GAİP XƏBƏR

TPL_GK_LANG_GK_MOBILE_DESKTOP TPL_GK_LANG_GK_MOBILE_REGISTER TPL_GK_LANG_GK_MOBILE_LOGIN

AMDEP ilə Güney Azərbaycan İstiqlal Partisi (GAİP) arasında əməkdaşlıq sazişi imzalanıb

tufGAİP XƏBƏR:AMDEP ilə Güney Azərbaycan İstiqlal Partisi (GAİP) arasında əməkdaşlıq sazişi imzalanıb Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasının (AMDEP) qərargahında AMDEP ilə Güney Azərbaycan İstiqlal Partisi (GAİP) arasında əməkdaşlıq sazişi imzalanıb. AMDEP-dən MIA-ya verilən məlumata görə, sazişdə göstərilir ki, Azərbaycan Milli Demokrat Partiyası (AMDEP) və Güney Azərbaycan İstiqlal Partisi (GAİP) aşağıda göstərilən məsələlər üzrə eyni baxışları paylaşırlar:tuf

 

1. Güney Azərbaycan türklərinin milli hüquqlarının, o cümlədən, bağımsızlığının millətin demokratik istəklərinə əsaslanaraq uyqulanması.

2. Güney Azərbaycan türklərinə qarşı diskriminasiyanın (milli mənsubiyyətə görə məhdudiyyətlər və aşağılanma), zorakı assimilyasiya sıyasətinin (türk milli özünüdərkinin yasaqlanması, farslaşdırma siyasəti və i.a.) dayandırılması.

3. Güney Azərbaycan türklərinin milli hüquqları uğrunda sivil vasitələrlə mübarizə aparan milli fəallara qarşı amansız repressiyalara qeyd-şərtsiz son qoyulması.

4. Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan Respublikasının ərazilərindən, o cümlədən, Dağlıq Qarabağdan işğalçı qoşunların qeyd-şərtsiz çıxarılması, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası.

5. Rəsmi Tehranla işğalçı Ermənistan arasında hər türlü işbirliyinin dayandırılması.

6. Bütöv Azərbaycan amalının gerçəkləşməsi.

Sazişdə vurğulanır ki, yuxarıda sadalanan prinsiplərə əsaslanaraq Azərbaycan Milli Demokrat Partiyası (AMDEP) və Güney Azərbaycan İstiqlal Partisi (GAİP) Azərbaycan Türklüyünün Milli və Dövlətçilik mənafelərini və bəşəri dəyərləri əsas tutub, Azərbaycan Respublikası qanunvericiliyi və beynəlxalq hüquq çərçivəsində Dünya Azərbaycan türklərinin milli hüquqlarının və insan haqqlarının müdafiəsi yönündə əməkdaşlıq sazişi bağlayırlar. Bu əməkdaşlıq Dünya Azərbaycan türklüyünün təbii və qanuni hüquqlarının bərpası məqsədini güdür və üçüncü tərəflərin hüquqlarına qarşı deyildir.

Əməkdaşlıq barədə saziş AMDEP sədri Tufan Kərim, Güney Azərbaycan İstiqlal Partisi tərəfindənsə GAİP səlahiyyətli nümayəndəsi Saleh İldırım tərəfindən imzalanıb.

Share

Güney Azərbaycan İstiqlal Partiyası -حزب استقلال آذربایجان جنوبی- South Azerbaijani Independence Party (GAİP,گايپ SAİP, 2004© )

TPL_GK_LANG_MOBILE_TOP TPL_GK_LANG_MOBILE_SWITCH_DESKTOP