GAİP XƏBƏR

TPL_GK_LANG_GK_MOBILE_DESKTOP TPL_GK_LANG_GK_MOBILE_REGISTER TPL_GK_LANG_GK_MOBILE_LOGIN

Dünya ana dili günü ilə bağlı Fəaliyətlər başlandı

GAIP tebriz 3GAİP XƏBƏR : Hər il Güney Azərbaycanda, xüsusilə qeyri-fars millətlərinin yaşadığı bölgələrdə 21 fevral Ümumdünya Ana Dili Günü müxtəlif yollarla qeyd olunur.

Dünəndən etibaran Güney Azərbaycanda Milli fəalarımızın  başladıqlari fəaliyətlərdə, Təbriz şəhərinin  divarlarında "Güney Azərbaycan İran deyil" ,"Türk dilində mədrəsə" Milli şüarlar yazılıb.

 

GAIP tebriz 1GAIP tebriz 2GAIP tebriz 3GAIP tebriz 4

 

 

UNESCO-nun 1999-cu ildə 21 fevralı Ümumdünya Ana Dili Günü elan etdikdən bir neçə il sonra İran adlanan yerdə yaşayan azərbaycanlılar bu bayramla bağlı tədbirlər keçirməyə başlayıblar. İlk illər tədbirlər universitetlərdə mədəni mərasim və seminar şəklində keçirilirdi. Ancaq İran adlanan yerin tədbirləri qadağan etməyə başlamasından sonra 2007-ci və 2008-ci illərdə Ümumdünya Ana Dili Günü işğal altında olan  Güney Azərbaycanın bir çox şəhərində kütləvi etirazlarla müşayiət olmuşdu. "Amnesty İnternational" 2007-ci martın 9-da yaydığı hesabatda həmin il 21 fevral Ümumdünya Ana Dili Günü etirazlarıyla bağlı Urmiyada təqribən 50, Sulduzda 25, Ərdəbildə 20, Zəncanda 25 nəfərin, Qoşaçay şəhərində isə bir çox azərbaycanlının həbsilə bağlı GAİP İnsan haqları mərkəzindən məlumat vermişdi.

Təbriz, Urmiya, Xoy,Sulduz,Əhər ,Qaradağ,Ərdəbil,Zəngan ... şəhərlərdə Millli fəalar və yerli sakinlərə bununla bağlı çoxlu sayda bildirişlər ,SMSlər, Elanlar ,plakatlar asmalar və divar yazıları,bəayanatlar ,CD lər  yaymasına hazırlıq gedir.  

Ümumdünya Ana Dili Günü ərəfəsində Güney Azərbaycan şəhərlərində təhlükəsizlik qüvvələri artırılıb. Şəhər əhalisi  Ana Dili Gününü xüsusi rəğbətlə qarşılamaya hazırlaşır.

GAİP təmsilçilklərdən verilən xəbərə görə Uluslararası Ana Dili Günü ərəfəsində xaricdə yaşayan güneyli soydaşlarımız özəliklədə GAİP-in  muxtəlif ölkələrdə təmsilçilikləri  İran adlanan yerdə türk dilində təhsil qadağasına etirazlarını bildirmək üçün hər il olduğu kimi yaşadıqları və təmsil etikləri ölkələrdə tədbirlər keçirməyə  hazırlaşlar .

Share

Güney Azərbaycan İstiqlal Partiyası -حزب استقلال آذربایجان جنوبی- South Azerbaijani Independence Party (GAİP,گايپ SAİP, 2004© )

TPL_GK_LANG_MOBILE_TOP TPL_GK_LANG_MOBILE_SWITCH_DESKTOP