GAİP XƏBƏR

TPL_GK_LANG_GK_MOBILE_DESKTOP TPL_GK_LANG_GK_MOBILE_REGISTER TPL_GK_LANG_GK_MOBILE_LOGIN

Rusiya İranla razılaşdı,Bakı-Novorossiysk kəmərini bağlayır

focus-400-2-488f2GAİP XƏBƏR : Moskva və Tehran fars rejiminə qoyulmuş embarqonun təsirini azaldacaq bir mübadilə razılaşması hazırlayır Rusiya neft qarşılığında Farslara  rus istehsalı olan mal və material verəcək. “Axar.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rusiya ilə İran arasında ediləcək razılaşmaya görə, Rus istehsalı olan malların qarşılığında İran Rusiyaya gündə 500 min barel neft verəcək. İki ölkənin müzakirələrdə son mərhələyə gəldiyi bildirilib. Razılaşma təmin olunsa, İranın neft ixracatı yüzdə 50 artacaq.

Mübadilə razılaşması nüvə proqramı səbəbilə embarqolarla qarşı-qarşıya olan İrana ildə 1.5 milyard dollarlıq gəlir gətirəcək.

Rusiya Bakı-Novorossiysk kəmərini bağlayır

«APA-Economics»in «İTAR-TASS»a istinadən verdiyi məlumata görə, buna səbəb Rusiya ilə Azərbaycan arasında neftin nəqlinə dair kommersiya razılaşmasının bağlanmasıdır.   «Transneft»in nümayəndəsi İqor Deminin sözlərinə görə, Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) nümayəndələri ötən ilin may ayında ləğv edilmiş hökumətlərarası sazişdən sonra, hələ də Azərbaycan neftinin Rusiya ərazisindən nəqli ilə bağlı yeni kommersiya müqaviləsinin hazırlanması ilə bağlı rəsmi danışıqlar başlamayıb.  

İ.Demin deyib ki, fevralın əvvəlində «Transneft» şirkətinin Azərbaycan neftinin Rusiya ərazisi ilə nəqlinə dair bütün səlahiyyətləri bitir. Müqavilə uzadılmasa, şirkət boru kəmərinin Mahaçqaladan Novorossiyskə qədər olan hissəsinə Dağıstan paytaxtının limanına gətirilən nefti vuracaq.   Xatırladaq ki, ARDNŞ ötən ilin mayın 15-də bununla bağlı açıqlama yayıb. Açıqlamada deyilir ki, Azərbaycan və Rusiya arasında Azərbaycan neftinin Rusiya ərazisindən nəql olunmasına dair 18 yanvar 1996-cı il tarixində qüvvəyə minmiş sazişdə qeyd olunur ki, tərəflərdən hər hansı biri sənədin hüquqi hökmünün dayandırılması haqqında təşəbbüs göstərməzsə, sənəd avtomatik olaraq daha bir il müddətinə uzadılır. «Bu müddəaya əsasən, təqvim ili başa çatmazdan altı ay qabaq Sazişin qüvvədə qalma müddətinin dayandırılması haqda xəbərdarlıq edildiyi təqdirdə, həmin müddət növbəti ilin 1 yanvar tarixindən etibarən dayandırılır. Azərbaycan neftinin Bakı-Novorossiysk kəməri ilə nəqlinə dair dövlətlərarası sazişin qüvvəsinin dayandırılması bu kəmərlə Azərbaycan neftinin nəql olunmasının ümumiyyətlə dayandırılması demək deyil. ARDNŞ bu kəmərin Rusiya ərazisində idarəçiliyini həyata keçirən «Transneft» şirkəti ilə kommersiya danışıqlarının davam etdirilməsinə tərəfdardır», - deyə məlumatda bildirilib.  

ARDNŞ prezidenti Rövnəq Abdullayev isə bildirib ki, Azərbaycan neftinin Rusiya ərazisi ilə indiki şərtlərlə tranzit nəqli 2013-cü ilin sonunadək davam edəcək. Paralel olaraq ilin sonunadək neftin Rusiya ərazisi ilə nəqlinin kommersiya şərtləri ilə həyata keçirilməsi ilə bağlı danışıqlar aparılacaq. Tərəflər arasında bununla bağlı razılıq əldə olunarsa, artıq 2014-cü ildən etibarən Azərbaycan neftinin Rusiya ərazisi ilə nəqli kommersiya şərtləri əsasında davam etdiriləcək.   Qeyd edək ki, iki ölkə arasında bağlanmış sazişə görə, Bakı-Novorossiysk kəməri ilə ildə 5 mln. ton Azərbaycan nefti Rusiyaya nəql olunmalı idi. Lakin faktiki olaraq nəqlin həcmi 2 mln. tondan çox olmayıb. Ötən il isə Azərbaycan neftinin Rusiya ərazisi ilə tranziti 1,7 mln. ton təşkil edib.

Share

Güney Azərbaycan İstiqlal Partiyası -حزب استقلال آذربایجان جنوبی- South Azerbaijani Independence Party (GAİP,گايپ SAİP, 2004© )

TPL_GK_LANG_MOBILE_TOP TPL_GK_LANG_MOBILE_SWITCH_DESKTOP