BəyanatlarQuzey Azərbaycan

”QUTSAL VƏTƏN MÜHARİBƏSİNDƏ YER ALMAĞIMIZA ŞƏRAİT YARATMAĞINIZI XAHİŞ EDİRİK”

Güney Azərbaycanın bir qrup milli fəal tərəfindən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali baş komandanı İlham Əliyevə müraciət olunub.

”Cənab Ali Baş komandan!
30 ilə yaxındır erməni işğalı altında olan torpaqlarımızın yağı düşmən tapdağından qurtarılması uğrunda komandanlıq etdiyiniz qutsal VƏTƏN müharibəsi artıq ikinci ayına daxil olmuşdur. Ötən bir ay ərzində şanlı ordumuzun əldə etdiyi zəfərlər, sadəcə Azərbaycan vətəndaşlarının deyil, həm də Güney Azərbaycanda və Azərbaycan hüdudlarından kənarda yaşayan 50 milyondan artıq soydaşımızın köksünü qabartmışdır.
Ötən bir ayda qəhrəman ordumuzun döyüş səhnəsində göstərdiyi rəşadət, şücaət və yüksək döyüş qabiliyyəti ilə yanaşı, şanlı ordumuzu və uca millətimizi təmsilən SİZİN Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi sərgilədiyiniz yüksək iradə, qərarlılıq və böyük liderlik örnəyi 50 milyondan artıq Azərbaycan türkünün tək yumruq olaraq Azərbaycan dövləti ətrafında birləşməsini sağlamışdır.
Şübhəsiz ki, şanlı ordumuzun bir ay kimi qısa bir zaman dilimində çaldığı böyük zəfərlər erməni yanlısı qüvvələri və dövlətləri böyük təşvişə salmış olacaq ki, Azərbaycan xalqının nəhai qələbəyə doğru yürüyüşünün qarşısını almaq üçün, son günlərdə Azərbaycana qarşı basqı və təzyiqlərini artırmışlar.
Cənab Prezident!
Əminik ki, bütün bu təzyiq və hətta təhdidlər qarşısında  Sizin sərgilədiyiniz qərarlılıq və dik duruş nəhai qələbamizin rəmzi olacaqdır.
Hörmətli Ali baş komandan!
Vətənimizin hər bir qarış torpağının hər bir Azərbaycanlı üçün müqəddəs olduğu kimi, qurtarılması uğrunda aparılan savaş da qutsaldır. Bu qutsal savaşda Sizin əmrinizdə, Sizinlə çiyin-çiyinə yer almaq Quzeyli-Güneyli hər bir Azərbaycan övladının borcu, eləcə də haqqıdır. Bu bilinclə , o taylı-bu taylı bütün Azərbaycanın ürəyinin Qarabağımız döyündüyü bu günlərdə biz-Güney Azərbaycandan olan bir qrup milli fəal Sizə müraciət edərək, qutsal vətən müharibəsində Güneyli soydaşlarınızın da yer almasına şərait yaratmağınızı xahiş edirik. Əmin olun ki, bu yolda əsla yalnız deyilsiniz.
Hörmətlə:

1.Böyük Rəsulovənd – Norveç
2.Ahməd Omid Yazdani -Almaniya
3.Maşallah Rəmzi -Fransa
4.BabəkAzad -İsveç
5.Saleh ildirim -Kanada
6.Mehemmed RezaKheshti -USA
7.Rahim Shahbazi -USA
8.Eldar Qaradağlı -İsveç
9.Azər Farroukhi -İsveç
10.Əjder Teqizade -İsveç
11.Atilla Bozqurt -Türkiyə
12.Məmməd Azər -İsveç
13.Səttar Sevgin -İsveç
14.AbdullaAmir Hashimi Cavanshir -İsveç
15.Seriye Ərdəbilli -İsveç
16.Cavad Derakhti -İsveç
17.Əhməd Obali -İsveç
18.Cabbar Seyedzade -İsveç
19.Saleh Kamrani -İsveç
20.Yaşar Azər -Norveç
21.Hakan Türkelli -Kanada
22.Oğuz Türk -Kanada
23.Şarux Məzhəri -İngiltərə
24.Feridoun Pərviz Nia -Almaniya
25.Nurəddin Qərəvi- Almaniya
26.Işıq Sönməz -Almaniya
27.Atabəy Najafpour -Norveç
28.Əsəd Sadiq -İsveç
29.Çingiz Göytürk -Finlandiya

Related Articles

Back to top button