BəyanatlarYazılar

Qeyri-fars Millətlərin Azadlıq Hərəkatı və İran Opozasiyasının Yeni Mövqeləri

Son dövrlərdə İran müxalif qüvvələrin qeyri-fars millətləri ilə əlaqə qurma çabalarına şahidi oluruq. Xüsusilə də son həftələrdə İran müxalifətinin qeyri-fars toplumlarının razılığını qazanmaq və onların dəstəyini təmin etmək üçün müxtəlif təşəbbüslərlə çıxış etməsi diqqət çəkir. İran Mərkəzçi müxalifət qüvvələri –

Qeyri-fars Millətlərin Azadlıq Hərəkatı və İran  Opozasiyasının Yeni Mövqeləri

Son dövrlərdə İran  müxalif qüvvələrin qeyri-fars millətləri ilə əlaqə qurma çabalarına şahidi oluruq. Xüsusilə də son həftələrdə İran müxalifətinin qeyri-fars toplumlarının razılığını qazanmaq və onların dəstəyini təmin etmək üçün müxtəlif təşəbbüslərlə çıxış etməsi diqqət çəkir.

İran Mərkəzçi müxalifət qüvvələri – istər monarxistlər, istərsə də cümhuriyyətçi dairələr – hazırda qeyri-fars millətlərinə yaxınlaşmaq üçün yeni strategiyalar müəyyən etməyə çalışırlar. Bu isə öz növbəsində, illərdir davam edən mərkəzləşdirilmiş və assimilyasiyaedici siyasətlərin iflasa uğramasının etirafı kimi qiymətləndirilə bilər.

Tarixə nəzər saldıqda, Pəhləvi rejiminin hakimiyyəti dövründə qeyri-fars millətlərin sistemli şəkildə sıxışdırılması, dil və mədəni haqlarının inkar edilməsi, bölgə xalqlarına qarşı zorakılıq və qətliamların həyata keçirilməsi kimi faktlar məlumdur. Əhvazın işğalı, Azərbaycanın və Kürdüstanın hərbi müdaxiləyə məruz qalması, qeyri-fars dillərinin yasaqlanması və mədəni irsin məhv edilməsi bu siyasətin tərkib hissəsi olmuşdur.

1979-cu il inqilabından sonra qurulan İslam Respublikası da eyni xətti davam etdirmiş, qeyri-fars regionlarında genişmiqyaslı zorakılıq və təzyiqlərlə buvmillıtləri susdurmağa çalışmışdır.

Son zamanlar müxtəlif mərkəzçi siyasi qrupların qeyri-fars toplumlarının adından bəzi şubhəli şəxsləri önə çəkməsi, qondarma “partiya” və “cəbhə”lərin yaradılması, bu millətlərin iradəsini təmsil etməyən simvolların tanıdılması cəhdləri müşahidə olunmaqdadır. Bütün bunlar, ictimai rəyə təsir etmə yönümlü manipulyativ strategiyalar kimi dəyərləndirilməlidir .

Xüsusilə şah tərəfdarı dairələrin, Pəhləvi rejiminin qeyri-fars millətlərə qarşı törətdiyi tarixi cinayətləri inkar etmələrinə baxmayaraq, azərbaycanlılar və digər millətlərin dəstəyini qazanmaq üçün müxtəlif üsullara əl atdıqları müşahidə olunmaqdadır. Rza Pəhləvinin keçmişdə atası tərəfindən Azərbaycanlıarın əleyhınə  həyata keçirmiş hərbi işqalçılıq və qətliam əməliyyatlarını təqdir etməsi ilə yanaşı, son dövrlərdə Azərbaycan türklərini Almaniyada keçirilən tədbirə dəvət etməsi və bunun rədd edilməsi, bu cəhdlərin nəticəsiz olduğunu göstərir. Nəticə etibarilə, süni və qeyri-representativ strukturlar yaradılaraq, “Azərilər” adı altında yeni cəbhə formalaşdırılmışdır.

Cümhuriyyətçi müxalifət də oxşar şəkildə, öz mövqelərini dəyişərək “federalist cümhuriyyətçilər” kimi təqdim olunmağa başlamış, bu çərçivədə Azərbaycan partiyalarına əməkdaşlıq təklifləri irəli sürülmüşdür. Bu təşəbbüslərdə Ayətullah Şəriətmədarinin oğlu vasitəsilə əlaqə qurulması, bəzi Azərbaycan təşkilatları tərəfindən bu prosesin Rza Pəhləvi tərəfindən yönləndirildiyi kimi qiymətləndirilir.

Reallıq budur ki, İran adlanan coğrafiyada qeyri-fars millətlərin dəstəyi olmadan hər hansı siyasi alternativin uğur qazanması mümkünsüzdür. Bu millətlər ölkə əhalisinin  70%-ni təşkil edir və onların iştirakı olmadan hər hansı legitim və davamlı siyasi sistem qurula bilməz.

Bu baxımdan Güney Azərbaycan təşkilatları və digər qeyri-fars millətlərin siyasi qüvvələri birgə platforma ətrafında birləşməli, siyasi keçid mərhələsində əsas aktor olaraq çıxış etməli və xalqların öz müqəddəratını təyin etmə hüququnun təmin edilməsində aparıcı rol oynamalıdırlar.

Biz, Güney Azərbaycan İstiqlal Partiyası olaraq, bildiririk ki, İran İslam Respublikası, onun keçmiş monarxist və ya cümhuriyyətçi strukturları,   Xalq Mucahidləri ,habelə istənilən “irançılıq” ideologiyasını daşıyan qüvvələr qeyri-fars millətlərin azadlıq və suverenliyinə qarşı mövqe tutmaqdadır. Bu səbəbdən, həmin qurumların və ideologiyaların tamamilə aradan qaldırılması və  xalqlarının azad, suveren dövlətlərini qurması uğrunda mübarizə zəruridir.

Yaşasın azad və müstəqil Güney Azərbaycan!

Yaşasın İran işğalı altında olan millətlərin azadlıq hərəkatı!

Güney Azərbaycan İstiqlal Partiyası

17 Avqust 2025

Related Articles

Back to top button