GAİP XƏBƏR

TPL_GK_LANG_GK_MOBILE_DESKTOP TPL_GK_LANG_GK_MOBILE_REGISTER TPL_GK_LANG_GK_MOBILE_LOGIN

Saleh İldirim : quzeydə dini kitablar yalnız irançılıq ideologiyasını təbliğ edir.

dinikiGAİP XƏBƏR:Belə nəşrləri yayanlar dini zəmində təfriqə yaratmağa çalışırlar İran adlanan yerin Azərbaycana qarşı illərdir tutduğu mövqeyi ("islam inqilabı ixrac etmək" Xəzərin statusu, işğalçı Ermənistana hər cür yardım göstərməkdə və s. məsələlərdə) hamıya məlumdur.

O da məlumdur ki, Azərbaycana daha çox narkotik maddələr qanunsuz yolla islam ölkəsi sayılan İran adlanan yerdən gətirilir.

 

İran adlanan yer hətta Məkkəyə belə narkotik keçirmək istəyib, özü də zəvvarlar vasitəsilə. Belə bir faktla bağlı bir müddət öncə "MİQnyus" məlumat yayıb. Məlumata görə, Məkkəyə ziyarətə getmiş 480 İran adlanan yerin zəvvarında narkotik maddə aşkarlanıb. Müsəlmanların bu müqəddəs şəhərinə getmiş qaçaqmalçı İran adlanan yerin vətəndaşlarından 8 kiloqram narkotik maddə müsadirə edilib. Hava limanı təhlükəsizlik xidmətinin başçısı bu əməliyyat haqqında deyib ki, Məkkəyə qanunsuz yolla narkotik maddə aparanların sayı ötən illə müqayisədə 4 dəfə artıb. Ötən il bu rəqəm 107 nəfər olub. Bir neçə il öncə Məhəmmədrza şahın oğlu Rza Pəhləvi (bu diktator Azərbaycan türklərinə qarşı qəddar münasibətilə məşhurdur) İran adlanan yerin indiki hakimiyyətinə müraciət edərək deyirdi: "Atamın dövründə tərbiyə alanlar İran adlanan yer-İraq savaşını uddu, ancaq sizin yetişdirdiyiniz gənclik narkomandır". Şahın oğlunun bu fikrində gerçəklik var. İran adlanan yerin vətəndaşlarını "Qərb mədəniyyətindən qoruduğunu" iddia edən fars rejiminin yetişdirdiyi və "qoruduğu" bir nəsil İslamın müqəddəs şəhərinə narkotik maddə aparmaqdan belə çəkinmir.

Belə faktlardan biri isə İran adlanan yerin Azərbaycanda dini dövlət qurmaq niyyətiylə həyata keçirmək istədiyi planlarının üstünün açılmasıdır. O da məlumdur ki, İran adlanan yer müstəqil və demokratik Azərbaycana "islam inqilabı ixrac etmək" planlarından əl çəkməyib. Konkret olaraq, 1994-cü ildə dövlətə xəyanətdə günahlandırılan İslam Partiyası rəhbərlərinin həbsini xatırlatmaq mümkündür. Sonrakı illərdə də planlarını "Səidin dəstəsi" kimi qrupların timsalında həyata keçirə bilməyən rəsmi Tehran daha çox təhlükəli dini təbliğata üstünlük verir. Bu gün biz satışı qadağan edilmiş dini təfriqə yarada biləcək kitabların İran adlanan yerdən Azərbaycana gətirilməsindən danışacağıq.

Qeyd edək ki, dini zəmində məzhəb qarşıdurması yarada biləcək ədəbiyyatların satışının ləğvi ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Daxili İşlər Nazirliyinin əməkdaşlarının birgə keçirdikləri əməliyyatlara, belə kitabların ölkəyə daxil olmasının qarşısının alınmasına və satışdan çıxarılmasına baxmayaraq, proses hələ də lazımınca tənzimlənməyib.

Bəzi kitab mağazalarında belə ədəbiyyatlara hələ də rast gəlinir. Vəhhabilik, nurçuluq, bəhailik, krişnaçılıq və digər məzhəblərin və missionerliyin təbliğinə xidmət edən ədəbiyyatlara hər bir kitab mağazasında rast gəlmək mümkündür. "Müslüm-şop", "Zəhra", "Əl-Huda", "Kitab evi" və digər dini ədəbiyyatlar satılan mağazalarda apardığımız reydlərdən aydın oldu ki, rəflərdə satışı qadağan olunan kitablar hələ də mövcuddur. Onların əksəriyyətini şiə alimləri yazıblar. "Bütün müsəlmanlar bilməlidirlər" (ayətullah İbrahim Əmini), "Kərbəla şəhidlərinə ağlamaq" (Musa Günəş, Cəfər Bəndidərya), "Şəriət hökmlərinin izahı" (ayətullah Məhəmməd Fazil Lənkərani), "Əhli-beyt" (ayətullah Fazil Lənkərani, ayətullah Şəhabiddin İşraqi), "Şiəlik necə yaranmışdır?" (Seyid Məhəmməd Baqir Sədr), "Vəhhabi firqəsi" (Seyid Məhəmməd Həsən Qəzvini), "İmamiyyə şiələrinin əqidələri", "Vəhhabiliyin ayinləri" (ayətullah Cəfər Sübhani), "Şiə cavab verir" (Seyid Rza Hüseyni Nəsəb), "Məsum imamların həyatı" (Mehdi Pişvari) və başqa dini kitablar satışda daha çoxdur.  Mağazalarda apardığımız söhbətlərdən belə aydın oldu ki, daha çox "Məhərrəmlik" və "Təkamül" tərcümə mərkəzində çap edilən Seyid Əli Əkbər Ocaqnejadın müəllifi olduğu "Məhərrəmlik haqda sual-cavab" kitabları satılır.

Bakı Metropoliteninin "28 May" stansiyasının arxasındakı balaca kitab mağazasında apardığımız müşahidədən məlum oldu ki, burada daha çox İran adlanan yerdən gətirilən kitablar satışa çıxarılır. "Biharul ənvarın hekayələri" (müəllifi Əllamə Məclisi) kitabı 2001-ci ildə İran adlanan yerin Qum şəhərindəki İmam Əli Mərkəzində çap olunub. "Peyğəmbər və əhli-beyt" külliyyatından "Bir dəstə gül" (müəllifi ayətullah Seyid Kamal Fəqih İmani) kitabı isə 2002-ci ildə İran adlanan yerin "İmam əmirəlmöminin Əli" adına islam tədqiqat mərkəzində nəşr edilib. "Əsrəe rəhaye" "Fatimeyi Zəhranın zikrinin və salavatının savabı" (2007) (müəllifi Attase Əzizi), 2000-ci ildə çap olunan "Xəzra adası və ya Bermud üçbucağı" (müəllifi Əbülfəzl Təriqedar) kimi kitablar da bu qəbildəndir. Hansı yolla İran adlanan yerdən Azərbaycana gətirildiyi isə heç kimə məlum deyil. Onu da öyrəndik ki, kitabların qiyməti 2-10 manat arasındadır. Yerli mətbəələrdə çap olunan kitablar da çoxdur. Məsələn, "Azad fikir" tərcümə mərkəzində Azərbaycan türkcəsinə tərcümə olunan kitabların əksəriyyəti Bakıdakı mətbəələrdə yenidən nəşr edilib. Bu kitablar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) xüsusi icazəsi olmadan çap olunub.

Güney Azərbaycan İstiqlal Partiyasının (Kanada) rəsmisi Saleh İldırım bildirir ki, İran adlanan yerdəki hakim rejim "Qurani-Kərim"in türk dilinə tərcümə olunmuş formada yayılmasına imkan vermədiyi halda, Quzey Azərbaycanda bir çox dini kitabların türk dilində nəşri üçün külli miqdarda vəsait xərcləyir: "Təbii ki, bu dini kitablar yalnız irançılıq ideologiyasını təbliğ edir. Bundan başqa, rejim Azərbaycanda müxtəlif ad altında təxribatçı fəaliyyətini həyata keçirir. Mədəniyyət mərkəzi, İmdad Komitəsi, "Əlhudə" kitabxanası buna misaldır. Rejim həm də azərbaycanlı gəncləri dini təhsil adı altında Azərbaycan dövlətçiliyi əleyhinə təlimatlandırır. Çox təəssüflə deyim ki, Azərbaycanda olarkən Nardaran məscidində Azərbaycan bayrağını deyil, İran adlanan yerin bayrağını gördüm. Məscidin qarşısında qurulmuş çadırda insanlara yemək paylayırdılar. Mən bir nəfəri göndərdim ki, get onlara de, mən dini təhsil almaq istəyirəm, ancaq pulum yoxdur. Orada ona belə demişdilər ki, səndən heç kim pul istəmir, biz səni Qum şəhərinə göndərərik. Orada sən pulsuz dini təhsil ala bilərsən. Kanadada da İran adlanan yerin maddi dəstəyi ilə Suriyada və Qumda ilahiyyat oxumuş bir ailə ilə rastlaşmışam. Azərbaycanın hüquq-mühafizə orqanları İran adlanan yerin apardığı təxribatyönlü işlərini detallı şəkildə bilir və lazım olan zaman onları ifşa edir".

. / Cavid, Xalq Cəbhəsi /

 

Share

Güney Azərbaycan İstiqlal Partiyası -حزب استقلال آذربایجان جنوبی- South Azerbaijani Independence milf videos Party (GAİP,گايپ SAİP, 2004© )

TPL_GK_LANG_MOBILE_TOP TPL_GK_LANG_MOBILE_SWITCH_DESKTOP