GAİP XƏBƏR

TPL_GK_LANG_GK_MOBILE_DESKTOP TPL_GK_LANG_GK_MOBILE_REGISTER TPL_GK_LANG_GK_MOBILE_LOGIN

Qəzetimizin budəfəki müsahibi GAİP( Güney Azərbaycan Partiyasının ) sözçüsü Saleh İldırımdə.

fgnheGAİP XƏBƏR:Qəzetimizin budəfəki müsahibi GAİP( Güney Azərbaycan Partiyasının ) sözçüsü Saleh İldırımdə.

Partiyamızın ən qısa stratejisi Bağımsız Güney Azərbaycan, ən uzun stratejisi isə Turandı…

 

1.Təşkilatda və həyatda kimdi S. İldrım?

- S. İldrim Güney Azərbaycanın Culfa rayonun  əski kəndlərindən olan Gərgər kəndində  doğulmuşam, orada böyümüşəm. 1979-cu il Tehran inqilabının iştirakçılarından biri olmuşam. O zaman biz  bir qrup gənclə şüarlar yazaraq insanlara paylayırdıq və onları inqilaba qatılmağa dəvət edirdik. İnqilabın həmən  ardından Şəryətmədarının başçılığı ilə  “Xalqi müsəlman” hərəkatı yarandı. Bu hərəkat tam da olmasa Azərbaycan milli haqqlarını bəlli ölçüdə  tələb edən bir hərəkat idi.   Şəriyətmədari Təbrizdən olduğu üçün Azərbaycandan onun bu hərəkatına qatılanlar çox oldu. Mən  GAİP yaranmamışdan öncə “Xəlqi Müsəlman”  partiyasına qatılmışam. 

“Xəlqi Müsəlman”  partiyası dağıdıldıqdan sonra bizlər pərakəndə düşdük və öz doğma yurdumuzdan ayrılmağa məcbur olduq, Türkiyəyə gəldim və oradan da BMT-yə müraciət etdim, BMT mənə siyasi  qaçqın statusu verdi.  1988-ci ildə BMT məni Kanadaya yolladı. Xoşbəxtlikdən mən Kanadaya gələndə orada Azərbaycanlıların cəmiyyəti var idi. Mən  o cəmiyyətlə birgə fəaliyyətə başladım və elə bu dövrdə də Quzeydə Elçibəyin başçılığı ilə Azərbaycan Milli Hərəkatı başladı. 1990-cı il yanvar hadisələri və həmən ardından Quzey  Azərbaycanın İstiqlaliyyəti bizi daha ruhlandırdı və biz  Azərbaycan haqqları üçün istər müxtəlif paltak otaqlarında, cəmiyyətlər qurmaqla  mübarizə başladıq. Biz seminarlar, konfranslar keçirməklə bu mücadiləni qabağa aparmağa çalışdıq və nəhayət 2004-cü ildə GAİP-i ( Güney Azərbaycan İstiqlal Partiyasını) qurduq və o gündən də mən bu partiyanın sözçüsü kimi fəlaiyyət göstərirəm. Hədəfimiz birmənalı olaraq Güney Azərbaycanın Bağımsızlığıdı.  Ondan bir kəlmə aşağı qəbulumuz deyil. Ondan yuxarısı əlbəttə ki, Bütöv Azərbaycandı, TURANDI. Bunlar bizim istəklərimizdi,  Güney Azərbaycanın Bağımsızlığı GAİP-in yaxın stratejisidi. Bütün mücadiləmiz Güneyin fars işğalında qurtarmasıdı. Güneyin bütün şəhərlərində gizli formada  GAİP-in üzvləri fəaliyyət göstərir. Bu gün biz bir bəyanat verəndə Güneyin bütün şəhərlərində yayılır.

 

2. Güney Azərbaycan milli hərəkatında GAİP-in rolu nə dərəcədədi?

Güneydə gənclərimizin 99 faizi istiqlalçıdı.

-  Hər hansı bir təşkilat və ya qrup desə ki, Güney Azərbaycan Milli Hərəkatını mən yaratmışam çox böyük səhv etmiş olar. Çünki, Güney Azərbaycan Milli hərəkatı biz anadan olmamışdan əvvəldə var idi və bu gün də davam edir. Bu hərəkat Xiyabanilərdən, şəhid Pişəvərilərdən, Şəriətmədarilərdən axıb gələn  və nəhayət  bugünkü çağdaş formasına yetişən bir hərəkatdı.  Əlbəttə burada müxtəlif təşkilatların,  şəxsiyyətlərin, yazarların və ən önəmlisi Azərbaycanın Quzeyinin bağımsızlığıdı.  Quzey Azərbaycanın müstəqilliyi Güney Milli hərəkatına çox böyük bir dayaqdı. Hətta bizlər bugün Quzey Azərbaycana viza alıb gəlsək də və bizə viza verməsələrdə, vətənimizin Quzey bölmünün müstəqil  dövlət olması Güney Milli hərəkatının taleyində böyük rol oynayır. 

GAİP (Güney Azərbaycan İstiqlal Partiyası) Güney Azərbaycan milli hərəkatının gedişindən doğan bir təşkilatdı. Bizim Güneydə mücadiləmiz 1990-cı illərdən başlayıb, yəni Quzey Azərbaycan dövlətinin müstəqil qazanandan, amma , GAİP 2004-cü ildə yarandı. Nədən quruldu GAİP? Zərurətdən yarandı. Biz konkret, aydın  bir yol qoymalıyıq ortalığa . Bəziləri deyirlər millət nə istəsə o olar, əlbəttə ki. Gərək ki, millətin nə istədiyini bilməsi mexanizmi yaransın, ondan sonra millətin istədiyi də olacaqdı. Amma indi o mexanizim yoxdu, biz gərək əvvəl belə bir mesanizm yaradaq ki, millət gəlib orada öz fikrini deyə bilsin, təsirini qoya bilsin, öz rolunu orada ifa edə bilsin.  Elə bu nədənlərin ucbatından gördük ki, Azərbaycanda bir çox təşkilatlar var, bu təşkilatlar bəlirsiz danışırlar, açıq-aşkar bir xətt qoya bilmirlər, belə təşkilatlar hərəkatımızı geri aparır.Konkret bir fikir qoymaq lazımdı. O zaman biz başladıq istiqlalçı təfəkkürü ortaya toplamağa, və bunlarla müzakirələr aparmağa. Biz istiqlalçılar öz aramızda bölüşdük ki, kim nə iş görsün. Mən və bir neçə silahdaşım məsul olduq ki, irançılıq ideyasının puç olduğunu millətimizə isbat eləyək, millətimizi analdaq ki, İran təkcə farslardan ibarət deyil. İki il bu üzrə işlədik. Bundan sonra bir çox Azərbaycan Türkləri hansı ki, özlərini irançı, adlandırırdılar, iranın bütövlüyünü qorumağa çalışırdılar, bizə pantürkist deyirdilər, onlar artıq anlamağa başladılar ki, həqiqətəndə iran fars deyil, iranda Türk var, bəluc var, ərəb var. Biz həmin bu millətləri də köməyə aldıq,  iki il paltalk seminarları keçirdik və İran adlanan ölkənin ən sanballı siyasi şəxsiyyətlərini gətirib, millətlər mövzusunda danışmağa vadar elədik. 

Bilirsiz ki, Güney Azərbaycan 200 ildir ki, fars şovinistlərinin təsiri altında türklüyə qarşıydı. Antitürklüyü bizim hər birimizin beyninə yeritmişdilər. Məsələn deyəndə ki, biz Türkük insanlar həssarlıqla deyərdilər ki, nə Türk biz azəriyik, pəhləvi irqindənik.  Amma biz bunları yavaş-yavaş sındıra bildik. Biz Güneydə insanlarımızı fars təşkilatlarından ayırıb, Azərbaycan təşkilatlarına gətirə bildik. Yəni biz soydaşlarımızı farsmərkəzli düşüncə sistemində ayırıb, Türkmərkəzli düşüncə sisteminə gətirə bildik.   Sonra biz tam istiqlalçı düşüncəsi daşıyan insanlarla bərabər GAİP-i ( Güney Azərbaycan İstiqlal Partiyasını) yaratdıq. Bugün 7 yaşında olan partiyamızın Güneydə , özəlliklə gənclərə partiyamızın çox böyük təsiri vardı. Milli hərəkatda şüarların təyinləşməsində, taktikanın müəyyən edilməsində, GAİP-in rolu böyükdü.  Güneyin bir çox şəhərlərində gizli şəkildə  bizim müxtəlif özəlkərimiz qurulub fəaliyyət göstərirlər. Ümumən götürsək Güney Azərbaycan Milli Hərəkatında gənclərimizin hamısı GAİP-çi olmasalarda, amma 99 faizi istiqlalçıdı və bizimlə eyni düşüncədədi. Güney Azərbaycanda gənclərimizin böyük əksəriyyəti İstiqlalçı, Bozqurdçu, Bütövçüdü. Bunuda deyim ki,  bugün Güney Azərbaycanda Bozqurdun belə geniş şəkildə dərk edilməsində GAİP-in rolu danılmazdı.

 

 

3. S. İldırıma görə kimdi ƏBÜLFƏZ ELÇİBƏY?

 

Elçibəy GAİP-in və şəxsən mənim mənəvi liderimdi.

- Elçibəy bizim milli ideyanı, yəni Azərbaycan milli dövlətçiliyinin bərpasında danılmaz və taysız liderimizdi, öndərimizdi. Özəlliklədə bütün istiqlalçıların, Bütöv Azərbaycan ideası daşıyan hər bir kəsin öndəridi. Elçibəy elə bir yeniliklər qoyubdur ki, bunları bəlkə zamanında biz də dərk eləmirdik. Onun qoyduğu idealar çox doğru və peyğəmbəranə bir yanaşmalardılar. Mən dəfələrlə demişəm ki, Ə. Elçibəy Türk peyğəmbəridi. Yəni bizə verdiyi o tapşırıqlar, o mesajlar o qədər dərin, o qədər ilahidir ki, günü-gündən bunlar bir-birini doğruldur. Ə.Elçibəy bugün bütün gəncliyimizin mənəvi dayağı, idealoji rəhbəridi. GAİP-in və eləcə də şəxsən mənim mənəvi liderimdi Ə.Elçibəy.

 

 

4. Fars şovinist rejmi Güneydə millətimizi əzir, dilimizi yasaq edir. Quzey də isə din pərdəsi altında öz siyasətini yeritməyə çalışır. İstərdim şovinist rejmin iç üzü barədə oxucularımıza bilgi verəsiniz.

- Yalnız Azərbaycanda deyil, Türkiyədə və hətta ərəblərində arasında belə bir imic var ki, İranı bir islam hakimiyyəti kimi görürlər. Amma, əslində bu belə deyil. İranda fars şovinizmi islamdan bir vasitə kimi, örtük kimi sitifadə edirlər. Elə zənn edin ki, fars şovinistləri islamı bir pərdə kimi, öz mənfur siyasətlərinin üstünə çəkiblər və bu siyasəti başqa millətlərə, özəlliklə Azərbaycana yeritməkdədilər. Amma mahiyyət olaraq fars şovinist hakimiyyəti islamla qarşı-qarşıyadı. Məslən onlar yalançı hədislər yazaraq farsları dünyanın gözündə qürurlu, böyük millət kimi göstərməyə çalışırlar. Hətta bu son zamanlar Əhmədinejatla Xamneyi  “iran islamı adlı”  bir termində yaradıblar.

Bugün biz görürük ki, şovinist rejm Qəzzada islam adına oradakı insanlara kömək edir, lap yaxşı. Amma, Qarabağada insanları qətliam edəndə nədənsə, islamçı dövlət susub, 1 milyon insan hansiki, müsəlman şiələridilər, iran düşüncəsinə daha yaxındılar qaçqın durumdadılar, öz yurdlarında qovulublar, iran islam dövləti nəyinki bunlara kömək etmir, hətta bu hadisələri törədənlərə hərtərəfli yardım göstərir. Qəzza islam torpağıdır deyə ordu çəkib oranı işğaldan azad etməyə çalışan bu islam dövləti nədən əhalisinin hamısı şiə müsəlman olan Qarabağ torpaqlarını erməni daşnaqlarından azad etmək üçün birşey etmir?  Və ya Çində yaşayan Uyğur Türkləridə müsəlmandılar, nədən bu islam dövləti onların Çin tərəfindən tez-tez qətliam edilməsinə susub göz yumur? Bütün bunları görəndə və fars şovinistlərinin idarəçilərinin yalançı danışıqlarını eşidəndə biz belə qərara gəlirik ki, onlar şovinist siyasətlərini qabağa aparmaq üçün islamı çadra kimi bu siyasətin üzərinə salıblar və öz işlərini görürlər. Üzdə bəzəyiblər guya bu islama bənzəyir, amma , içi ariayi, fars işğalçı  ideyasını daşımaqdadı. Baxın, Güneydə fars şovinistləri bizlərə ərəb dilini öyrədirlər ki, bu islamın dilidi, amma öz sərhədləri daxilində yaşayan ərəblərin dillərini özlərinə yasaq ediblər.Bu zaman burada hansı islamdan söhbət gedə bilər? Başqa bir misal: şovinist rejm Quzey Azərbaycanı  təsiri, işğalı altına keçirsin deyə  öz vəsaiti hesabına Quranı Azərbaycan Türkcəsinə özlərinin artırdıqları yalançı hədislərlə bərabər tərcümə edib, gətirir burada pulsuz paylayır soydaşlarımıza, amma Güneydəki millətimizə deyir ki, sizin dilinizdə kitab yazmaq olmaz, oxumaq olmaz. Sizin diliniz məhəlli dildi, elmi dil deyil.

Iran daxilində insanlar ağır sosial vəziyyətdə yaşayırlar, insanlar əmək haqqı ala bilmirlər, çətin şəraitdə qalırlar, amma, şovinistlər Livan  hizbullaha milyardlarla dollar pul xərcləyirlər ki, müasir silahlar alsınlar.

Bu necə islam dövlətidir ki, dünyada islamın ikinci dili olan Türk dilini qadağan edib. Dünyada olan müsəlmanların 300 mindən artığı Türkdü və Türk dilində danışırlar. Necə olur ki, sən islamın birinci dili olan ərəb dilini qadağan edirsən, ikinci dilini qadağan edirsən, bəs sən haradan islam dövləti oldun? Sonrada islamı təbliğ edirəm deyir.

Bugün biz görürük ki, Ağdamda bizim məscidlərimizə donuz bağlayıblar, it saxlayırlar orada, amma iran heç etiraz eləmir. Niyə Beytül-Müqəddəs üçün Güneydə bizim gənclərimizi ölümə göndərir, amma Ağdamdakı hadisələrə göz yumur. Bu ikili standartı. Əslində İran bugün Quzeydə bizim millətimizin dini hissiyatından istifadə edərək,xalqımızı öz tərəfinə çəkib islam dövləti quracağam deyir, amma,  bu torpaqlara hakim olmaq niyyətindədi.  Biz bugün Güney Azərbaycana baxsaq görərik ki, orada şovinist rejm islamı elə gözdən salıb ki, insanlar tam usanıblar və Güneydə islamdan bir uzaqlaşma olub. 

 

5. Sizcə Güney Azərbaycan Türk dünyasına yaxşı inteqrasiya olunmadığına görəmi 2006-cı ildə 22 may hərəkatı zamanı nə Quzey Azərbaycandan, nə də Türkiyədən gərəkən dəstəyi ala bilmədi?

-  Mən Güney Azərbaycanın Türk dünyasına inteqrasiya olmadığını deməzdim. Bəlkə dünyada gedən bəlli siyasi  proseslərin və eləcədə, dövlətlərimizin,  yəni istər Quzey Azərbaycan , istərsədə Türkiyədə bu məsələlərə bir az qeyri-elmi və qorxu ilə yanaşdıqlarından ortaya gəlmişdi. Güney Azərbaycan zatən bir Türk ərazisidi, buradakı mədəniyyət, ədəbiyyat, dil Türkündü. Məsələn Təbrizdə danışılan dillə, Bakıda, Urumçidə danışılan dilin heç bir fərqi yoxdu. 

Güney Azərbaycanın bağımsızlığı yalnız bölgənin deyil, dünyanın qüdrətini, dünyanın dəngəsini pozacaqdı. Güney  Azərbaycan nə Bəhreyn, nə Yuqoslaviya deyil ki, dünya həmən onun azadlığını tanısın. Güney Azərbaycan Türk dünyasının şah damarıdı, Türk dünyasını birləşdirən bir zəncirdi ki,  ortadan qırılıbdı. Türk dünyası Çinin quzey batısından, Balkanlara kimi uzanan bir zəncirdi ki, bu zəncirin ən vacib həlğəsi olan Güney Azərbaycan qırılıb. Güneyin bağımsızlığı bu zənciri bir-birinə kilidləyir. Və burada bir Türk gücü ortaya çıxır.

Bugün Türkiyə Güney Azərbaycan məsələsinə yalnış olaraq belə baxır. Türkiyə hökuməti elə düşünür ki,  Güney Azərbaycan bağımsız olsa Türkiyədə kürt sorunu daha da qabaracaq, amma Türkiyə unudur ki, kürt sorunu yalnız Türkiyənin deyil, həm də Güney Azərbaycanın sorunudu. Baxın Əgər  Güney Azərbaycan bağımsızlığını qazansa, Türkiyənin doğusundakı kürt sorunu həll olunmuş olur. Amma, təssüf ki, Türkiyə buna inanmır. Bu yalnış təhlilərin nəticəsində Türkiyə 2006-cı il 22 may- da sakit qaldı.  2006-cı ildə Türkiyə nəyinki, Güney hərəkatına dəstək vermədi , hətta tək televiziyamız olan Günaztv-ni Türksat peykindən də çıxartdı.

Biz Güneydə Bağımsızlığımız üçün kimsədən yardım gözləmədən,  durmadan, yorulmadan savaşacağıq. Fars əsarətində qalmayacağıq. Doğrudu, Quzey Azərbaycan höküməti, Türkiyə dövləti bizə yardım etsələr, bizim işimiz daha rahat olar, amma, eləməsələrdə biz durmayacağıq. Güney Azərbaycanın istiqlalı bizim üçün hər şeydən önəmlidi.

 

  1. İstərdim Quzey Azərbaycan dövlətinə münasibətinizdən və Quzey Azərbaycandan gözləntilərinizdən danışasınız.

-  Biz bunu birmənalı olaraq hər zaman qeyd eləmişik ki, Güney Azərbaycan dövləti qurulmayana qədər, Quzey Azərbaycan dövləti bizim dövlətimiz, prezidenti isə bizim prezidentimizdi. Quzeydə kimin hakimiyyətdə olmasından asılı olmayaraq. Bizim üçün əsas olan İstiqlaliyyətdi. Bəzi soydaşlarımız bu məsələyə bir az fərqli baxırlar, dövlətdə demokratiyanın zəifliyini şiddətlə tənqid eləməkdədilər. Bizcə əvvəlcə dövlətin yaranması  mühümdü, dövlət olmasa, heç orada demokratiyada olmaz. Bizə Quzey Azərbaycan cumhuriyyətinin ayaqda olması, iqtisadi gücünün artması , insan haqqlarına sayğı duyması, elmi inkişafı lazımdı. Bütün bunlar bizə qürur verir. Bizim üçün ideoloji bir mənbəyə çevrilir ki, biz Güneydə millətimizə izah edəndə deyirik ki, baxın Quzeydə millət necə azad yaşayır, öz bayrağı altında dünyaya səs salır. Azərbaycan bugün ermənistanın, Rusiyanın, iranın təsiri altında olduğu üçün manevr imkanları azdı. Bizə hər hansı bir yardım eləməsinidə  gözləmirik. Yetərki Quzey Azərbaycandakı soydaşlarımızın sosial, iqtisadi vəziyyətləri rus işğalı dövründən daha yaxşı olsun ki, biz də Güneydə millətimizə buranı nümunə kimi göstərək. 

Nəhayətdə bunu deyim ki, Quzeydən bizim bir millət olaraq bir çox bəkləntilərimiz vardı: məsələn burada bizim bir çox  Güneyli soydaşlarımız var ki, bugün Quzey  Azərbaycanda qaçqın durumunda yaşayırlar. 8-10 ildən artıqdı ki, Quzey Azərbaycan hökuməti nə onlara vətəndaşlıq vermir, nə də BMT-nin xətti ilə üçüncü bir ölkəyə getmələrinə şərait yaratmır.  Baxın bizim Quzeydən istəklərimizdən biri də bu insanların talelərinə biganə yanaşmasınlar. Özəlliklə də bu son qurultayda ( Dünya Azərbaycanlılarının 3-cü qurultayı nəzərdə tutulur. ) prezident İlham Əliyev öz çıxışında bir daha bəyan elədi ki, Azərbaycan 50 milyonluq Azərnaycan türklərinin vətənidi. O zaman Güneydən gələn insanlarda öz vətənlərinə gəliblər, verin onlara vətəndaşlığını otursun burda.  Bunlardı Q. Azərbaycan dövlətindən gözləntilər. Çox təsüfflə qeyd etməliyik ki, 2006-cı ildəki, hərəkat zamanı Q. Azərbqaycan dövləti heç mənəvi dəatəkdə vermədi Güneyin hərəkatına. Ən azından bu hadisələri medyanın gündəmində saxlamq olardı, və bu da Güneyə böyük mənəvi dəstək olardı.   Bizimdə canı, qanı özümüzdən olan dövlətimizdən doğal olaraq gözləntilərimiz budu və istərdik ki, bunlar  həyata keçrilsin.

 

7. Diaspor təşkilatlarının işi sizi qane edirmi?

- Azərbaycan diasporası gəncdi. Azərbaycanın diyaspora tarixçəsi geniş deyil. Qane edir desəm yalan demiş olaram.  Azərbaycan diasporasının işi qanedici olsaydı bizim bir çox sorunlarımız, ən azından xarici ölkələrdə Azərbaycanın adından yaranan mənfi təbliğatları əngəlləyərdi, Güney Azərbaycanın dünyada tanıdılmasında müsbət rolu ola bilərdi. Amma bu dediklərim diasporanı kiçiltmək anlamına gəlmir, dediyim kimi, diaspora hələ gəncdi və imkansızdı. Bütün bunlara baxmayaraq sevindiricidir ki, bugün Azərbaycanın diaspora təşkilatları var və az da olsa fəaliyyətləri görünür. Amma, biz 10 il bundan qabağa baxsaq, o zamandan indi diaspora güclüdü. 1990-cı ildə diaspora yox idi, və 20 yanvar hadisələrini bizlər hər ölkədə bir neçə nəfər toplaşaraq həmin ölkələrin insanlarına çatdırmağa çalışırdıq. Amma, bugün artıq hər şey dəyişib. Azərbaycanın diasporası fəaliyyət göstərir, onlar öz imkanları çərçivəsində Azərbaycanı, onun dərdlərini, düşmənlərini dünyaya çatdırmağa çalışır.

8. Quzey Azərbaycanlı soydaşlarımıza mesajınız?

-  İlk olaraq bu zamanı bizə ayırdığı üçün Türküstan qəzetinə və onun rəhbərliyinə, əməkdaşlarına öz təşəkkürümü bildirirəm. Türküstan qəzeti bizimlə eyni düşüncədə, eyni məfkurədədi.

Quzey Azərbaycandakı soydaşlarımıza hər bir məsələdə təmkinlə, duyğusallıqdan uzaq,  məntiqlə yanaşmalarını, özəlliklədə din məsələsinə gələndəçox diqqətli olmalarını arzu edərdim. Çünki düşmənlərimiz hər zaman bizim sadəliyimizdən istifadə edib vurublar. Düşmənlərimizə heç bir şans verməyək ki, dini hisslərimizdən istifadə edib bizim dövlətçiliyimizin, istiqlaliyyətimizin əleyhinə istifadə eləsinlər.

Bütün soydaşlarımıza başıuca yaşamağı arzu edirəm.

 

Share

Güney Azərbaycan İstiqlal Partiyası -حزب استقلال آذربایجان جنوبی- South Azerbaijani Independence Party (GAİP,گايپ SAİP, 2004© )

TPL_GK_LANG_MOBILE_TOP TPL_GK_LANG_MOBILE_SWITCH_DESKTOP