GAİP XƏBƏR

TPL_GK_LANG_GK_MOBILE_DESKTOP TPL_GK_LANG_GK_MOBILE_REGISTER TPL_GK_LANG_GK_MOBILE_LOGIN

GAİP İnsan Haqları

Milli fəallara qarşı ağır işgəncələr

 

mGAİP XƏBƏR: 21 Fevral-Dünya Ana Dili Günü yaxınlaşdıqca Fars işqalçı rejimi basqıları artırmakdadır.

 

 

Tutuqlanan Güney azərbaycanlı milli fəallar Səid Hüseyni və Nasir Abdulhuseyinzadeh tutuqluluq sürəsi Muğan məhkəməsinin 1ci bölümü tərəfindən uzatılıb.

 


سعید حسینی Səid
17 Fevral birinci gün axşam, polis gücləri tərəfindən tutulan milli fəallar Muğanın polis bölmələrinin birinə aparılıb və ağır işgəncə ediliblər. Milli fəallar 18 Fevral ikinci gün əl-ayaqları qandallı  İTTİLAATa (İran adlanan yerin təhlükəsizliq bakanlığı) aparılıb və bilgi alamq amacı  ilə ağır fiziki və ruhi işgəncələr olunublar.

 əldə olan bilgilərər görə,milli fəallar 18 Fevral 2ci gün İTTİLAATdan məhkəməyə aparılıblar, yalnız işkəncə altında suçu qəbul etmədiklərinə görə yenidən İTTİLAAT idarəsinə aparılıblar.Milli fəallar fevralın 19da əl-ayaqları bağlı və aşağılayıcı bir durumda Muğan məhkəməsinin 1ci bölümünə aparılıblar. Məhkəmədə onlara qarşı qondarma suçlar irəli sürülüb və milli fəallar suçları rəd etmələri sonucunda, hakim onların saxlanılma sürəsinin uzatılması ilə bağlı qərar çıxarıb. Milli Fəallar  Ərdəbilin mərkəzi zindanının yanındakı İTTİLAATda saxlanılırlar.

Milli fəallar keçən günlərdə İran adlanan yerin sözdə təhlükəsizlik gücləri tərəfindən tutuqlanıb. 

 


GAİP insan haqlarının Ərdəbil,dən aldığı məlumata görə Azərbaycanlı milli  fəal Mənsur Seyfi XİYAV (Meşginşəhər) İnqilab məhkəməsinin 1-ci
şöbəsində mühakimə olunub. Hakim Fərəczadə  Seyfini Fars rejiminin hakimiyyəti əleyhinə təbliğat və ümumi asayişi pozmaqla ittiham edib. Milli fəalın həbs olunması keçən il keçirilmiş Savalan mərasimində həyata keçib. O, 2013-cü il avqustun 22-də  günəş tarixi
1392-ci il mordadın 31-də təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və 5 gün həbsdən sonra 14 milyon tümən mülki vəsiqə qarşılığında Ərdəbil  İTTİLAAT-ın təcridxanasından sərbəst buraxılıb.

 

 

وحید معصومی Təziqlərin artdığ bir  zamanda Qoşaçaylı (Miyandoab) soydaşımız ötən  cümə günü  “Traxtur” futbol takımının İran  Adlanan yerin futbol üzrə qəhrmanlıq (reabəthaye came həzfi)qəhraman  olunca Azərbaycan şəhərlərində keçirilən şənlikdən sonra tutulub.

Vəhid Məsumi gecə vaxtı Təbrizdə yaşadığı öyrənci mənzilində İTTİLAAT məmurları tərəfindən vəhşicə hücuma məruz qalaraq  tutuqlanıb. Məmurlar onun və onunla birlikdə yaşayan öyrənci dostlarının Ləğtop,notbuk, USB flaş  ,cüzvə və kitab və bir sıra əlyazmalarını özləri ilə aparıblar.V.Məsumi ilə tutulanlar 2 gün sorğu-sualdan sonra vəsiqə qarşılığında sərbəst buraxılıblar.

V.Məsuminin ailəsi bu günə qədər ondan xəbərsizdir. Onun azadlığa buraxılması üçün mülki vəsiqə təyin edilib, Ancaq onun ailəsi vəsiqəni təqdim etmək üçün məhkəməyə müraciət edincə onlara deyilib ki, İTTİLAAT  hələlik məlumat toplamaq üçün onun azadlığına icazə vermir.

 

 

Ərdəbildən başqa xəbərisə 3 fəalımız Murtaza Pərvin, Xaliq Əkbərzadə və Tağı Puriskəndərin fars rejiminin  inqilb adlı qondarma məhkəməsinə GAIP-milli fəallardan 3-ü Ərdəbilin inqilab məhkəməsiçağırılıblar.Çağrışın hələlik daha ətraflı məlumat yoxdur.  3 fəalımız 2011-ci il  ,günəş tarixi 1390-cı il şəhrivər ayının 5-6 Urmu gölü ilə bağlı keçirilən kütləvi etirazlar zamanı tutuqlanıb və mülki vəsiqə qarşılığında müvəqqət sərbəst buraxılmışdılar.



 

 

 

 

 

 

Share

Güney Azərbaycan İstiqlal Partiyası -حزب استقلال آذربایجان جنوبی- South Azerbaijani Independence Party (GAİP,گايپ SAİP, 2004© )

TPL_GK_LANG_MOBILE_TOP TPL_GK_LANG_MOBILE_SWITCH_DESKTOP