq olub ki bununhəqiqəti yoxdur 

 

BU MİLLƏTİN AYINI, ULDUZUNU QARALTMAYIN! – ÇINGIZ GÖYTÜRK (yazını ayrı oxmaq üçün yazı üstünə  tiklayın)]

İkinci nədən  sorulara cəvab vermiyən bayraq olaraq  tanılır

Soru :Əgər qərə rəngi Güneyin əsarət və yas əlamətdir ! o zaman güney bağımsız olandan sonra  demək azadlığ üzü və  işığlıq görəcəkdir , AY ULDUZDA AĞARACAQ ,yani güney  quzey bayrağila aynılaşacaq

 

Quzeylə 2 dövlət olaraq ilk başda  siyasi birləmə o on mumukunsuz olacaq və  danılmaz faktdır ,Ozaman yinə aynı sorunla qarşı qarşıyayıq bəs Mustəqil azərbaycan ki azad olub  hansı simgəilə  təmsil olacaq ?yinəmi qara yaslı a ulduzlumu ?onu BMT də tanılmasına  və dünya dövlətlərın  eəsmiyet verməsinə quzey Azərbaycandan fərqlı olaraq hansı simgə siyası baxımdan  ta birləşməyə qədər  təmsil edəcək ?)

 
   
 
  Number   1
 
   
 
  Number   2
 
   
 
  Number   3
 
   
 
  Number   4
 
   
 
  Number  5
 
 
   
 
  Number  6
 
 
 
   
 
  Number  7
 
   
 
  Number   8
 
   
 
  Number  9
 
   
 
  Number   10
 
 
   
 
  Number   11
 
 
   
 
  Number   12
 
   
 
  Number   13
 
 
   
 
  Number   14
 
   
 
  Number 15
 
 
   
 
  Number 16
 
 
   
 
  Number 17
 
 
   
 
  Number 18
 
 
   
 
  Number 19
 
 
   
 
  Number   20
 
 
   
 
  Number   21
 
   
 
  Number   22
 
 
   
 
  Number   23
 
 
   GAİP  
   
 
   
 
  Number   25
 
 
   
 
  Number   26
 
   
 
  Number   27
 
 
   
 
  Number   28
 
 
   
 
  Number   29
 
 
   
 
  Number   30
 
 
   
 
  Number   31
 
 
   
 
  Number   32
 
 
   
 
  Number   33
 
 
   
 
  Number   34
 
 
 
   
 
  Number   35
 
 
   
 
  Number   36
 
 
   
 
  Number   37
 
 
   
 
  Number   38
 
 
   
 
  Number   39
 
 
 Güney Azərbaycan bayrağı

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Share

Güney Azərbaycan İstiqlal Partiyası -حزب استقلال آذربایجان جنوبی- South Azerbaijani Independence Party (GAİP,گايپ SAİP, 2004© )

TPL_GK_LANG_MOBILE_TOP TPL_GK_LANG_MOBILE_SWITCH_DESKTOP