BəyanatlarXəbərlər

İsveçdə Güney Azərbaycanlılar və Əhvaz ərəblərin İran-fars rejiminə qarşı etiraz

Stokholm şəhərində yaşayan Güney Azərbaycanlılar və Əhvaz ərəbləri, İsveç parlamentinin qarşısında yerləşən Mynttorget meydanında etiraz yığıncağı keçirərək İran İslam Respublikasının basqıcı siyasətini və geniş miqyaslı insan haqları pozuntularını qınayıblar.

Bu yığıncaqda çıxış edənlər İranın müxtəlif bölgələrində baş verən geniş xalq qalxışlarına toxunaraq, bu etirazların zor gücü ilə yatırılması nəticəsində minlərlə insanın həyatını itirdiyini, çox sayda şəxsin isə saxlanıldığını bildiriblər. Onların sözlərinə görə, İran hakimiyyətinin interneti kəsməklə və əlaqələri məhdudlaşdırmaqla gerçəkləri gizlətmək cəhdləri boşa çıxıb və baş verənlər artıq dünya ictimaiyyətinin diqqətindədir.

Etirazçılar İranın indiki durumunun basqı, rüşvətxorluq və ədalətsizlik baxımından Pəhləvi dönəmindən fərqli olmadığını vurğulayaraq, təzyiq, işgəncə, geniş yayılmış yoxsulluq və planlı basqıların davam etdiyini, xalq etirazlarının isə zorakılıqla qarşılandığını qeyd ediblər.

Yığıncağın başlanğıcında Güney Azərbaycan İstiqlal Partiyasının Rəhbərlik Şurasının üzvü Səməd İlkinli son olaylara toxunaraq bildirib:

“İnternetin kəsilməsi və xalqın dünya ilə əlaqəsinin qoparılması gerçəklərin üzə çıxmasına mane ola bilməyib. Bu gün dünya İranda baş verənləri görür. Dövlətlər və beynəlxalq qurumlar İran rejiminə təzyiq göstərərək millətlərin istiqlal haqqını müdafiə etməli, insanların siyasi və insani durumunun yaxşılaşdırılması üçün addımlar atmalıdır. İranda yaşananlar görməzlikdən gəlinə bilməz; insanlar öldürülür, işgəncəyə məruz qalır və edamlar davam edir.”

Screenshot
Screenshot

Related Articles

Back to top button