GAİP XƏBƏR

TPL_GK_LANG_GK_MOBILE_DESKTOP TPL_GK_LANG_GK_MOBILE_REGISTER TPL_GK_LANG_GK_MOBILE_LOGIN

Bir Xurdad İstiqlaliyyətə Gedən Yolun Başlanqıcıdır

599720 474801235878560 2015764199 nGAİP:Bir Xurdad İstiqlaliyyətə Gedən Yolun Başlanqıcıdır


 

Məşrutə inqalabının Fars ırqçıları tərəfindən müsadirə olunması uzantısında Rıza şah 1304 (1925) ci ildə kudeta vasitesiylə hüküməti qəsb etdiğindən sonra Fars ırqçı düşüncesine  əsaslanaraq İran milləti yaradmağa başlatdi. Bu siyasəti yeritmək üçün Ərəblər, Bəluçlar, Xorasan Türkləri, Qaşqay Türkləri, Türkmən və Azərbaycan Türklərinə qarşı qırqınlar törədib və bir çox insan tutuqlayıb yox etdikden sonra Fars dilini rəsmi dil e'lan edib başqa dilləri yasaqlayaraq işqal etdiği topraqlarda yaşayan millətləri asimilə edərək Farslaşdırıb və Fars İran'ın binasını qoydu.

1357 (1979) ci ildə bu basqılara e'tiraz olaraq Pəhləvi sulaləsinə son qoyulsa da ancaq əsaslı değişim olmadan sadəcə şahlıqdan cumhuriyət adına dəğişib ama eyni siyasət dəvam etməkdədir. Bu dəfə Fars rasizmi Şiə məzhəbini bir əbzar kimin qullanaraq qeyri Fars millətlərə qarşı basqıyı daha da şiddətlə davam etdirlməkdədir. 1357 (1979) ci il inqilabının ardından Azərbaycan'a qarşı uyuqlanan soyqırım sonucu minlər Azərbaycan'li qətl edilib və minləri de zindana, veya qacqın və sürgün düşdüler. Ərəb, Bəluç və Türkmənlər soyqırım edildi.

Məşrutə inqilabının ardından törənən qanlı faciələr və Fars rasizminin qələbəsi, 1325 (1946) ci ildə Azərbaycan milli hükümətinin soyqırımı, 1357 (1979) il inqlabı ardından yaradılan dəhşətli soyqırımlar və bir sözdə Farsların hakimiyəti qəsb etdiği 90 ilin təcrübəsi isbat edir ki, İran adlanan yerdə İran adıyla hər hansi bir inqlaba, değişim və ya hər hansi bir haq, ədalət, azadlıq və demokrasiya yetişmek mümkünsüz və olmayandır.  

90 ilin təcrubəsi bu gün milli hərəkətimizi seyqəlləşdirərək bu gərəçəğe çatdirmişdir ki  Azərbaycan'lının huququ qondarma İran'da degil, təkcə Azərbaycan mustəqli dövlətin qurmaqala eldə edilə bilər. Məhz buna görə də bir xurdad qiyamı ''Haray Haray Mən Türkəm'', Təbriz Bakı Ankara – Biz Hara Farslar Hara'', ''Azərbaycan Bir Olsun Mərkəzi Təbriz Olsun'' şuarı ilə açıq formada bağımsız dövlət qurma gərəkliğini və bütünləşmə isteratejisini ortaya qoydu.

Bir Xordad misli görünməmiş milyonlarala Azərbaycan Türkünün kütləvi olaraq bir yumruq bir ağız olub Fras işqal rejiminə açıq savaş isteratejisi günüdür. Bu gün istiqlaliyətə gedən yolun başlanqiç günüdür. Bügündə şəhid düşən soydaşlarımızın tək istədiği Güney Azərbaycan'ı Fars işqalından qurtarıb və öz dövlətini qurmağıdır.

Təbi olaraq bu aydın və kütləviləşmiş hərəkət Fars işqalçıların qorxuya salmış və onu dayandırmaq üçün zindan, işkənçə, ölüm və sürgün salma taktikindən faydalanıb onlari şəhid və 100ləri tusaq olmuş. Savaşı yolundan caydirmaq üçün fitənlər yaratmişdir.

Unutmamaq lazımdır ki İran Fars rejimilə yanaşı bir çoxlarıda bu isteratejisini deyişdirmə və yenə də Azərbaycan'i İran'ın əsarətində saxlamağa çalışdılar. Milli hərəkəti yaşillarin dalıca çəkməyə çalışanları gördük. Milli şuarlarımız dəğişdirmək istəyənləri gördük. Milli qəhramanlarımıza təhqir edənlərə şahid olduq. Bozqurdlarımıza saldıranları gördük. Cəsarətlə Fars hakimyətinə meydan oxuyan gencliğimizə lompən diyənləri gördük. Həyasızcasına Azərbaycan'ın qəhrəman iğitlərinin  e'triazlarını yaşıllara bəxşiş edən xayinləri gördük. Bu xayinləri millətçi adı ilə teqdim edərək milli hrərkətə sıramaq niyəti ilə əsil millətçiləri təxrib edənlərə də maaləsəf şahid olduq. Manqut İran'çıları bəzəyib məqam mədərk verərək millətçi ziyalı adi ilə hərəkətə yükləmək istəyənləri də gördük. İstiqlalçı adı ilə istiqlaçıların səsini kəsib eleyhlərinə təxribat aparanlara şahid olduq. Amma yolumuz dəğişmədi, değişməyəcək. Azərbaycan milli hərəkəti o qədər aydındır ki yuxarıda saydığımız bütün tovtiələri xunsa və içimizə sızmaq və ya sızdırmaq istənilən xayinləri dəf' etdi. Hərəkət duruldu və durulmaqdadır. Kimin nə olduğu bəllənməkdədir.

Milli hərəkəti təhrif və təxrib etmək istyənlərə bir dah da yüksək səslə deyirik ki bilin və agah olun: Bu dava yenilməz, bu yol dönülməz, bu millət eğilməzdir. Gənc bozqurtlar bir Xurdadın qoyduğu isteratejinin keşikçisi və məqsədə daşıyıcısıdır. əmin olun ki biz qazanacağiq. Bozqurtların qarşısında duran hər kəs yenilməyə məhkumdur.

Bir Xurdad şəhdilərinə baş əğib andımızı təzələyib istəklərimizi e'lan edirik:

1- İran işqalçı quvvələri  qeydsiz şərtsiz Güney Azərbaycan topraqlarını tərk etməlidir.

2- Bütün milli tutuqlular qeydsiz şərtsiz azadlığa buraxılmalıdır.

3- Güney Azərbaycanın idarəçilyi  Azərbaycan xalqının iradəsinə  buraxılmalıdır.

4-Bütün Azərbaycandan çapılıb ,talanıb farsistana aparılmış sərmayələr  Azərbaycan qaytarilmalıdır.

5- İran işqalindan xilas olmaq üçün bütün mübarizə metodları bizim haqqimizdir.

6- Umum demokratik dövlət və toplumlardan, İran İşqalçı rejminin işqal və teror əməllərini mehkum edərərk işqal edilmiş topraqlardan çıxarılmasına yardım etmələrini isteyirik.

7- Bütün Azərbaycan istiqlalçılarını birliğə çağırırıq.

8- Qeyri Fars millətləri Fars işqal rejiminə qarşı birgə mübarizəyə çağırırıq.

Güney Azərbaycan İstiqlal Partisi

www.gaip.biz  www.istiqlal.tv  Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.">Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

599720 474801235878560 2015764199 n

Share

Güney Azərbaycan İstiqlal Partiyası -حزب استقلال آذربایجان جنوبی- South Azerbaijani Independence Party (GAİP,گايپ SAİP, 2004© )

TPL_GK_LANG_MOBILE_TOP TPL_GK_LANG_MOBILE_SWITCH_DESKTOP