GAİP XƏBƏR

TPL_GK_LANG_GK_MOBILE_DESKTOP TPL_GK_LANG_GK_MOBILE_REGISTER TPL_GK_LANG_GK_MOBILE_LOGIN

Saleh Ildırım: "Milli Hərəkatı irəli aparan qüvvə Güney Azərbaycanın daxilindədir"

ssdfdgGAİP XƏBƏR:Güney Azərbaycan İstiqlal Partiyasının sözcüsü Saleh bəy Ildırımın “Paritet.az”-a verdiyi müsahibəsini olduğu kimi təqdim edir:

 

 Deyəsən, onun ömür yolu çox keşməkeşli və enişli- yoxuşlu olub. Çünki ilk olaraq özü haqqında məlumat verməsini istədikdə dedi ki, həyatının hər dönəmini danışsa, gərək neçə kitab yazıla. Ona görə də ömür səhifələrindən çox qısa   başlıqlara toxundu. Beləcə, Güney Azərbaycan İstiqlal Partiyasının sözçüsü Saleh İldırımı birgə tanıyaq.

-Güney Azərbaycanın Culfa bölgəsinin Gərgər şəhərindənəm. 1979-cu il inqilabında aktiv fəaliyyətim olub. İnqilabdan  sonra xalq müsəlman hərəkatına qatıldım. Xalq müsəlman hərəkatı qanla boğulduqdan sonra İran dövlətinə  qarşı mübarizəni davam etdim və nəhayət Mərənd Şəhər Prokrurluğundan (dadistani) əleyhimə tutulma əmri verldiyi üçün bir il Tehranda gizli yaşadıqdan sonra Türkiyəyə getdim. BMT-dən (Birləşmiş Millətlər Təşkilatından) siyasi sıgınacaq alıb Kanadaya  yerləşdirilidim. 1988-ci ildən Kanadanın Monreal şəhərində  mövcud olan (Kvebek Azərbaycanlıları Assosasiyası) ilə əlaqəyə girib orada uzun zaman fəaliyyətim oldu. Ara-sıra şeir deyirəm. Bir  şeir dəftərim də var, ancaq hələ çap olunmayıb. 1998-ci ildə Dünya Azərbaycanlıları Konqresinin II qurultayından sonra “İldırım” məcmuəsini  Monrealda nəşr etməyə başladıq. “İldırım” jurnalının baş redaktoru olmaqla yanaşı  Güney Azərbaycan  Azadlıq Partiyasının sözcüsü kimi fəaliyyətimi davam etdim.  O partiya bir ildən artıq fəaliyyət göstərmədən bağlandı. O zaman internet yeni başlamışıdı. İnternet üzrə fəaliyyətim başladı. İlk işimiz İranın fars olmadığını sübut etmək üçün iki il ərzində  həftədə bir gün “Paltak”  sistemində seminarlarımız keçirildi. Bu vasitə ilə İran adlanan ölkədə yaşayan millətlərin məsələsini siyasi gündəliyə çıxarmağı bacardıq  və  bir çox azərbaycanlıları öz kimliyi ilə tanış edə bildik. Ondan sonra Azərbaycan inqilabçıları seminar otağında iki il müddətində tarixmizi şərh edərək istiqlal məfkurəsini açıqlayıb və Güney Azərbaycanın istiqlaliyyətinin gərəkdiyini geniş müzakirə etdik. Bu müzakirələrin davamında 2004-cü ildə Güney Azərbaycan İstiqlal Partiyasını yaratdıq. O tarxidən etibarən də GAIP-ın sözcüsü kimi seçilib bu vəzifəni daşıyıram. 

- Təşkilatınızın hansı media orqanları fəaliyyət göstərir?

- Təşkilatımız  uzun zaman “Günaz TV”  ilə  fəaliyyət göstərib. Bununla yanaşı  “Voa”, Kanadada nəşr olunan  ingilis dilli qəzet,  farsdilli “Peyvand”, “Şəhrvand”  və  Azərbaycanda  bir çox  jurnallarda da  ara-sıra müsahibələrimiz və yazılarımız yayılıb. GAİP-a aid  2 saytmız: www.gaip.orq , www.gaip.biz  və eləcə də   “Facebook”, “Youtube” və internet televiziyamız  www.istiqlal.tv  də  fəaliyyət göstərir. Bizi dinləmək istəyən və sözlərimizi senzura etməyən  juarnal və media ilə əməkdaşlığa hazırıq.

-İranda azərbaycanlıların hüquqlarının pozulması halları barədə dünya insan haqları mərkəzlərinə, bəynəlxalq təşkilatlara lazımınca məlumat çatıra bilirsinizmi?

- “İldırım” və “Qurutuluş” məcmuələri  tərəfindən doktor  Əlirza Əsgərzadə ilə birlikdə BMT-yə Güney Azərbaycandan insan haqlarının  İranın irqçi fars hakimiyyəti tərəfində pozulmasını  yazıb raport etmişik. 2002-ci ildə DAK rəhbərliyi cənab Obalının təşkilatçılığı ilə Nyu-Yorkda BMT-nin İran üzrə nümayəndəsi  Maris Kopiturnla görüşümüz olub. Həmin ilin sonunda ilk olaraq  BMT  30 milyon azərbaycanlının dilinin qadağa və haqlarının tapdalanması haqda  çoxsəhifəlik  hesabat yaydı. Daha sonralar Kanada parlmentində, eləcə də Beynəlxalq Amnistiya Təşkilatı və  Avropa Şurası rəsmiləri ilə görüşlərimiz olub.  Beynəlxalq Amnistiya Təşkilatı ilə İngiltərə təmsilçimiz davamlı əlaqədədir. Bu və başqa  vasitələrlə,   dünyanın bir çox ölkəsində  gerçəkləşdirdiyimiz seminar və etirazlarla  Güney Azərbaycan türklərinin səsini beynəlxalq ictimayyətə çatdırmağa çalışmışıq  və bu işi davam etdiririk.

-Bəynəlxalq təşkilatların İrandakı despotizmə və edam hallarına qarşı münasibətləri Sizi qane edirmi?

- Beynəlxalq  təşkilatların bu günə qədər  bəynatdan başqa  hər hansı ciddi bir əməlləri olmayıb. Əlbəttə ki, bu, qaneedci deyil, amma yenə də  bəzi hallarda  bəzi cinayətlərin qarşısını alıb və ya almağa çalışdıqları da  danılmazdır.

-Bu il İranda edam halları daha da çoxalıb. Beynəlxalq hüquq təşkilatlarının hesablamalırna görə, hər 8 saatdan İranda bir insan edam edilir. Sizcə, İran bununla dünyaya hansı mesaj vermək istəyir?

- Edamlar yeni deyil, İran hakimiyyəti 30 ildir şiddətlə edamlara davam edir. Xomeyni inqilabdan sonra mollalara   demişdi  ki, şiddət göstərib edamları artırmalıyıq. O çıxışın  videoyazısı var. O əmrdən sonra edamlar daha da artdı. Məsələn, bu gün özünü “islahatçı” adlandıran   Musəvi baş nazir olanda 36 min nəfər edam  edilib. Kərrubinin özünün işgəncə yerləri var idi. Bu gün verilən hesabatda göstərilir ki, hər 8 saatda bir nəfər edam edilir. Hərçənd ki, bu, edamların hamısı deyil. İran deyilən ölkə artıq beynəlxalq təzyiqə məruz qalmasın deyə  edamların hamsın açıq elan etmir. Bəlkə  çox az rəqəm göstərməyə çalışır. Əslində edamlar bundan daha da artqıdır. Bu, artıq mesaj deyil, rejimin ayrılmaz mahiyyətidir  və  var olduğu surətdə davam edəcəkdir.

-Demək olarmı, Tehranda ötən ay baş verənlər İrandakı 2006, 2009-cu illərin kütləvi etirazlar dalğasının davamı idi? Etirazçılar öz istəklərində nə dərəcədə irəli gediblər?

- 2006-cı ildə Güney Azərbaycanın etirazları ilə 2009-ci ildə  Tehranda  baş verənlər  mahiyyətcə tamam fərqli hərəkatlar idi. 2006-cı ildə Azərbaycanda etiraz aksiyaları fars irqçiliyinə qarşı etiraz idi ki, yenə də Tehran, daha doğrusu, farslara qatılmadan öz  yolunu davam edir.

Tehranda cərəyan edən hadisələr əsasında rejimin  iki qanad  hakimiyyət rəqabətindən  ortaya çıxıb və  gücü qəsb etmək davasıdır. Hər iki  qanad  bu rejimi qurub və qorumaq üçün  yetərincə cinayət işləyib. İslam cümhuriyyətini, vilayəti-fəqih  və fars irqçilyi  hər iki qanadı- yəni həm iqtidar, həm müxalifəti formalaşdıran əhəmiyyətli ünsürlərdir. Başqa  tərəfdən hər iki qanad qeyri-fars millətlərə, xüsusən də türklərə mərhəmətsiz  və  qəddardır. Məhz ona görə də  Azərbaycan bu hərəkatlara qatılmadı və qatılmayacaq da. Tehranda, İsfahanda gedən nümayişlərdə insanlar rejimdən bəzi islahat istəyir. Azərbaycanda gedən dava isə fars işğalına son qoyub Güney Azərbaycan  müstəqil dövlətini yenidən qurmaq üçündür. Yəni Tehrandakı hərəkatın dərdi sadəcə rejimdirsə, Güney Azərbaycanın davası sadəcə rejim deyil, bəlkə İran dövləçiliyi və işğalçılığına son qoymaqdır. Yəni nəinki bu rejimi, heç İran adlı bir dövləti də qəbul etmir.

- Sizcə, bu nümayişlər kənar ölkələrədən, yoxsa elə daxili milli istiqlal savaşı istəyindən qaynaqlanır?

- 2006-cı ildə güneyin 30-dan artıq şəhər və kəndində nümayişlər olanda rejim iddia etdi ki, bunların hamısı  Azərbaycandan gəliblər. Şah 1979-cu il inqilabında  Təbrizdə başlanan 29 bəhmən qiyamını SSRİ (Şurəvi)  vətəndaşlarından qaynaqlandığını dedi. Müxalifləri rahatca əzmək üçün bu, totalitar rejimlərin  ən tanımış üsuludur.Nümayişlər hamısı içəridən  başlayıb və hər hansı bir ölkə ilə də  bağlılığı yoxdur. Ancaq  yuxarıda  vurğuladığım kimi mahiyyətcə fərqlənirlər. Millətlərin işğala qarşı mübarzəsi, xüsusən də Azərbaycan milli hərəkatının 2006-cı ildə başlanan etirazları İran dövləçiliyini titrətdi. Bu etirazların tarxi səbəbləri və kökləri var.  Keçən 100 ildə  dəfələrcə özünü göstərib.  İran İslam rejiminin nə İranda qeyri-millətlər arasında, nə də farslar arasında hər hansı bir bazası qalmayıb və yox olmağa, İran isə dağılmağa məhkumdur. Bu vəziyyətdən qurtlumaq istəyən rejim müxalif qüvvələri özünün başqa qanadı altında toplamaq istədi ki, bəlkə İranın parçalanmasını əngəlləyə bilsin.  Ancaq  gediş rejimin istədiyi kimi olmadı və yaratdığı Yaşıl hərəkatın gövdəsi rəhbərlikdən qopub rejimin əleyhinə çevirlidi. Onun da köku 30 ilik dini zorakılıqla bağlıdır.

-Demək olarmı, İran ərəb ölklərinə qurduğu tora özü düşdü?

- İran da başqa ölkələr kimi həmişə  münaqişəni  uzaqlarda görmək və göstərmək istəyir. O üzdən də İraqda, Fələstində, Livanda, Bəhreyndə, hətta Azərbaycanda  iğtişaşlar yaratmaga çalışırdı. Guya İslam inqilabını yayacaq . Ancaq  yaymaq istədiklərini öz ölkələrində belə yaşatmağa  kifayət qədər sosial bazası yoxdur. İrandaki problemlər  nə yenidir, nə də ərəb ölkələrində başlanan üsyanlarla bağlıdır. Oonlardan  həm mahiyyətcə fərqlidir, həm də tarix boyu olub. Azərbaycan   neçə dəfə  öz dövlətini qurmağa cəhd edib, Xiyabaninin rəhbərliyi ilə Azadistan və Pişəvərinin  rəhbərliyi ilə Milli Hökuməti qurmuşdu. 1979-cu il inqilabından sonra xalq müsəlman hərəkatı, Türkmənistan hərəkatı, Kürdüstan  və s.  yenə də öz  dövlət və milli haqları  istəyində olduğu hər kəsə aydındır.

-Bəzən  elə gəlir ki, Amerika və Avropa qitəsində (Qarrəsində) yaşayan Güney azərbaycanlıları, İrandakı soydaşlarımızdan daha fəaldırlar.

- Əsla,  elə deyil. Bu gun Güneydə gedən dava və səslənən şüarlar xaricdəki mühafizəkar azərbaycanlılardan daha da  güclü və radikaldır. Xaricdəki azərbaycanlılar sadəcə güneydə gedənlərin  bəlli qismini əks etdirə bilir. Əsas çağırışların hamısı içəridə  və əsas şüarların hamsı da  güneydəki  şəhrlərimizdə, xiyabanlarımızda  səslənib divarlarda yazılıb və stadionlarda (stadyomlarda)  səslənməkdədir. Azərbaycanın bayrağı Təbrizdə dalğalanır. Halbuki hələ də Avropada bəziləri bu milf porn bayraqdan qaçırlar. Bu gün “Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun”, “Azərbaycan diyarımız, ay-ulduz bayrağımız”, “Təbriz, Bakı, Ankara, biz hara, farslar hara”, “Türkük, türk qalacağıq, biz fars olmayacağıq”, “Ölüm olsun rasizmə”, “Fars dili zillət dili, türk dili qeyrət dili”, “And ola Səttarxana, od salarıq Tehrana”, “Biz qəhrəman türklərik, farslara baş əymərik” və s. şüarlar güneyin şəhər, xiyaban və stadionlarında səslənir. Boz qurdlarımız damlardan ulayır. Onlar boz qurd işarəsi tutub stadionlarda 100 minlərlə ulayaraq farsa meydan oxuyur. Bir həftə bundan əvvəl Təbrizdə  60 min nəfərlik stadionda  “Ağdam məscidi yeni Beyt-ül-Müqəddəs”  şüarını rəngli parçada yazılaraq “Qarabağ bizimdir, bizim qalacaq”  deyə  bir ağızdan səsləndilər. Bunların hamısını içəridə  rejimin tam təzyiqləri altında qeyrətli  Azərbaycan millətinin  rəşadətli övladları gərcəkləşdirir.   Avropada  mühafizəkarlar  millətə “amandır, bu şüarı deməyin,  onun zamani deyil”,  “bu işarəni tutmayın avropalıların xoşuna gəlməz”, “”türkəm” deməyin avropalılar bəyənmir” deyərək hərəkatı yatırmağa çalşdığı halda yuxarıda dediyim şüarlar Təbriz, Urmiya, Zəncan, Kərəc, Tehran, Ərdəbil, Sulduz və başqa şəhərlərimizdə səslənir. Hal-hazırda Təbrizdə səslənən şüarları Avropada yaşayan soydaşlarımız bütün azadlıqlara rəğmən səsləndirməyə cəsarət etmir. Sizcə, indi bunların hansı daha fəaldır? Doğrudur, içəridə yayım imkanları, media imkanları olmadığı üçün güneyin çağırşlarının çoxu  xaricə göndərilir və oradan televiziya və başqa  vasitələrlə millətə bildirilir. Bütün inqilablarda belə olub, amma inqilabı irəli aparıb gerçəkləşdirən hər zaman  daxildəki qüvvələrdir.

Share

Güney Azərbaycan İstiqlal Partiyası -حزب استقلال آذربایجان جنوبی- South Azerbaijani Independence Party (GAİP,گايپ SAİP, 2004© )

TPL_GK_LANG_MOBILE_TOP TPL_GK_LANG_MOBILE_SWITCH_DESKTOP