GAİP XƏBƏR

TPL_GK_LANG_GK_MOBILE_DESKTOP TPL_GK_LANG_GK_MOBILE_REGISTER TPL_GK_LANG_GK_MOBILE_LOGIN

"İran Amerikadan, Avropadan bir o qədərçəkinmir ki, Azərbaycanın varlığından qorxur" ( 2011-10-01 )

dggGAİP XƏBƏR: "İran Amerikadan, Avropadan bir o qədərçəkinmir ki, Azərbaycanın varlığından qorxur"

 

Saleh İldırım: "Elə bu səbəbdən də bu gün İran bütün gücünü Güney Azərbaycan təhlükəsini həll etməyə səfərbər edib, amma yenə də bacara bilmir"

Güney Azərbaycan İstiqlal Partiyasının funksioneri, Kanadada yaşayan politoloq Saleh İldırımın "Təzadlar"a müsahibəsi.

- Saleh bəy, İran prezidenti Ermənistanla əlaqələrinin inkişaf etdirəcəyini bildirdi. Sizcə, İran Ermənistanla əlaqələrinin inkişafı arxasında hansı siyasət dayanır və İranın regional siyasətində Ermənistan hansı statusu daşıyır?

- İranın Ermənistanla əlaqələri həm Ermənistan, həm də İran üçün vaz keçilməz bir amildir. İranın qonşuları arasında yeganə problemsiz olduğu ölkə Ermənistandır. Qalan qonşularla ciddi problemlər yaşamaqdadır. Ermənistanla İranın əlaqləri birinci olaraq irq məsələsinə dayanır və onların hər ikisinin də heç tarixdə gerçəyi olmayan ariyan irqindən olduqlarına inanırlar.

Baxmayaraq ki, ermənilər əslində xristinlaşdırılmış türklərdir ki, Vatikanın təsir altında öz köklərindən uzaqlaşmış və hətta barışmaz düşmən olmuşlar.

İkinci amil ermənilərin İrandan hər hansı bir təhlükə olmadığı və təhlükə yarada bilməyəcək dərəcədə zəif olması və hər vəziyyətdə İrana bağlı və möhtac olmasıdır. üçüncü və ən mühüm amil budur ki, hər iki dövlət türk düşmənçiliyi üzərində qurulub.

Ermənistan İranın ciddi rəqibi Türkiyənin və eləcə də İranı ciddi təhdid edən Şimali Azərbaycan cümhuriyyətinin düşmənidir. Bu amil İrani ciddi təhdid edir. Bu önəmli amildir və təəssüflər ki, bəzi hallarda həm Azərbaycan dövlətinin, həm də siyasətçilərin diqqətindən kənarda qalır.

Bu gün İran Amerikadan, Avropadan bir o qədər çəkinmir ki, Azərbaycanın varlığından qorxur və bunu özünə ciddi təhlükə olaraq görür. Azərbaycanın inkişafı 30 milyonluq güney Azərbaycan türkünün milli şüuru yüksəlişinə və milli güvəncinə səbəb olur. Bu, İranın məhvi deməkdir. Yəni başqa sözlə desək, Azərbaycan uzun sürədə İrana hərb elan etmədən və savaşa başlamadan İranı məğlub etmək potensialına malikdir. Nəticədə, Azərbaycanın varlığı İranın yoxluğuna səbəb olmaqdadır. Elə bu səbəbdən də, bu gün İran bütün gücünü güney Azərbaycan təhlükəsini həll etməyə səfərbər edib, amma yenə də bacara bilmir. O üzdən də İran ən qorxulu düşməninə qarşı Ermənistanı dəstəkləyərək Azərbaycanın inkişafına mane olmağa çalışır. Əslində Ermənistan Azərbaycana qarşı İranın bir maşasıdır. Belə olanda, İran öz alətindən heç vaxt imtina etməyəcək. Eyni zamanda İran Ermənistandan faydalanaraq az da olsa, Avropa ilə əlaqə yaratmağa çalışır. Bu gün ermənilərin nə qədər qəddar və zalım olduğuna baxmayaraq, erməni lobbisinin uzun sürə fəaliyyəti nəticəsində dünyada məzlum kimi tanınıblar və ona görə də onların Qarabağda işlətdiyi cinayətləri qərb ölkələrinə inandırmaqda əziyyət çəkirik. Tomas Qolts kitabında yazır ki, mən bu cinayətləri açıqlayanda bir çox Amerika jurnalları müqavimət göstərib və qəbul etmək istəmirdi ki, ermənilər belə cinayətlər törədiblər. Ona görə xəbərlərin yayılması 3 gün keçikdirildi. İran ermənilərə yardım etməklə bir yandan da erməni lobbisinin və Avropada simpatiyasını qazanmaq istəyir. Bu, həmçinin türk birliyinin qarşısını almağa hesablanmış bir siyasətdir.

- İran Dağlıq Qarabağ milf videos məsələsində fəal siyasət yürütmək istəyir. İranın regional münaqişələrin həllində potensial imkanlarını necə dəyərləndirirsiniz?

- İran öz daxilində münaqişələrin həllində belə acızdır. Bu gün İranın hakimiyyətdaxili prosesləri gərginləşib. Nə dövlətin, nə də hakimiyyətin milli bazası yoxdur. Sadəcə olaraq, hələlik pul və silah gücünə ayaqdadırlar. İranda yaşayan qeyri-fars millətlərinin oyanışı və Güney Azərbaycan, Əhvaz ərəbləri, Bəlucstan, türkmən türkləri və s. İranı içdən tükədir və hər son işğal etdiyi torpaqlara ordu çəkərək öz hakimiyyətini qorumağa çalışır. Bunlardan əlavə, fars millətinin içində də hakimiyyətə qarşı müxalifət var. Belə bir problemi yaşayan bir rejim necə regionda ki, münaqişlərin həllində hansısa bir təsir qoya bilər? İran illərcə sərmayə qoyduğu ölkələr olan Livanda, Fələstində, Suriyada olan hadisələr hər hansı bir təsir qoya bildimi? Yox, əksinə, həm Suriyada, həm Fələstində, həm də Tunis, Misir və ümumiyyətlə, orta şərqdə hər şeyi Türkiyəyə uduzdu. İnqilablarla qəfildən üzləşən İran, sadəcə, bu hərəkətləri İran İslam İnqilabından qaynaqlandığına səslənərək bir siyasi fiqur tutmağa çalışdı k, onu da ərəb inqilabları dəqiq cavablandırdılar. Bəli, illər boyu "Fələstin! Fələstin!" deyərək daxili problemlərinin qarşısını ala bildi. Ancaq bu gün bölgədə gedən hadisələrdə bir-iki əl bombası partlatmaqdan başqa heç bir gücü qalmayıb. İran manevrlərlə öz gücünü göstərmək istəyir. Orta Doğuda uduzdusa da, Qafqazda bir iz saxlamağa çalışır. Nə olsa da, 20 ildir Ermənistanın üzərində rəsmi olaraq açıq sərmayə yatırır. Həm də Rusiya ilə birlikdə Türkiyənin ən azından Qafqazda hegemonluğu ələ keçirməsinə əngəl olmağa mane olur.

- Son günlər Urmu gölü ətrafında gərgin prosesləri müşahidə edirik. Hadisələrin məntiqi sonunu necə görürsünüz?

- İran fars dövləti Güney Azərbaycan türklərinə qarşı basqıları, sadəcə, mədəniyyət və dil sahəsində deyil, bəlkə bütün elementlərdən faydalanaraq Azərbaycan türkündən xilas olmaq niyyətindədir. Güney Azərbaycan türkü bu həqiqəti, xüsusilə İran parlamentində göllə bağlı hansısa hadisələri görəndən sonra, meydanalara çıxdı və öz varlığını qorumaq üçün öz etraz səsini qaldırmağa başladı. Rejim etirazları silah gücüylə qarşısını almağa çalışsa da, bacara bilmədi və millətimiz etirazları davam etdirib və qarşıda yenidən meydanlara çıxacaqlar. Rejimə qarşı ciddi dirənişin baş qaldıracağının şahidi olacağıq. Bu mübarizə İran işğalçı rejiminin Azərbaycandan geri çəkilməsi və sonucda güney Azərbaycan dövlətinin qurulacağı şübhəsizdir. Başqa alternativ yol yoxdur. Yəni hər hansı bir tədbir və addım üçün son yox, bəlkə də savaşın bir mərhələsi kimi önəm daşıyır. O üzdən də bəzi siyasətçilər kimi, Urmu gölünü, sadəcə, ekoloji məsələ kimi yox, bəlkə də milli varlığımızın və milli mücadiləmizin bir parçası kimi aparırıq. Əgər göl təbii hadisələrlə qurumuş olsaydı, o zaman ekoloji problem sayılardı, ancaq bunun arxasında siyasət var.

- ümumiyyətlə, ərəb dünyasında baş verən siyasi dəyişiklərin Güney Azərbaycan  Milli Hərəkatına hansısa bir formada təsiri mümkündürmü?

- Güney Azərbaycan dünyadan təcrid olmadığı üçün dünyada gedən siyasi iqtisadi dəyişmələrdən təsirsiz deyil. Ancaq nə qədər təsir edə bilər, bu, önəmli məsələdir. Ərəb bölgələrində diktatorların çöküşü və diktatorlara qarşı mübariz inqilabçılarda cəsarət yaradıb, insanlara mənəvi güc verirsə, bu, qazanc təcrübəsinə dayanaraq inqilabçıların daha da iradəli meydana girib mübarizə etməsinə inam yaradır. Buna görə də dünyanın heç gözləmədiyi inqilablar ölkələrdən ölkələrə təsir edir. Yəni inqilabçılar da bir-birilərindən ilham alır və təcrübə qazanır. Bu inqilabların mahiyyətcə Güney Azərbaycan milli savaşından fərqləndiyinə baxmayaraq, İran adlanan ölkədə ümumi siyasi proseslərə buraxacaq təsir nəticəsində Güney Azərbaycan milli mücadiləsinin yenilənməsinə səbəb olacaq. 1979-cu ildə İran islam inqilabı baş verən zaman eyni proseslər müşahidə olunurdu. Ancaq Güney Azərbaycan milli hərəkatında məqsəd Azərbaycan məmləkətini fars işğalından azad edib, müstəqil Güney Azərbaycan dövlətini qurmaqdır.

Elnur Eltürk

Share

Güney Azərbaycan İstiqlal Partiyası -حزب استقلال آذربایجان جنوبی- South Azerbaijani Independence Party (GAİP,گايپ SAİP, 2004© )

TPL_GK_LANG_MOBILE_TOP TPL_GK_LANG_MOBILE_SWITCH_DESKTOP