GAİP XƏBƏR

TPL_GK_LANG_GK_MOBILE_DESKTOP TPL_GK_LANG_GK_MOBILE_REGISTER TPL_GK_LANG_GK_MOBILE_LOGIN

Ermənilər siyasətdən ekonomiyə qədər çarəsiz hala gəliblər

 

EU-ArmeniaGAİP XƏBƏR : Dövlət başçısı Prezident İlham Əliyev  bu gün uşaq bağçalarında, məktəblərdə, hərbi hissələrin ərazilərində yaşayanlar üçün daha yaxşı şəraitin yaradılmasının vacibliyini qeyd edərək, əsas tikinti işlərinin torpaqların işğaldan azad olunandan sonra başlanacağını vurğulayıb: "Biz buna hazırlaşırıq, hazır olmalıyıq. Bu gün gücümüz də, texniki imkanlarımız da, peşəkar inşaatçılar da var

Bütün bu şəraiti bizim yerli inşaatçılar yaradırlar, tikirlər. Ona görə, işğala son qoyulandan sonra, - mən buna əminəm ki, o gün gələcəkdir, - biz Kəlbəcərdə, Laçında, bütün başqa şəhərlərdə gözəl binalar tikəcəyik. Əvvəlki illərdəkindən daha da gözəl binalar olacaq”.


Prezident İlham Əliyev o günün gələcəyinə əmin olduğunu bildirib: "O günü yaxınlaşdırmaq üçün biz hamımız çalışırıq, çalışacağıq. Azərbaycan güclənir, ölkənin gücü, iqtisadi, hərbi potensialı, əhalisi artır. Keçən il Azərbaycanda 170 mindən çox uşaq doğulub. Yəni, il ərzində təbii artım 120 min nəfər olub, getdikcə daha da artacaq. İndi əhalinin sayı 9 milyon 500 mindir, getdikcə artacaq. Demoqrafiya, iqtisadiyyat, hərbi güc Qarabağ probleminin həllində əsas rol oynayacaq”.

Azərbaycan prezidenti qeyd edib ki, bu gün Ermənistan xarici yardım olmadan yaşaya bilmir: "Nəinki inkişaf edə, yaşaya bilmir. Özləri, ən yüksək vəzifəli şəxslər açıq etiraf edirlər ki, biz xarici yardımsız yaşaya bilməyəcəyik. Nəyə görə? Çünki işğalçı siyasət onları bu vəziyyətə salıb. Azərbaycan isə bu işğala, çətinliklərə baxmayaraq, son 20 il ərzində müstəqil dövlət kimi görün nə qədər inkişaf edib! İnkişaf hələ daha da sürətlə davam edəcək. Ona görə, ərazi bütövlüyümüzün bərpası məsələsi mütləq həll ediləcək. Heç kimdə bu barədə şübhə olmasın. Eyni zamanda, mən bu barədə demişəm və bir daha demək istəyirəm ki, gələcəkdə azərbaycanlılar bütün tarixi torpaqlara qayıtmalıdır. Bizim tarixi torpaqlarımız Dağlıq Qarabağ və ətraf bölgələrlə məhdudlaşmır. O qədər də uzaq olmayan tarixə, XIX əsrin statistikasına baxsaq görərik ki, azərbaycanlıların yaşadıqları ərazi çox böyük olub. İndiki Ermənistan əslində Azərbaycanın tarixi torpağıdır. Ona görə, gələcəkdə biz bütün tarixi torpaqlara qayıdacağıq. Bunu gənclər də, uşaqlar da bilsinlər. Biz bu amalla yaşamalıyıq, yaşayırıq, yaşayacağıq”.

Dövlət başçısının sözlərinə görə, 20 ildən artıq işğal çox ağrılıdır, ədalətsizlikdir, insanlara əzab verir, əlbəttə, ölkənin inkişafına böyük maneədir: "Ancaq 20 il tarix üçün o qədər də böyük vaxt deyil. Biz gələcəyə baxmalıyıq, 20 ildən, 30 ildən, 50 ildən sonra necə olacaq, Azərbaycan necə inkişaf edəcək?! Əminəm ki, biz o qədər də uzaq olmayan gələcəkdə bütün tarixi torpaqlara qayıdacağıq. O zaman tarixi ədalət tam şəkildə bərpa ediləcək. Birinci mərhələdə işğal edilmiş torpaqlar boşaldılmalıdır. Dağlıq Qarabağda, ondan sonra bütün başqa yerlərdə azərbaycanlılar yaşayacaq. Biz hamımız çalışmalıyıq ki, bu günü yaxınlaşdıraq. Ancaq müvəqqəti olaraq indi bu şərait də var. Mən əminəm ki, bu, müvəqqəti bir yaşayış yeridir. Ancaq müvəqqəti də olsa, yaxşı olmalıdır”.

Avropa İnsan Haqları Məhkəməsində (AİHM) Ermənistana qarşı şikayət iddiası ilə müraciət edən azərbaycanlıların işinə mahiyyəti üzrə baxılmasına başlanıb.  APA-nın Avropa müxbiri məhkəmədən xəbər verir ki, Dağlıq Qarabağdan olan azərbaycanlı məcburi köçkünlərdən "Çıraqov və başqaları Ermənistana qarşı” işinə AİHM-in Böyük Palatasında lüksemburqlu hakim Din Şpilmanın sədrliyi ilə baxılır.   İclasda 21 hakim, o cümlədən AİHM-in Azərbaycandan olan hakimi Xanlar Hacıyev və Ermənistandan olan hakimi Alvina Gülümyan da iştirak edirlər.   Azərbaycan tərəfini rəsmi olaraq Azərbaycanın AİHM-dəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov təmsil edir.  

Qarabağ qaçqınları

Azərbaycanlı məcburi köçkünlərin iddialarını Azərbaycan Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin baş müşaviri Otari Qvaladze, vəkillər Malkom Shou, Urdaneta Vitek, Qbriel Lanski və Hannes Tretter müdafiə edirlər. Ermənistan tərəfdən də prosesə rəsmi təmsilçi və vəkillər qatılıblar.   İddiaçılardan isə iclasda Laçın rayonundan olan Akif Həsənov və Fəxrəddin Paşayev iştirak edirlər.   Qeyd edək ki, iddiaçılar Elxan və Adışirin Çıraqovlar (1950 və 1947-ci il təvəllüdlü), Ramiz Cəbrayılov (1960), Akif Həsənov (1959), Fəxrəddin Paşayev (1956) və Qara Cəbrayılovdur (1940). Akif Həsənovdan başqa iddiaçıların hamısı hazırda Bakıda yaşayırlar. Laçın rayon sakinləri olan bu şəxslər 1992-ci il mayın 17-də zorla evlərindən qovulub, onların mülkiyyəti ermənilərin əlinə keçib. Adı çəkilən şəxslər iddia ərizələrində bildiriblər ki, Laçına qayıda bilmədiklərinə görə, öz mülkiyyətlərindən istifadə edə bilmirlər. Ermənistan hakimiyyəti isə buna rəğmən onların məruz qaldığı zərərin müqabilində təzminat ödəməyib. İddia ərizəsi 1-ci İnsan Haqları Konvensiyasının 1-ci Protokolunun 1-ci (mülkiyyətin toxunulmazlığı), 8-ci (şəxsi həyatın toxunulmazlığı), 13-cü (ədalətli mühakimə hüququ) maddələrinə əsaslanır. İddiaçılar həmçinin milli ayrı-seçkiliyə (14-cü maddə) məruz qaldıqlarını bildirib və qeyd ediblər ki, əgər erməni və xristian olsaydılar, onları evlərini tərk etməyə məcbur etməzdilər. Bu şikayət ərizəsi Avropa İnsan Haqları Məhkəməsinə 2005-ci il aprelin 6-da daxil olub.

Qabriel Lanski: "Belə bir tarixi qərar regionda və Azərbaycanın işğal edilmiş ərazilərində gələcəkdə insanların sülh şəraitində birgə yaşaması baxımından böyük hadisə ola bilər”  «Bugünkü proseslə əlaqədar fikirlərim kifayət qədər optimistdir. Qərarın verilməsi 6 ay çəkə bilər. Qərarın nədən ibarət olacağını təbii ki, yalnız qərar çıxdıqdan sonra biləcəyik, ancaq mən çox optimistəm.

Bu prosesdə uğur qazanacağıq”.  

APA-nın Avropa müxbiri xəbər verir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Böyük Palatasının «Çıraqov və başqaları Ermənistana qarşı» iş üzrə keçirdiyi prosesdən sonra Azərbaycan tərəfinin vəkili Qabriel Lanski jurnalistlərə açıqlamasında deyib.   Vəkil bildirib ki, iddia tərəfinin əsas strategiyası Strasburq məhkəməsinin son müsbət qərar verməsinə nail olmaqdır: "Belə bir tarixi qərar regionda və Azərbaycanın işğal edilmiş ərazilərində gələcəkdə insanların sülh şəraitində birgə yaşaması baxımından böyük hadisə ola bilər. Bildiyiniz kimi, tək Avropa Şurası deyil, bir çox digər beynəlxalq təşkilat da bu ərazilərin Ermənistan tərəfindən işğal olunduğunu bəyan edib. Bu baxımdan, mən tam əminəm ki, bu proses Ermənistana qarşı aparılmalıdır. Erməni tərəfinin azərbaycanlıların guya Dağlıq Qarabağdakı məhkəmə instansiyalarına şikayət verməli olduqları haqda dedikləri tam əsasızdır.

Tam əminəm ki, azərbaycanlılar bu gün nə işğal olunmuş Dağlıq Qarabağ, nə də Ermənistan məhkəmələri qarşısında iddia qaldıra bilərlər. Ona görə də bu işlə bağlı yalnız Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına ehtiyac var.   Hesab edirəm ki, erməni tərəfinin apardığı bu oyun məhkəmə hakimləri tərəfindən qəbul edilməyəcək. Məhkəmənin əlində olan materiallar bizim bu işdə uğur qazanacağımızı tam əminliklə söyləməyə əsas verir. Bu işin 2011-ci ildə məhkəmə tərəfindən icraata götürülməsi haqda qərarı bizim uğur qazanmamız istiqamətində ilk addım idi”.

Ağır günləri keçirən Etmənilər  buna qarşılıq  cəbhədə gərginlik yartmağa qalxıb .Cəbhədə erməni təxribatının qarşısı alındı -

Düşmən itki verərək geri çəkilmək məcburiyyətində qalıb  Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyət gərgin olaraq qalır.   Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ermənilər cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 50 dəfə pozublar.   Erməni kəşfiyyat-diversiya qrupu cəbhənin cənub-qərb istiqamətində (Xocavənd rayonunun şərqindən) qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin sayıqlığı nəticəsində həyata keçirilən cavab tədbirləri ilə düşmənin cəhdinin qarşısı ilkin mərhələdə qətiyyətlə alınıb və onlar itki verərək geri çəkilmək məcburiyyətində qalıblar.   Eyni zamanda erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Çinari, Mosesqex kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.   Füzuli rayonunun Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Cəvahirli, Baş Qərvənd, Şıxlar, Tərtər rayonunun Çaylı, Çiləbürt, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri intensiv olaraq atəşə tutulub.   Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.   Son günlər cəbhədə baş verən gərginlik fonunda Ermənistan KİV-də verilən məlumatlarla bəzi yerli ekspertlərimizin səsləndirdikləri fikirlərin üst-üstə düşməsi təəssüf hissi doğurur.

Eləcə Amerika ,da bu günlər  Qarabağ məsələsi  konqerə gündəminə gəlir .

Amerika   Konqresinin üzvü Madelin Bordallo 20 Yanvar və Xocalı faciələri ilə bağlı bəyanat verib. Faciələrin ətraflı təhlilini verən Konqres üzvü Azərbaycanın strateji əhəmiyyətli bir bölgədə ABŞ-ın güclü müttəfiqi olduğunu vurğulayıb.

 O, ABŞ-ın ATƏT-in (Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) Minsk qrupunun həmsədr ölkəsi kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini artırmasının vacibliyini qeyd edib.Prezident İlham Əliyev: "Gələcəkdə biz bütün tarixi torpaqlara qayıdacağıq”

"Son on il ərzində 170 minə yaxın köçkün yeni evlərə köçüb. Ancaq hələ ki, ağır vəziyyətdə yaşayanlar da var. Ona görə, gələcək illərdə əlbəttə ki, bu sahədə tikinti işləri davam etdiriləcək”. APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev yanvarın 21-də Gəncədə 1500 məcburi köçkün ailəsi üçün tikilmiş yeni yaşayış məhəlləsi ilə tanış olarkən deyib.



 

Share

Güney Azərbaycan İstiqlal Partiyası -حزب استقلال آذربایجان جنوبی- South Azerbaijani Independence Party (GAİP,گايپ SAİP, 2004© )

TPL_GK_LANG_MOBILE_TOP TPL_GK_LANG_MOBILE_SWITCH_DESKTOP