GAİP XƏBƏR

TPL_GK_LANG_GK_MOBILE_DESKTOP TPL_GK_LANG_GK_MOBILE_REGISTER TPL_GK_LANG_GK_MOBILE_LOGIN

"İran tez bir zamanda dağılacaq"-Müsahibə

saleh beyGAİP:Saleh İldırım: «Amerika,da Güney Azərbaycan məsələsinin gündəmə gəlməsi bu prosesin bir parçasıdır»

 

Bu gün İranda iqtisadi durum pisləşməyə doğru gedir. Bəzi mütəxəssislərin fikrinə görə, İrana tətbiq edilən sanksiyalar artıq nəticə verir. İran realının sürətlə dəyərdən düşməsi vəziyyəti daha da gərginləşdirib. Bununla yanaşı ABŞ-da Güney Azərbaycan məsələsinin gündəmə gəlməsi də təsadüfi sayıla bilməz. Bütün "Vətəninfo.az"-a müsahibəsində Güney Azərbaycan İstiqlal Partiaysının (GAİP) sözçüsü Saleh İldırım aydınlıq gətirməyə çalışdı.
- İranda baş verən son prosesləri necə dəyərləndirirsiniz?
- Biz daha əvvəl də demişdik ki, İran rejiminin həyatında geriyə sayma başlayıb. İki il bundan əvvəl mən televiziyada İranın gələcyini analiz etmişəm. İran pulunun bir kağız parçasına çevriləcəyini və tamamilə dəyərsiz olacağını vurğulamışdım. Bununla da istəmişəm ki, xalqımız pullarını İran banklarından çəkib Azərbaycan və Türkiyə banklarına manat, lirə, dollar və ya avro olaraq yatırsınlar, ya da qızıl alıb saxlasınlar. O çağırışdan iki həftə sonra banklara hücumlar o qədər çox oldu ki, rejim pul çəkməyə limit qoydu. Bir çox yerdə banklardan pul almaq istəyənlərin sıraları çoxaldı. Sonda evə pulsuz döndükləri üçün üsyan qalxdı. Tehran və Təbrizdə bir neçə bankın şüşələri sındırıldı. Bu sozləri xatırlatmaqla demək istəyriəm ki, İranın bu duruma düşəcəyini əvvəldən proqnozlaşdırmışdıq və dediklərimiz bir-bir həyata keçir. Heç bir şeydən də təəccüblənmirik, çünki belə olacağını bilirdik. Onu da deyirik ki, bundan daha pis vəziyyət yaranacaq. İran bunu önləməyə çalışsa da mümkün orlmayacaq. Təbii ki, bu durumda xalqlar ağır vəziyyətdə yaşayırlar. Bunun nəticəsində də hər gün üsyan hissi artmaqdadır. Sonda toplum partlayacaq ki, bunun qığılcımları artıq görünür. Bu durum hətta bazara da təsir edib. İranın yeganə montaj - maşın sənayesində böyük durğunluq var. Avtomobil ehtiyyat hissələri istehsal edən şirkətlərin 70 faizi bağlanıb və 120 min adam işsiz qalıb. Bu sadəcə İranın maşın sənayesində olan problemlərdir. Eyni səviyyədə başqa sahələrdə də işsizlik getdikcə çoxalmaqdadır. İşçilərin pulu ödənilmir, fabriklərin borcu hələ qalır. Dövlət borcları ödəyə bilmir. İşləyənlərin aldıqdarı maaş dəyişməyib, amma pulun dəyəri düşdüyü üçün yaşayış daha da çətinləşib. Narazılıq günü gündən artır. Daha ciddi kütləvi etirazların şahidi olacağıq.
- Bütün bu çətinliklərin səbəbi yalnız İrana tətbiq edilən sanksiylarla əlaqəlidir?
- 1979-cu il inqilabından indiyədək İranda bahalaşma durmadan artmaqdadır. İranın Əhmədinejad dönəmində neftdən gələn gəliri 700 milyard dolları aşmasına rəğmən işsizlik və bahalığa son qoya bilmədi. Əlbəttə, bu duruma sanksiyaların da təsiri böyük ölçüdə səbəb olub. İranın valyuta xəzinəsinin boşalmasına şərait yaradıb.
İranın neft satışları azaldı və İrana pul idxalı dayandırıldı. Bu sanksiyalar daxili iqtisadi fəsadla birləşdikdə qiymətlər qeyri adi formada sürətlə artmaqdadır və bu proses davam edəcək. İran sanksiyaların təsirini zahirdə inkar etsə də anacaq arxada Amerikaya və qərb ölkələrinə yaşıl işıq yandırması bu ölkəni sanksiyaların sarsıtdığını göstərir. Əhmədinejadın BMT-də yumşaq çıxışı İran hakimiyyətinin fikrini dəyişməsi kimi başa düşülür. Onun Amerika ilə münasibətlərini normallaşırılmasının tərəfdarı olduğunu dilə gətirməsi, sanksiyaların ləğv edilməsi və İran hakimiyyətini iflasdan qurtarmaq üçün bir təmənnadır.
Başqa yandan böhranların artması ilə rejim Rəfsəncaninin səhnəyə gətirməyə çalşıaraq qərbə olumlu mesaj verməkdədir. Sanksiyalar təkcə İran bazarına deyil, hətta Əfqanıstana təsir edir. 2 milyona yaxın əfqan İranda çalışıb Əfqanıstana pul göndərirdi. İndi nəinki pul gondərə bilmirlər, özlərini dolandırmağda acizdirlər və başqa ölkələrə işləmyə getməyə çalışırlar. Etirazların artmasının ardından «Hillari Kilinton dərhal İranla əməkdaşlıq edərsə sanksiyalar sürətlə xəfiflənə bilər» deymi İranda vəziyyəti az da olsa belə sakitləşdirə bildi. Deməli iqtisadi böhranın uzun tarixi olsa da, indiki durumda sanksiyalar böyük rol oynamaqdadır.
- Güney məsələsinin ABŞ Konqresində səslənməsi nə vəd edir?
- Bəri başdan deyim ki, bu məsələ təsadüfi deyil, illər boyu göstərdiyimiz fəaliyyətimizin nəticəsidir. Amerika və qərb ölkələri yaşıl hərəkatının məğlubiyyətindən sonra İranda həqiqi qüvvələrə yönəlməyə başladı. Yaşılların məğlubiyyətinin əsas səbəbi bu hərəkata Azərbaycanın qatılmamasıdır. Bu faktor da ABŞ-ın diqqətini Güney Azərbaycana yönəlik artırdı. İranda hər hansı dəyişiklik üçün azərbaycanlıların fəaliyyətinin vacibliyini Amerika və qərb siyasətçilərinə isbatladı. Əlbbəttə yaşıl hərkatında qərb ölkələri bizə çox təzyiq göstərdilər. Vədlər verdilər ki, «siz yaşıllara dəstək verin, rejim dəyişsin, siz də haqqınıza sahib çıxacaqsınız». Hətta bəzi azərbaycanlıları yaşıllara cəlb etsələr də ancaq, biz buna boyun əymədik və xalqımızı öz müstəqil savaşımızı aparmağa səfərbər edə bildik. Məsələn Tehranda yaşıllar "İstiqlal azadi cumhuriye İrani" şüraı səsləndirəndə biz də Təbrizdə qırmızı bayraqlarla "İstiqlal azadi cumhuriye Azer" (Azərbaycan Cumhuriyyətinin qurulması) şüarı səsləndirərək öz strategyamızı dünyaya elan etdik. Beləliklə İranda rejim dəyişməsi deyil, İran dövlətinin dağılması və xalqların öz dövlətlərinin və özlliklə də Azərbaycan Cumhuriyyətinin qurulmasının təkcə çıxış yolu olduğunu dünyaya qəbul etdirə bildik. Qeyri fars millətlərin (ərəb, bəluc, türkmən, Azərbaycan türkləri) yaşıllara qatılmaması onların məğlubiyyətinə səbəb oldu. Qərb dövlətləri İran adlı pozisiyanın yararız olduğunu başa düşüb millətlərin hərəkatına yönəlik siyasətini dəyişdirməkdədir. Avropa Şurasında qeyri fars millətlərin haqlarının taptalanmasını qeyd edən qətnamələrlə yanaşı, Amerikada Güney Azərbaycan məsələsinin gündəmə gəlməsi bu prosesin bir parçasıdır. Qürur hissi ilə deməliyəm ki, biz, israrla səy göstərərk bunu bacardıq və istiqlaliyyət savaşımızı beynəlmiləlləşdirdik. Amerikada bu il 112 dəfə və eləcə də yeni dünya xəritəsində böyük Azərbaycanın gündəmə gəlməsi böyük hadisədir. Bu uğur üçün bütün millətimizi və özlliklə də gəncliyimizi təbrik edirik.
- Güneylə bağlı təşkilatların fəailiyyəti sizi qane edirmi?
-Güneylə bağlı hər cür fəaliyyətə dəstək veririk. Açıgı desəm bu məsələ əsla qaneedici deyil. Birincisi güney təşkilatları təəssüf ki, internet və virtual dünyada mövcuddur. Həqiqi dünyada bunlardan üzülərək xebər olmadığını açıqca bildirməliyəm. Buna faktlarla nəzər salmağımız zəruridir. 22 may Xordad qiyamı ildönümü Güney Azərbaycan İstiqlal Partiyası güneydə aksiyalar keçirdi. Xaricdə isə 9 ölkədə rəsmi etirazlar keçirdi – o cümlədən Azərbaycan, İngiltərədə iki şəhərdə (London və Mançesterdə), Hollandiya, Fransa, İsvec, Kanda, Amerika, İtaliya da etiraz aksiyası keçirdik. Bu GAİP-in təşkilatçılığı və təşəbbüsü tlə baş tutdu. Ancaq başqa təşkilatlardan nə etiraz aksiyası, nə toplantı, nə seminar, nə də digər tədbirlər görmədik. Demək bu təşkilatilar sadəcə internet səhifələrində mövcuddurlar. Başqa proseelərdə də GİP-in bəyanatları Təbriz, Urmu, Sulduz, Maku, Əhər və Tehranda yayıldı. Yeni dövrə uyğun apardığımız fəaliyyət – yazışmalar, şüarlar, sms-lər və digər protest formalarını İranda gerçəkləşdirə bildik. Bununla yanaşı dünyanın 5 ölkəsində İran səfirliyinin qarşısında, siyas mərkəzlərdə etiraz aksiyalarımız baş tutdu. Yenə də Azərbaycan təşkilatlarının hər hansı bir fəaliyyətini görmədik. Yəni Azərbaycan təşkilatlarından danışanda bunları aydınlaşdırmalıyıq. İnternet səhifələrində olan, sadəcə bir-iki yazı ilə xülasələşən sözdə təşkilatlar və əməldə olan təşkilatlar var. Praktiki fəaliyyətdə olan təşkilat sadəcə GAİP-dir. Arzu edirik ki, təşkilatlarımız hamısı əməli fəaliyyətə keçsinlər. İndi buna böyük ehtiyacımız var. Bu gün əməl günüdür.
Son bəyanatımızda vurğuladığımız kimi çox həssas dönəm yaşamaqdayıq və hesab sormağın vaxtı gəlib çatıb. Millətimizi Güneyli Quzeyli hazır olamağa çağırıram. Özəlliklə də Azərbaycanın umudu olan gənclərimizi fəaliyyətə dəvət edirəm. Gənc bozqurdlarımız hazır olmalıdırlar.
Güney Azərbaycan İstiqlal Partiyası (GAIP) öz şəffaf mövqeyi ilə çətin şəraitlərdə sınaqlardan keçib və öz qətiyətini hər kəsə isbatlayıb. Ona görə də hamımız GAİP-ə dəstək verməliyik. Vətəni sevən hər kəsi bu müqəddəs davada fəaliyyətə çağırırıq. Zaman bizim zamanımızdır və fürsəti qaçırmamalıyıq.

Firudin

Share

Güney Azərbaycan İstiqlal Partiyası -حزب استقلال آذربایجان جنوبی- South Azerbaijani Independence Party (GAİP,گايپ SAİP, 2004© )

TPL_GK_LANG_MOBILE_TOP TPL_GK_LANG_MOBILE_SWITCH_DESKTOP