GAİP XƏBƏR

TPL_GK_LANG_GK_MOBILE_DESKTOP TPL_GK_LANG_GK_MOBILE_REGISTER TPL_GK_LANG_GK_MOBILE_LOGIN

Milli təzahurata çağırış

bayrax 1GAİP:Azərbaycanın qeyrətli milləti:

 

1/7/1385 Mehr ayının biri  məktəblərin  açılış günü azərbaycan məsum balalarının əjnəbi dilində məcburi  dərs oxumaqlarına  yox deyirik. öz  ana dilimizdə məktəblərin açılışın  tələb  edib  fars dilli  məktəbə getməkdən imtina  edəcəyik.

Millətimiz  bir  xurdadda  öz  gücünü  fars  şovinisminə göstərdi. Ancaq  fars  şovinizmi  millətimizin  etirazına  güllə ilə  cavab verdi. Onlar şəhid və yüzlər  yaralı  verdik. Minlər tutuqlandı. Millətimizi  sakitləşdirmək üçün  hakimiyyət  vədələr versə də  ancaq  etirazı davamı olmadığı üçün hamis  unuduldu . Yenə də  köhnə  hamam  köhnə tas. Yenə də  türk təhqir  olunur. Yenə də  türk dili qadağandır. Yenə də  fəallarımız zindandadır. Yenə də  məktəblərimiz qadağandır. Yenə də  ana dilində televizorumuz yoxdur və qadağandır. Yenə də radiomuz yoxdur. Hamısından  daha əhəmiyyətlisi  və dəhşətlisi  yenə də  Azərbaycanın məsum  uşaqlar  fars dilində oxumağa məcburdurlar. Bu böyük cinayətdir. Bu  azərbaycan türk millətinin haqq  istəklərinə  təhqir  və  basqidir. Bu millətimiz  bütün Azərbaycan şəhərlərində  təzahuratına  xor baxıb   təhqir etməkdir. Bu fars  şovinizminin  birbaşa şəhidlərimizə təhqirdir. Millətimiz  qan verdiki fars dilinin əsarətindən xilas  olsun, amma bu gün  bir daha uşaqlarımızı  təhmili  fars dilində oxumağa vadar edirlər.  Fars şovinizmi açiqcasına şəhidlərimizin qanına  təhqir  edir. Bu təhqirlərə  biz birlikdə   son qoymalıyıq.

 Fars  şovinismi millətimiz  qəhrəmanlığını unudubdur. Ona xatırlatmalıyıq ki, biz istəklərimizdə nə qədər  israrlı  və nə qədər  ciddiyik. Biz mehr  ayının birində  milli təzahuratımızla  bütün dünyaya  göstərməliyik ki, biz öz ana dilimizdə təhsil almaq istəyirik, ancaq  fars şovinizmi buna mane olur.

Ey qəhrəman Azərbaycan milləti:

Mehr ayının birində  veriləcək şüarlarımız bunlardan ibarətdir:

Haray haray mən türkəm.

Türk dilində mədrəsə, mədrəsə.

Millətçi zindaniyə azadlıq, azadlıq.

Azərbaycan ölməyib, kimliyindən dönməyib.

Azərbaycan oyaqdı, öz dilinə dayaqdır.

Mənim dilim ölən deyil, başqa dilə dönən deyil.

Azərbaycan oyaqdı, zindaniyə dayaqdır.

Şəhidlərin qatlı, gərək mücazat ola

Millətimin istəyi, gərəkdir ehya ola

Şəhdlərin qanini  qəhrəmanlar almalı.

Qatil fars şovinizmin çəkib yerə salmalı

Durginən Azərbaycan, cavanların oldu alqan.

Azərbaycan şəhidi, sizlərə qurbandı can.

And ola qeyrətimiz, and ola vicdanimiza

Cani qurban demişik Azərbaycanımıza.

And milf videos ola dinimizə,  and ola quranımıza

Canı qurban demişik Azərbaycanımıza

Biz ölməyə hazırıq, Sattar  xan övladıyıq.

Azərbaycan diyarımız, şəhadət iftixarımız.

Azərbaycan milləti  çəkənməz bu zilləti.

And ola Sattar xana, dözmərik bu zindana.

Rədd olsun fars  şovinizmi.

Rədd olsun fars  faşizmi.

Yaşasin  Azərbaycan.

Ya azadlıq  ya  ölüm.

Yaşasın  azad  Azərbaycan.

Gələcək  bizimdir.

Bu vasitə ilə biz Güney Azərbaycan İstiqlal Partisi (GAİP) Bütün Azərbaycan millətini  bütün  Azərbaycan şəhərlərində  mehr ayının biri mədrəsələrin açılış günü münasibətinə fars şovinizminə etiraz  təzahuratına dəvət edirik. Əminik ki, böyük millətimiz  xordad  ayının  təzahurati kimi   ümumi iştirakilə  haqq və qanuni istəklərimizi  yüksək səslə dünyaya  çatdiracaqdir. Bu təzahurat bütün Azərbaycan millətinin təzahuratıdir. Bu təzahurat şəhidlərimizin  qanına hörmət təzahuratıdır. Bu təzahurat şəhidlərimizin harayına  cavab təzahuratıdır, bu təzahurat ədalət istəyi təzahuratıdır. Bu təzahurat  boğulmuş səslərin qurtuluş  harayıdır. Bu təzahurat fars şovinisminin  cinayətinə etiraz  təzahuratıdır, bu təzahurat qeyrət  təzahuratıdır. Bu təzahurat şərəf təzahuratıdır, bu təzahurat milli  namus təzahuratıdır.

1/7/1385 Mehr ayinin biri   Təbizdə bazar ağzı axşam saat 4, Urmu və Sulduzda  Amozeş və Pərvəriş qabağında  Təbriz ,Urmu və Sulduz fəalları tərəfindən elan olunduğu kimi bütün milləti birlikdə milli təzahurata dəvət edirik.  Başqa şəhərlərində məkani və  saati tezliklə elan olunacaqdır. 

Gələcək bizimdir.

Güney Azərbaycan İstiqlal Partisinin sözçüsü:

Saleh İldirim         24/ Mordad /1385 .  15/Avgust/2006

Share

Güney Azərbaycan İstiqlal Partiyası -حزب استقلال آذربایجان جنوبی- South Azerbaijani Independence Party (GAİP,گايپ SAİP, 2004© )

TPL_GK_LANG_MOBILE_TOP TPL_GK_LANG_MOBILE_SWITCH_DESKTOP