GAİP XƏBƏR

TPL_GK_LANG_GK_MOBILE_DESKTOP TPL_GK_LANG_GK_MOBILE_REGISTER TPL_GK_LANG_GK_MOBILE_LOGIN

Prezident və NATO Baş katibi birgə mətbuat konfransı keçiriblər

Gaip8787878215GAIP XƏBƏR:Çərşənbə axşamı Belçikaya işgüzar səfərə gələn Azərbaycan lesbian videos Prezidenti İlham Əliyev çərşənbə günü paytaxt Brüsseldə, NATO-nun qərargahında qurumun Baş katibi Anders Fogh Rasmussen ilə birgə mətbuat konfransı keçirib

Mətbuat konfransından əvvəl Azərbaycan və NATO rəsmiləri arasında görüş keçirilib. Otağa Azərbaycan rəsmilərilə daxil olan İlham Əliyev NATO əməkdaşları ilə salamlaşmadan sonra geri çevrilərək "bu da bizim komanda" deyib və xarici işlər naziri Elmar Məmmədyarovu və digər rəsmiləri onları diqqətdən qaçırmış kimi görünən cənab Rasmussenə təqdim edib. Mətbuat konfransında hər iki tərəf Azərbaycanla NATO arasındakı əməkdaşlıqdan, xüsusilə Azərbaycanın NATO-nun Əfqanıstan üzrə 2014-cü ildən sonrakı proqramında rolundan danışıb. "Cənab Prezident, Brüsseldə sizi yenidən görməyə şadam", cənab Rasmussen İlham Əliyevi salamlayıb və bu görüşün NATO-nun və Prezidentin "əməkdaşlığımıza öhdəliklərini əks etdirdiyini" bildirib. "Təşəkkür edirəm cənab Baş katib, dəvətə görə minnətdaram, NATO-ya qayıtmağıma və NATO ilə Azərbaycan arasında strateji danışıqları davam etməyə çox şadam", Azərbaycan prezidenti deyib. "Bu, NATO qərargahına beşinci səfərimdir, bu isə Azərbaycanla NATO arasındakı əməkdaşlığın səviyyəsini göstərir". Çıxışlarından sonra iki rəsmi jurnalistlərin suallarına Klikləyin cavab verib.140115150230 azeri delegation nato 640x360 nato nocredit

Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə NATO-nun (Şimali Atlantika Müqaviləsi Təşkilatı) Baş katibi Anders Fogh Rasmussen ilə birgə mətbuat konfransı keçirib. Konfransdan əvvəl hər iki tərəf Azərbaycanla NATO arasındakı əməkdaşlıqdan, xüsusilə Azərbaycanın NATO-nun Əfqanıstan üzrə 2014-cü ildən sonrakı proqramında rolundan danışıb.

 

 

 

Mətbuat konfransında İlham Əliyevə verilən suallar Azərbaycanda siyasi məhbusların olub-olmaması və uzun müddətlik fasilədən sonra Vyanada Ermənistan prezidenti ilə görüşü haqqında fikirləri barədə olub.
Prezidentə ünvanlanan suallardan biri, "Keçən dəfə siz Brüsseldə olanda demişdiniz ki, Azərbaycanda siyasi məhbus yoxdur. Cənab (İlqar) Məmmədov və cənab (Anar) Məmmədli hələ də həbsdədirlər. Siz hələ də öz fikrinizdə qalırsınızmı?"olub.
"Avropanın və dünyanın ən mühüm qurumlardan biri bu fikri dəstəkləyir", İlham Əliyev 2012-ci ilin yanvarında Avropa Şurası Parlament Assambleyasının keçirdiyi müzakirə və qətnaməyə istinadən bildirib.
"Biz, Avropa Məhkəməsinin qərarlarına riayət edirik və kiminsə məhkəmənin qərarı ilə bağlı şikayəti varsa, Avropa Məhkəməsinə şikayət edə bilər", cənab Əliyev deyib.
O, "siyasi məhbus" termininin rəsmi tərifinin olmadığını vurğulayaraq əlavə edib ki, Avropa Parlamentinin bu terminin tərifini qəbul etməsini məqsədəuyğun sayır.
"(Vyanada) Erməni həmkarınızla yenidən görüşəndən sonra nikbinsinizmi?" sualını cavablayan ölkə başçısı "nikbin olmaq istəyirik" deyib.
"Son görüşümüz ondan əvvəlkidən daha nikbin idi - Ermənsitanın sülh danışıqlar aparmaq istəməməsi səbəbindən sülh prosesində uzun müddət durğunluq olub".
Ermənistanın "səmimiyyətini" sual altında qoyan İlham Əliyev deyib ki, iki ölkənin XİN başçıları arasında növbəti görüş bu ay gözlənilir.
"İkili standartlar"
NATO Baş katibinə ünvanlanan suallardan biri isə Azərbaycana qarşı "ikili standartlar" barədə olub.
"Dünyada, Avropada nümayişlərin zorakılıqla dağıdılması, miqrantlara qarşı pis rəftar tez-tez müşahidə olunur. Azərbaycanda kiçik bir insident yarananda isə bu, çox böyük reaksiya doğurur. Azərbaycana qarşı ikili standartlar varmı?"
Cənab Rasmussen bunu təkzib edib. "NATO ölkələrinin hamısında siyasi məsələlər barədə davam edən daxili debatlar var. Digər ölkələrlə əməkdaşlığımızda dialoqumuz fundamental prinsiplərin üzərində olur və əməkdaşlığımızın inteqral hissəsidir, odur ki, açıq və səmimi mühitdə bu prinsiplərə riayət edilməni müzakirə edirik", o deyib.
"Bu, ikili standartın deyil, bir birimizi ciddiyə almağımızın əlamətidir".

PREZIDENT VƏ NATO BAŞ KATIBI BIRGƏ MƏTBUAT KONFRANSI KEÇIRIBLƏR

 

Share

Güney Azərbaycan İstiqlal Partiyası -حزب استقلال آذربایجان جنوبی- South Azerbaijani Independence Party (GAİP,گايپ SAİP, 2004© )

TPL_GK_LANG_MOBILE_TOP TPL_GK_LANG_MOBILE_SWITCH_DESKTOP