GAİP XƏBƏR

TPL_GK_LANG_GK_MOBILE_DESKTOP TPL_GK_LANG_GK_MOBILE_REGISTER TPL_GK_LANG_GK_MOBILE_LOGIN

GAİP İnsan Haqları

İran,da son gün dünən 18 nəfər ,son iki həftə,də 40 nəfər ,son il 2013də 585 nəfər, asılıb.

 

GAİPGAİP XƏBƏR : İran adlanan yerin Əlborz vilayətində 7 nəfər edam edilib.

GAİP insan haqları mərkəzinin APA-ya istinadən yaydığı məlumata görə, məhbuslar qətldə günahlandırılaraq dara çəkiliblər.

Onlardan yalnız beşinin adını dəqiqləşdirmək mümkün olub. Bunlar Fəriborz Muradi, İbad Məhəmmədi, Rza İnanlu, Xəlil Muradi və Muxtar Babadidir. Qərar İran adlanan yerin Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra yanvarın 14-də səhər saatlarında Kərəc şəhərinin Rəcayişəhr həbsxanasında icra olunub.

Bundan əlavə, İran adlanan yerin Fars vilayətində 5 nəfər edam edilib.   Onların ad və soyadları açıqlanmayıb. Qərar İran işğalçı rejiminin sözdə Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra yanvarın 14-də səhər saatlarında Şiraz şəhərinin Adilabad həbsxanasında icra edilib.

Eyni zamanda İran adlanan yerdə 6 nəfər edam edilib. Məhbuslardan beşi Simnan, biri isə Cənubi Xorasan vilayətində dara çəkilib.

Onların hamısı narkotik maddələrin qaçaqmalçılığında günahlandırılıblar. Məhbuslardan yalnız Cənubi Xorasan vilayətində dara çəkilənin ad və soyadı açıqlanıb. Bu, Təbəs şəhərinin sakini olan 43 yaşlı Həsən Sənicdir. Digərlərinin isə yalnız ad və soyadlarının baş hərfləri qeyd olunub.

Qərar Fars molla rejiminin sözdə Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra yanvarın 15-də səhər saatlarında Şahrud zindanında və Təbəs şəhərinin mərkəzi həbsxanasında icra olunub.

 

iran adlanan yerin Qərbi Azərbaycan vilayətində 6 nəfər edam edilib. GAİP-in APA-ya istinadən yaydığı məlumata görə, Urmiya və Səlmas şəhərlərində dara çəkilən məhbusların nədə günahlandırıldıqları açıqlanmayıb. Onların ad və soyadları da açıqlanıb. Bunlar Əmir Hacəlilu, Muxtar Xəlili, Əlirza Yaqubi, Əhməd Şəfiqxani, Həsən Hüseyni və Cələbani soyadlı məhbusdur.

Xəbərdə bildirilir ki, Ə.Hacəlilu ilə bağlı heç bir məlumat əldə etmək mümkün olmayıb. Ancaq M.Xəlilinin 7 il, Ə.Yaqubinin 8 il və Ə.Şəfiqxaninin 4 il həbsdə yatdığı, hətta sonuncusunun 19 yaşında tutulduğu məlumdur. Bunlar Urmiya şəhərinin mərkəzi həbsxanasında edam ediliblər. Səlmas şəhərinin həbsxanasında dara çəkilən H.Hüseyni 8 il və Cələbani soyadlı məhbus isə 7 il həbs həyatı yaşayıb.

Bundan əlavə, İran adlanan yerin Kohgiluyə və Boyer Əhməd vilayətində bir nəfə edam edilib. Məhbus narkotik maddələrin qaçaqmalçılığında ittiham edilərək Yəsuc şəhərinin həbsxanasında dara çəkilib. Onun ad və soyadı açıqlanmayıb. Sadəcə, 45 yaşlı məhbusun üç il əvvəl Dona rayonunun mərkəzi Sisəxt şəhərində həbs edildiyi bildirilir.

Eyni zamanda İran adlanan yerin Mazandaran vilayətində 2 nəfər edam edilib. Məhbuslar qətldə günahlandırılaraq Sari şəhərinin həbsxanasında dara çəkiliblər. Onların ad və soyadları açıqlanmayıb. Qərar İran adlanan yerin Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra icra edilib.

Son iki həftə ərzində İran adlanan yerdə 40 nəfər edam edilib.  APA-ya istinadən yaydığı məlumata görə, bu barədə “Amnesty İnternational”ın (Beynəlxalq Əfv Təşkilatı) Orta Asiya və Şimali Afrika regionu üzrə baş direktor müavini Hassibə Hac Səhravinin yanvarın 16-da yaydığı bəyanatda qeyd olunub. Sənəddə bildirilir ki, təkcə bir həftə ərzində 33 nəfər dara çəkilib: “İran adlanan yerdə yalnız 2014-cü ilin ilk ayının iki həftəsində bu qədər insanın edam edilməsi böyük narahatlıq doğurur. Bu, beynəlxalq arenada imicini dəyişmək istəyən İran adlanan yerdəki mövcud hökumətin cəhdlərini mənasız edir. Edam hər bir insanın hüququnun pozulması, onun ləyaqətini alçaldan qəddar və qeyri-insani bir cəza növüdür. Biz İran adlanan yerdəki mövcud hakimiyyətdən ölkədə edamları dərhal dayandırmasını tələb edirik. Çünki təcrübə edamların sayının artmasının ölkədə baş verən cinayətlərin qarşısını almağa təsiri olmadığını göstərir”.

Qeyd edək ki, 2013-cü ildə Irqçı fars mollalar  İran adlanan yerdə 585 nəfərin edam edildiyi açıqlanıb.

 

 

 

Share

Güney Azərbaycan İstiqlal Partiyası -حزب استقلال آذربایجان جنوبی- South Azerbaijani Independence Party (GAİP,گايپ SAİP, 2004© )

TPL_GK_LANG_MOBILE_TOP TPL_GK_LANG_MOBILE_SWITCH_DESKTOP