ABŞ Rusiyanın özünü təcrid etdiyini bildirir

ABŞ Dövlət Katibi Kondoliza Rays deyir ki, Rusiya Gürcüstanda atəşkəs razılığına əməl etməməklə özRussian tanks move back from checkpoint on highway to Gori, Georgia, 22 Aug 2008 təcridini dərinləşdirir.  Rays bu gün Lissabonda müxbirlərə deyib ki, Rusiya mütləq keçmiş Sovet respublikasına rəğmən davranışını dəyişməlidir.  ABŞ dəfələrlə Rusiyanı Gürcüstanın separatçı regionları Cənubi Osetiya və Abxaziya ətrafında bufer zonası yaratdığına görə tənqid edib.  Moskva əsgərlərinin sülhməramlı missiya yerinə yetirdikləırini deyir.  Ukrayanda olan ABŞ vitse prezidenti Dik Çeyni bildirib ki, Rusiyanın əməlləri onun məramları və beynəlxalq tərəfdaş kimi rolunu sual altına qoyur.  Cənab Çeyni Ukraynada ikən bu ölkənin NATO-ya daxil olmaq səylərini dəstəkləyib

 

VOA
Türkiyə prezidenti Abdullah Gül Ermənistana səfərinin məqsədini açıqladı

 


 
 
 


Ankara-APA. Türkiyə prezidenti Abdullah Gül Ermənistana yola düşməzdən əvvəl hava limanında səfəri ilə bağlı jurnalistlərə açıqlama verib.

APA-nın məlumatına görə, Abdullah Gül bu səfərin iki ölkənin münasibətlərinin normallaşması baxımından böyük fürsətlər yaratdığını bildirib: “Türkiyə ilə Ermənistan arasında bu gün keçiriləcək futbol görüşünün eyni tarixi bölüşən iki xalqın bir-birinə yaxınlaşması önündə əngəlləri aradan qaldırmasına səbəb olacağını, bölgədə dostluq və sülhün bərqərar olmasına təsir göstərəcəyini düşünürəm. Bu səfər çox önəmli fürsətlər açır, Ümid edirəm ki, bu səfər ikitərəfli münasibətlər məsələsində iki xalqı bir-birinə daha da yaxınlaşdıracaq. Ermənistan prezidenti ilə görüşümdə Qafqaz regionunda yaranmış böhranlı vəziyyətlə yanaşı, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparacağam”.

APA


 
Rice'tan Libya'ya Tarihi Ziyaret

Libyan Director of Department of American Affairs at Libyan Ministry of Foreign Affairs, Ahmed al-Fitori (R), welcomes US Secretary of State Condoleezza Rice upon her arrival in Tripoli, 05 Sep 2008

Amerika Dışişleri Bakanı Condoleeza Rice, Libya’ya gitti.

 

Bu, 1953 yılından bu yana bir Amerikan Dışişleri Bakanının Libya’yı ilk ziyareti oluyor.


Amerika 2003 yılından bu yana Libya’yla ilişkileri normalleştirmeye çalışıyor. Rice’ın Libya Lideri Muammer Kaddafi’nin yanı sıra diğer üst düzey yetkililerle de görüşmesi bekleniyor.
 

Dışişleri Bakanlığı yetkilisi David Welch, Rice’ın Libya liderlerini siyasi ve ekonomik reformlar konusunda cesaretlendirmeyi amaçladığını söyledi. Welch, Rice’ın ayrıca Libya’nın insan hakları uygulamalarıyla ilgili olarak da kaygıları aktaracağını belirtti.
 

Rice’ın Libya dışında Portekiz, Tunus, Cezayir ve Fas’a da uğrayacağı bildiriliyor.

VOA


Azərbaycan Prezident Aparatının şöbə müdiri: “Türkiyə prezidentinin Ermənistana səfəri sabah unudulacaq bir şey deyil”
 
 
 
 


Novruz Məmmədov: “Bir, iki ay gözləməyə nə var ki? Hər şeyi görəcəyik. Bəlkə bu səfəri pisləyənlər hamısı peşman olacaqlar. Nəzəri cəhətdən bu da mümkündür”.

Bakı. Elnur Məmmədli – APA. “Biz Türkiyə ilə dost, qardaş və tərəfdaş dövlətik. Bizim maraqlarımız demək olar ki, bütün məsələlərdə üst-üstə düşür”. Bunu APA-ya müsahibəsində Prezident Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Türkiyə prezidenti Abdulla Gülün Türkiyəyə səfərinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Azərbaycanla Türkiyə strateji müttəfiqdir. Bu müttəfiqliyin kökünün dərin olduğunu deyən şöbə müdiri hesab edir ki, əməkdaşlığın gələcəyi də uzun olacaq: “Türkiyə dövlətinin, onun rəhbərlərinin bütün məsələlərdə müstəqil qərar qəbul etmək hüquqları var. Biz bununla bağlı bu gün elə bir mövqe bildirə bilmərik. Sadəcə, müəyyən təhlil etmək lazım gələrsə, Azərbaycan və Türkiyə mətbuatında müxtəlif fikirlər söylənilir. Amma mənə belə gəlir ki, bu gün qəti, radikal və konkret mövqenin bildirilməsi o qədər də düzgün deyil. Bu həssas bir addımdır. Gözləmək lazımdır. Türkiyə prezidentinin Ermənistana səfəri sabah unudulacaq bir şey deyil. İki-üç ay ərzində bu səfərin nəticələri ilə bağlı ortada nə isə olacaq. Bu səfər zamanı Türkiyənin və Ermənistanın mövqeyi nə oldu, nədən söhbət edildi, kim hansı addımı atdı, bu addımlar geriyə doğrumu oldu, yoxsa irəliyə. Yəni bunların heç biri bilinmir, indi bizə qalan nəticəni gözləməkdir. Bu bir taktiki addımdır. Düşünürəm ki, Azərbaycanla Türkiyə arasında strateji məqsəd hədəf birliyi var, davam edir və edəcək. Şübhəsiz ki, bu səfər zamanı Türkiyə Cümhuriyyətinin başçısı Azərbaycanla bağlı məsələdə də konkret olacaq. Bunun nəticəsi nədən ibarət olacaq, bu barədə bir söz deyə bilmərəm”.

Abdulla Gülün səfərinin Azərbaycan-Türkiyə münasibətlərinə təsiri ilə bağlı sualı cavablandıran N. Məmmədov bildirib ki, ölkələr arasındakı münasibətlərin bir səfərə bağlanması düzgün deyil. Onun sözlərinə görə, Azərbaycanla Türkiyə arasında münasibətlər bu dövlətlərin rəhbərləri tərəfindən müəyyənləşdirilib və bu xətt dəyişməzdir: “Sadəcə olaraq, ola bilsin ki, kimlərsə müəyyən hisslərə qapılaraq bununla bağlı fikirlər bildirir. Ümumiyyətlə, dövlət başçısının bir ölkəyə səfəri adətən diplomatik münasibətlərdə müəyyən bir mərhələnin sonu, yeni əlaqələrin başlanğıcı kimi qiymətləndirilir. Bu bir qədər qeyri-adi addım olduğu üçün ortaya belə suallar çıxır. Məni bir qədər narahat edən məsələ budur. Ermənistan rəhbərləri bu gün çətin vəziyyətdədir və çətin vəziyyətdə olanda onlar üçün heç bir əxlaqi prinsip olmur. Belə vəziyyətdə hər addımı atmağa hazır olurlar. Amma bu o demək deyil ki, bu onların daimi saxladıqları prinsip olacaq. Regionda gedən proseslər nəticəsində Ermənistan çox çətin vəziyyətdədir. Onun bu gün yaşamasının əsas təminatçısı İran sərhədidir. Çətin vəziyyətdə olduqları üçün onlar növbəti dəfə manevr, riyakarlıq edə bilərlər”.

Gülün səfərinin Türkiyədən çox İrana lazım olması barədə deyilənlərə gəlincə, N. Məmmədov bildirib ki, bu bəlkə də belədir: “Amma Ermənistana lazım olanları Ermənistana vermək məsələsi var. Bu verilmir ki! Bu səfər o demək deyil ki, Türkiyə Ermənistanla sərhədləri açılır. Yəqin ki, dövlətlər arasında olan bütün problemlər bu səfərdə müzakirə olunacaq. Həmin müzakirələrin təfərrüatlarını biləndən sonra bu səfər haqqında nə isə demək olar. Bu gün hələlik mövqeyimiz budur ki, bu Türkiyənin qərarıdır, biz onu qəbul edirik”.

Gülün səfərinin Azərbaycanla razılaşdırılması barədə deyilənlərə münasibət bildirən şöbə müdiri bununla bağlı heç bir şey söyləyə bilməyəcəyini deyib: “Belə bir razılaşmaya heç ehtiyac ola bilməzdi. Türkiyə müstəqil dövlətlərdir, nə olsun ki, qardaş dost ölkədir, hər müstəqil addımı ata bilər. Bu gün Azərbaycan və Türkiyə ictimaiyyəti də daha çox bu məsələnin formal tərəfinə əhəmiyyət verib məntiqi nəticələr çıxarmaq istəyir. Amma siyasətdə belə tələskən addımların atılmasına ehtiyac yoxdur. Bir, iki ay gözləməyə nə var ki? Hər şeyi görəcəyik. Bəlkə bu səfəri pisləyənlər hamısı peşman olacaqlar. Nəzəri cəhətdən bu da mümkündür”.

APA


Gülü Er­mə­nis­tan­da 8 snayper qoruyacaq
Tür­ki­yə pre­zi­den­ti fut­bo­lu gül­lə­ke­çir­məz şü­şə ar­xa­sın­dan iz­lə­yə­cək

 


Nə­ha­yət ki, son gün­lə­rin ən çox dar­tı­şı­lan möv­zu­la­rın­dan bi­ri bu gün re­al­la­şa­caq. Da­ha doğ­ru­su, bu gün Er­mə­nis­tan-Tür­ki­yə fut­bol mat­çı Ba­kı vax­tı ilə sa­at 21:00-da baş­la­na­caq və Tür­ki­yə­nin TRT 1 ka­na­lı va­si­tə­si­lə can­lı ya­yım­la­na­caq. Bu isə o de­mək­dir ki, Tür­ki­yə pre­zi­den­ti Ab­dul­lah Gü­lün İrə­van sər­gü­zəş­ti bu gün ger­çək­lə­şə­cək. Dü­nən Gü­lün sə­fə­ri ilə bağ­lı Tür­ki­yə və di­gər öl­kə­lə­rin mət­bua­tın­da ma­raq­lı ya­zı­lar və mə­lu­mat­lar dərc olu­nub.
   
   ABŞ-ın ar­dın­ca Av­ro­pa Bir­li­yi də Gü­lün İra­va­na sə­fə­ri­nə dəs­tək ve­rib. "Qə­ra­rı­nı­zı təq­dir edi­rik" söy­lə­nən bə­ya­nat­da bil­di­ri­lir ki, Fran­sa döv­lə­ti də Ab­dul­lah Gü­lün İrə­va­na sə­fə­ri­ni al­qış­la­yır. "Həm də­və­ti, həm də sə­fər qə­ra­rı­nı sa­lam­la­yı­rıq". Həm­çi­nin dü­nən rəs­mi sə­viy­yə­də Ab­dul­lah Gü­lün Er­mə­nis­ta­na sə­fər proq­ra­mı açıq­la­nıb. "Mil­liy­yət" qə­ze­ti­nin yaz­dı­ğı­na gö­rə, Tür­ki­yə-Er­mə­nis­tan mat­çı­nı iz­lə­mək üçün İrə­va­na gə­lən Ab­dul­lah Gü­lü 50 nə­fər­lik xü­su­si mü­ha­fi­zə qo­ru­ya­caq.
   Tür­ki­yə pre­zi­den­ti­nin sta­di­on­da otu­ra­ca­ğı yer gül­lə­ke­çir­məz şü­şə­dən ola­caq və onu pe­şə­kar snay­per­çi­lər mü­ha­fi­zə edə­cək. Mə­lu­ma­ta gö­rə, 8 nə­fər­lik bu snay­per­çi­lər xü­su­si ola­raq Tür­ki­yə­dən apa­rı­lıb. Ab­dul­la Gül Er­mə­nis­tan­da 4 sa­at ola­caq. Tür­ki­yə nü­ma­yən­də he­yə­ti ha­va li­ma­nın­dan Er­mə­nis­tan pre­zi­dent sa­ra­yı­na xü­su­si təh­lü­kə­siz­lik dəh­li­zi ilə ge­də­cək. Bu­ra­da iki pre­zi­dent ara­sın­da tək­bə­tək gö­rüş ke­çi­ri­lə­cək. İf­tar ye­mə­yin­dən son­ra isə Serj Sar­kis­yan və Ab­dul­lah Gül "Raz­dan" sta­dio­nun­da Er­mə­nis­tan və Tür­ki­yə fut­bol yığ­ma­la­rı­nın gö­rü­şü­nü iz­lə­yə­cək. Ab­dul­lah Gü­lün İrə­van­da is­ti­fa­də edə­cə­yi ma­şın və ha­va li­ma­nın­dan pre­zi­dent sa­ra­yı­na, ora­dan isə sta­dio­na doğ­ru ge­dən yo­la nə­za­rət edə­cək xü­su­si ci­haz Tür­ki­yə­dən gön­də­ri­lib.
   Bu ara­da An­ka­ra Met­ro­POLL Stra­te­ji və So­si­al Araş­dır­ma­lar Mər­kə­zi, Tür­ki­yə pre­zi­den­ti Ab­dul­lah Gü­lün Er­mə­nis­ta­na sə­fə­ri ilə bağ­lı sor­ğu ke­çi­rib. "Ab­dul­lah Gül İrə­va­na get­mə­li­dir, yox­sa get­mə­mə­li­dir?" sua­lı­na res­pon­dent­lə­rin 67.4 %-i "get­mə­li­dir" ca­va­bı­nı ve­rib. Rə­yi so­ru­şu­lan res­pon­dent­lə­rin 22.9 %-i isə "pre­zi­dent İrə­va­na get­mə­mə­li­dir" ca­va­bı­nı ve­rib, 9.7 % isə bu ba­rə­də heç bir fi­kir bil­dir­mə­yib. Həm­çi­nin Tür­ki­yə Fut­bol Fe­de­ra­si­ya­sı­nın rəs­mi in­ter­net say­tın­da da Er­mə­nis­tan-Tür­ki­yə mat­çı ba­rə­də sor­ğu ke­çi­ri­lib. ‘’Siz­cə, A mil­li ko­man­da­mı­zın, Er­mə­nis­tan­la sə­fər­də oy­na­ya­ca­ğı Dün­ya çem­pio­na­tı - 2010-un təs­ni­fat mat­çı­nın nə­ti­cə­si ne­cə ola­caq"’ sor­ğu­sun­da iş­ti­rak edən­lə­rin bö­yük ək­sə­riy­yə­ti, ‘’Tür­ki­yə qa­lib gə­lə­cək’’ va­ri­an­tı­na səs ve­rib­lər. Cə­mi 3500 res­pon­den­tin iş­ti­rak et­di­yi sor­ğu­da 85 % ‘’Tür­ki­yə qa­lib gə­lə­cək’’, 4% ‘’Heç-he­çə bi­tə­cək’’, 11% isə ‘’Er­mə­nis­tan qa­lib gə­lə­cək’’ de­yib

.ŞƏRQ


 

SARKOZİ: «BİR GÜN YUXUDAN AYILIB EŞİDƏCƏYİK Kİ, İSRAİL İRANI BOMBALAYIB»
 



 

Sentyabrın 4-də Suriyaya səfər edən Fransa prezidenti Nikola Sarkozi paytaxt Dəməşqdə Türkiyə, Qətər və Suriya rəhbərləri ilə görüşərkən İrana xəbərdarlıq edib.

 

«Media forum» saytının məlumatına görə, Fransa prezidenti İranın nüvə fəaliyyətinin hərbi xarakter daşıdığını və bu ölkənin nüvə silahı istehsal etmək niyyətində olduğunu deyib: «İran bununla böyük bir təhlükə ilə oynayır».

N.Sarkozi İrana qarşı mümkün hərbi hücumun böyük faciə ilə nəticələnəcəyini vurğulayıb: «İrana qarşı hərbi hücumun qanuni olub-olmaması o qədər də mühüm deyil. Məsələ burasındadır ki, belə bir hücumun çox faciəli nəticələri olacaq. İsrail hökumətinin başında kimin durub-durmamasından asılı olmayaraq bir gün yuxudan ayılıb eşidəcəyik ki, İsrail İranın nüvə təsisatlarını bombalayıb. Görəsən belə bir gerçəkliklə qarşı-qarşıya gəldiyimiz vaxtda nə edəcəyik?»

Fransa prezidenti İranın nüvə məsələsinin həlli üçün Suriyadan yardım istədiyini bildirib: «Suriya bu məsələdə mühüm rol oynaya bilər».

BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü (ABŞ, Rusiya, Çin, Fransa, Böyük Britaniya) və Almaniya uranı zənginləşdirməyi davam etdirdiyi üçün bu günə qədər İrana qarşı sanksiyaları nəzərdə tutan üç qətnamə qəbul edib. İran bu qətnamələri əsassız sayır, apardığı nüvə fəaliyyətinin dinc xarakter daşıdığını vurğulayır.



 

«Media forum»


 

Ekspert hesab edir ki, Xəzər regionu təhlükə mənbəyi olaraq qalır

Tapdıq Fərhadoğlunun “Xəzər danışıqları və təhlükələr” reportajı - Yükləmək (MP3) audio clip
Tapdıq Fərhadoğlunun “Xəzər danışıqları və təhlükələr” reportajı -  - (MP3) audio clip

 

 

  Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın işlənib hazırlanması üzrə Xüsusi İşçi Qrupun Bakıda iclası keçirilib.

İclasdan sonra keçirilən mətbuat konfransında Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib ki, müzakirələr  dostluq, konstruktivlik və qarşılıqlı anlaşma şəraitində keçib.

  Nazir müavini bir sıra prinsipial məsələlərdə detallar üzrə razılıq əldə edildiyini, bəzi məqamlarda isə mövqelərin yaxınlaşdığını deyib. Onun sözlərinə görə, müzakirələrdə həm dənizin sektorlara bölgüsü, həm də su səthinin rejiminin müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edib.  

  İclasda Azərbaycan tərəfi Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında saziş layihəsi təqdim edib. Cənab Xələfovun sözlərinə görə, tərəflər sənədi tədqiq edəcək və növbəti iclasda münasibət bildirəcək.

   İran, Qazaxıstan, Rusiya və Türkmənistan nümayəndələri də tərəflərin mövqelərində yaxınlaşma olduğunu vurğulayıblar.

  Öz növbəsində, ekspertlər Xəzərin hüquqi statusunun müəyyən edilməsinə regionun ümumi təhlükəsizliyinin tərkib hissəsi kimi baxır. Xəzər məsələləri üzrə ekspert Rüstəm Məmmədov hesab edir ki, Gürcüstana Rusiyanın son təcavüzü Xəzərin hüquqi rejiminin nizamlanması üzrə razılığın əldə ediləcəyinin çox uzaqda olduğunu bir daha sübut edib. Onun fikrincə, Xəzər regionu təhlükə mənbəyi kimi qalmaqdadır.

  Ekspert hesab edir ki, Xəzərdə mülkiyyət məsələləri də həllini tapmayıb və bu hər an siyasi qarşıdurmanın hərbi qarşıdurmaya keçməsinə yol açır.

  Cənab Məmmədov dənizin su səthinin bölgüsü məsələsində də ciddi fikir ayrılıqlarının olduğunu deyir. Su səthinin bölünməsi "Rusiya və İran arasında birbaşa əlaqələrin kəsilməsi deməkdir. Bu isə həmin dövlətlər tərəfindən qəbul edilmir".       

   Ekspert Xəzərdə hərbi qüvvələrin yerləşdirilməsi məsələsinin də müəmma olaraq qaldığını diqqətə çatdırıb. Onun fikrincə, qərbin təklifləri ilə Rusiyanın təklifləri arasında da ziddiyyətlər mövcuddur.

    Cənab Məmmədov hesab edir ki, hazırkı anda qərb dövlətlərinin hərbi birləşmələrinin Xəzərə gəlməsi region üçün faciələr yaradar. Bunu Qara dəniz regionunda NATO-nun maraqlarına adekvat reaksiyalar bir daha sübut edir.

VOA


 

TÜRKİYƏ AZƏRBAYCAN DƏRNƏKLƏRİ FEDERASİYASI ABDULLA GÜLÜN SƏFƏRİ İLƏ BAĞLI BƏYANAT YAYIB


 

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası Ermənistan rəhbərliyinin Türkiyə prezidentini Yerevana dəvət etməsini Azərbaycanı təkləmək və Qafqazdakı mövcud böhrandan «güclü Ermənistan» naminə yararlanmaq məqsədi daşıdığını bəyan edir.

«Media forum» saytının məlumatına görə, bəyanatda vurğulanır ki, idmanın dünya dövlətləri və xalqları arasında dostluğun möhkəmlənməsinə verdiyi tövhələr danılmazdır və bu baxımdan idman yeni dünya düzənində ümümbəşəri dəyərə çevrilib. Bu reallıqla razılaşan qurum Türkiyə və Ermənistan futbol komandalarının Yerevanda keçiriləcək oyununa heç bir etiraz bildirmir.

Lakin Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası hesab edir ki, hər hansı ümumbəşəri dəyər Türkiyənin bölünməzliyindən üstün ola bilməz. Bəyanatda bildirilir: «Az qala hər gün şərqi Anadolunun qərbi Ermənistan torpağı olduğunu dünyaya car çəkən ermənilər tanımadıqları sərhədlərimizi açmağı bizdən tələb edə bilməzlər. Ağrı dağını Ararat adlandıraraq onu dövlət gerbində əks etdirən, ata-babalarımızı «soyqırım» törətməkdə təqsirləndirən, qardaş Azərbaycanın ərazisinin 20 faizini işğal edərək insanları qətliam edən, Qarabağda qondarma «dövlət» yaradan ermənilər «ümümbəşəri dəyər» arxasında gizlənib bizi dostluğa dəvət edə bilməzlər».

Bəyanat bu sözlərlə tamamlanır: «Biz ictimaiyyətin önəmli bir təbəqəsi olaraq bu «matç izləmə dəvəti»nin ölkəmizin ali mənafelərinə uyğun olmadığını düşünürük».

Türkiyə prezidenti Abdulla Gül Ermənistana sentyabrın 6-da gedəcək.

«Media forum»


 

Bir Gül ilə bahar olmaz...

 


Abdulla Gül bu gün İrəvanda Türkiyə və Ermənistanın futbol yığmaları arasında keçirilən görüşü izləyəcək. Serj Sərkisyanla baş-başa iftar süfrəsində çörək və kəlmə kəsəcək, dünyada və bölgədə baş verən proseslərdən, Ermənistan-Türkiyə münasibətlərinin gələcəyindən və Dağlıq Qarabağ münaqişəsindən laf edəcəklər... Olsun! Əgər bu gün rəsmi Ankaranı təmsil edən AKP iqtidarının Xocalı soyqırımının ideolqlarından və icraçılarından biri olan Serj Sərkisyanla qol-boyun olması Türkiyəni Avropa Birliyinə aparacaqsa, Qarsda, yaxud Vanda Andranikin kəsik qulağına abidə ucaldılmasına da "haqq qazandırmaq" olar. Ancaq bu mövzuda verilən rəsmi açıqlamaların sadəcə arqumentsizlikdən irəli gələn bir siyasi manevr olduğu bütün mahiyyətilə göz önündədir.

Elçin Mirzəbəyli

Azərbaycanda Türkiyə prezidentinin İrəvana səs-küylü və tutarlı izahı verilməyən səfərinə münasibəti birmənalıdır. Təbii ki, bu məsələdə Türkiyə-Azərbaycan münasibətlərində çat yaradılmasını arzulayan qüvvələr də maraqlıdırlar və Gürcüstanda baş verən son olaylardan sonra saatlarını Kremlə tuşlayanların, "bəlkə də qaytardılar", - deyə açıq-aşkar çəpik çalanların da sayı yetərincə artıb. Bunun üçün isə Moskvanın nüfuz müvəkkillərinə kifayət qədər tutarlı əsas verilib.
Azərbaycanda müstəqil mövqeyi olmayan, yaxud mövcud durumdan şəxsi maraqları naminə yararlanmağa çalışan bir-iki nəfər istisna olmaqla Abdulla Gülün Ermənistan səfərinə müsbət yanaşan bir kimsə belə tapılmaz. Bu sübuta ehtiyacı olmayan aksiomadır. Ancaq təəssüf ki, Türkiyə mediası fərqli düşünür, daha dəqiq desək, Azərbaycanın ictimai rəyilə bağlı öz mülahizələrini irəli sürür və bünü gerçəklik kimi təqdim etməkdən çəkinmir. Hazırda müstəqil olduqları iddia edilən Türkiyə mətbuatının yazdığına görə, "Azərbaycan bölgədə yaranan yeni situasiyanı başa düşdüyü üçün Abdulla Gülün səfərinə qarşı çıxış etmir". Gülün səfəri ərəfəsində qardaş ölkənin əksər kütləvi informasiya vasitələri diqqəti yalnız və yalnız Türkiyənin ictimai rəyinin hazırlanmasına yönəldiblər. Türkiyə-Azərbaycan münasibətlərinə önəm verən milliyyətçi kəsim üçün "azəri türklərinin etirazı yoxdur" kimi uydurmalar yayımlanır, siyasi proseslərdən kənarda qalan, toplumun ümumi mövqeyinə uyğun hərəkət edən insanlar üçün ölkədaxili ictimai rəyə hesablanmış "sorğular" keçirilir. Ankara MetroPOLL Strateji və Sosial Araşdırmalar Mərkəzinin "keçirdiyi sorğu"nın nəticələrinə görə, Türkiyə vətəndaşlarının 67,4 faizi Abdulla Gülün səfərinə müsbət yanaşır və hətta imperativ şəkildə "getməlidir" deyirlər.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan isə Gülün səfərilə bağlı ictimai rəydə balans yaratmaq üçün ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyindən söhbət açır: "Rusiya, ABŞ və Fransa 16-17 ildir ki, Dağlıq Qarabağ problemi ilə bağlı davam edən danışıqlar prosesini bitirməlidir".
Artıq Türkiyə-Ermənistan münasibətləri, diplomatik əlaqələrin qurulması, sərhədlərin açılmasıyla bağlı uzun illərdir ki, davam edən müzakirələr, informasiya sızdırmaları, ikibaşlı bəyanatlar və açıqlamalar, yarıminnət, yarıməzəmmət dolu xatırlamalar az qala əsəb müharibəsini xatırladır. Bunu isə heç arzulamazdıq.
Türkiyə-Azərbaycan münasibətləri eyni dilə, mədəniyyətə, tarixə söykəndiyi üçün də dayanıqlıdır... Və dayanıqlı olduğu qədər də həssasdır. Bunun isə zamanın sınaqlarından keçmiş, sadə, lakin gerçəkliyi tam çılpaqlığı ilə əks etdirən bir yozumu var: Sevgidən nifrətə bir addımlıq məsafə var...
Azərbaycan türkləri üçün Fransanın, Rusiyanın, yaxud bütün xeyirxahlıqlarımıza rəğmən öz dönük mahiyyətini dəyişməyən Gürcüstanın, hətta Qazaxıstan, Türkmənistan, Qırğızıstan kimi dost və qardaş dövlətlərin Ermənistanla hansı səviyyədə münasibət qurmalarının heç bir önəmi yoxdur, desəm bəlkə də yanılmaram. Türkiyə isə istisnadır. Azərbaycanda Türkiyəyə sadəcə, dost və qardaş ölkə, strateji müttəfiq kimi yanaşmırlar. Türkiyə Azərbaycanda özünü, milli kimliyini dərk edən, damarlarından axan qanı ən son zərrələrinə kimi duyan hər bir kəsin ayrılmaz bir parçasıdır. Bu baxımdan, Türkiyədən bizə doğru hədəflənən bir qum dənəciyi belə, özümüzün özümüzə tuşladığı qaya parçası kimi qiymətləndiriləcək. Bəlkə də belə yanaşma doğru deyil, çağdaş dünyanın acı siyasi reallıqlarını əks etdirmir, həddən artıq duyğusaldır və s... Ancaq bu, birmənalı olaraq sübuta ehtiyacı olmayan həqiqətdir.
Gül İrəvana gəlir, vaxtilə böyük imperiyalar tərəfindən Ermənistana təslim edilən qədim Azərbaycan - Türk torpağına. İrəvanda olmamışam və bu mövsümdə yağmalanmış yurd yerimizdə hansı Çiçəklərin, Güllərin açdığını da bilmirəm. Görəsən, Gülə hansı gülləri hədiyyə edəcəklər türkə nifrət üzərində tərbiyə olunmuş erməni cocuqları? Azərbaycan türklərinin qanı ilə suvarılmış qanqırmızı qızıl güllərimi?
Bəlkə də, ermənilər Abdulla Gülü "Sarı gəlin"lə qarşılayacaq, iftar süfrəsində onu dolmaya qonaq edəcək, işğal etdikləri musiqimizin, mətbəximizin "qədim erməni xalqı"na məxsusluğunu dilə gətirəcək, "ortaq dəyərlərimiz"dən söz açacaqlar. Ola bilsin, Əsli və Kərəm dastanı da xatırlandı...
Gül İrəvana gəlir, Türkiyə deyil, sadəcə Abdulla Gül... AKP iqtidarının təmsilçisi. Bir gül ilə bahar olmaz deyirlər...
Biz isə İrəvana Türklərin, həm də həmişəlik gələcəkləri günü gözləyirik

xalq cəbhəsi


BMT Qochqinlar agentligi Goridagi vaziyatdan xavotirda

 

Birlashgan Millatlar Tashkiloti qochqinlar bo’yicha agentligi Rossiya - Gruziya urushida aziyat chekkan Gori shahri aholisi hayotidan tashvishda. 

 

Janubiy Osetiya chegarasidan janubda joylashgan bu shahar deydi tashkilot vakillari yarim vayrona holatida. Odamlar uyidan ayrilgan, bezorilik va tartibsizlik hukmron.

BMT mutaxassislarining aytishicha Gorida vaziyat tahlikali. Qochqinlar uchun yaratilgan boshpanalar to’lib ketgan. 

Qo’shimcha jabrdiydalarni olishga imkon yo’q. Hozirga kelib 4200 ga yaqin gorilik uy-joysiz. Qolganlar esa Janubiy Osetiya bilan chegaradosh aholi punktlaridan kelgan.

BMTning qochqinlar bo’yicha agentligi vakili Ron Redmond minglab qochqinlar palatkalarda, yana bir necha mingi mahalliyA Georgian woman cries near a body after a Russian airstrike in the northern Georgian town of Gori, 09 Aug 2008 oilalar bilan yashamoqda, deydi.

“So’nggi bir necha kun ichida chekka qishloqlardan 450 ka yaqin odam kedi. Barchasi Rossiya va Gruziya qo’shinlari orasida qolib ketgan, begunoh insonlar. Qayerga borishini bilmaydi, o’rtada halak”, - deydi rasmiy.

Redmond nazarida urush zonasidan uzoqdagi hududlarda ham zo’rovonlik alomatlarini ko’rish mumkin. Aholi kaltaklanmoqda yoki zo’rlanmoqda. Shunday arosat zonalarda yashovchi aholi Goriga 2 hafta piyoda yurib yetib kelgan, deydi BMT vakili.

“Beloti qishlog’ida qolgan aholining aksariyati qariyalar va yurishga qurbi bo’lmaganlar”,- deydi Ron Redmond.

Bugungacha Rossiya-Gruziya orasidagi qonli mojaro tufayli 160 mingga yaqin odam boshpanasiz qolgan. Ularning 30 ming nafari, asosan osetinlar, Rossiyaga qochqin bo’lib o’tgan va ko’pi hozirda uylariga qaytmoqda. Gruzinlar ham, osetinlar ham harbiylarni zo’ravonlikda, ularga nisbatan noinsoniy munosabatda ayblaydi.

Gruziya hukumati Rossiya kuchlarini aholiga zulm o’tkazayotganlikda ayblasa, Rossiya Gruziyani turli jinoyatlarda, jumladan etnik qatliomlarda gunohkor deb biladi. Urushda qancha odam o’lgani haqida ham aniq ma’lumotlar yetishmas ekan, AQSh mustaqil tergov boshlash kerak degan talabni qo’ygan.

Yevropa Ittifoqi ham shu fikrda. Inson huquqlari bo’yicha Human Rights Watch tashkiloti tahlilicha urushda Rossiya ham, Gruziya ham qabih ishlarni amalga oshirgan.

voa/uzb


Gül İrəvana gəlir


Rəcəb Tayyib Ərdoğan: "Bütün məsələ burada Dağlıq Qarabağ mövzusudur"
Bu gün Türkiyə prezidenti Abdullah Gül İrəvanda olacaq. O, Türkiyə və Ermənistan yığmalarının oyunu başlamamışdan 3 saat əvvəl hava limanında xüsusi təyyarədən enəcək.
Dünən isə erməni terrorçusu Varuzhan Partikyanın Razdan stadionunda erməni və türk rəsmiləri üçün ayrılmış yerdə futbol matçını izləyəcəyi xəbərləri aləmi qarışdırıb. Xaırladaq ki, ASALA terror təşkilatının üzvü olan Varuzhan Partikyan 1983-cü ildə Parisdəki hava limanında bir türk təyyarəsinə bomba atıb, nəticədə 8 türk həlak olub. Aldığı həbs cəzasının ardından o, 2001-ci ildə sərbəst buraxılıb. Azadlığa çıxan terrorçu Ermənistanda yaşamağa üstünlük verib.


Ramiz Mikayıloğlu

Məsələylə bağlı dərhal Ermənistan Xarici İşlər Nazirliyi açıqlama verib. Nazirin sözçüsü Tiqran Balayan türk mətbuatında yayılan xəbərlərin gerçəkliyi əks etdirmədiyini söyləyib.

Baykal Gülə 15 il əvvəlki çıxışını xatırladıb

MHP və CHP isə hələ də Türkiyə prezidentinin səfərinə sərt təpgilər verməkdədir. MHP-li millət vəkili Oktay Vural son çağırışlarını səsləndirib və deyib ki, Abdulla Gülün səfəri türk diplomatlarına qarşı terror həyata keçirmiş terrorçulara cəsarət verəcək: "Yanlışın harasından qayıtsanız, xeyirdir. Dolayısıyla bu məsələdən Türkiyəyə düşmən münasibət bəsləyənlər yararlanacaq. Zaman və durum səhv seçilib. Prezidentə deyirik ki, yanlışdan dönün, qərarınıza yenidən baxın və İrəvana getməyin".
CHP lideri Dəniz Baykal isə daha sərt danışıb. O, Abdulla Gülün 15 il əvvəl, Rifah Partiyasının parlamentdə deputatı kimi fəaliyyət göstərdiyi dövrdə danışdıqlarını xatırladıb: "15 il əvvəl Rifah Partiyası baş nazir Süleyman Dəmirəlin Ermənistan siyasəti barədə sorğu vermişdi. Anlaşılan budur ki, Abdullah Gül 27 aprel 1993-cü ildə nə söylədiyini unudub. O zaman parlament tirbunasından inanılmaz sözlər söyləyirdi. Onun indiki davranışlarına baxanda insan "bu nə deməkdir?" deməyə bilmir. Bəs nə dəyişdi? Dəyişən tək şey indi həmin sözləri söyləyənin prezident olmasıdır. Ermənistan Türkiyənin sərhədlərinimi tanıdı, "soyqırım"danmı vaz keçdi, işğal etdiyi Qarabağ torpaqlarındanmı çəkildi?
Abdullah Gül heç olmasa Qarabağın bir neçə kəndinin işğaldan azad edilməsi barədə vədmi aldı? Bunlar olmayıbsa, o zaman niyə gedir? Barı "soyqırım" abidəsinə də bir çələng qoysun. Beləcə onu bu səfərə göndərənləri daha da sevindirər".
Abdulla Gülün əvəzində Dəniz Baykala baş nazir Rəcəb Tayyib Ərdoğan cavab verib.

"Dialoqdan qaçmaq olmaz"

"İdman ayrı, siyasət ayrı" deyən baş nazir nazir bildirib ki, prezidentin ermənistanlı həmkarının dəvətini qəbul edərək İrəvana futbol matçına baxmağa getməsi müsbət haldır. Onun sözlərinə görə, təbii ki, matçdan əvvəl və sonra bir sıra problemlər dövlət başçılarının arasında müzakirə oluna bilər: "Ermənistanın BMT Təhlükəsizlik Şurasının problemlə bağlı qətnamələrinə əməl etməsi lazımdır. Minsk qrupunu həmsədri olan Rusiya, ABŞ və Fransa 16-17 ildir ki, davam edən bu danışıqlar prosesini artıq bitirməlidir. Bu problemin həlli yolu tapılmalıdır. Ancaq biz özümüzə, yürütdüyümüz siyasətə inanırıqsa, bu cür görüşlərdən, dialoqlardan qaçmağımızın heç bir anlamı yoxdur. Siz masaya gəlin, başqaları qaçsın. Bütün məsələ burada Dağlıq Qarabağ mövzusudur. Zatən ATƏT-in Minsk qrupunun apardığı nizamlama prosesinin ədalətli şəkildə nəticələnməsinin tərəfdarıyıq.
Azərbaycana səfərim zamanı da İlham Əliyev qardaşımla bu məsələni ayrıca müzakirə etdim. Hər hansı bir sıxıntı olduğunu zənn etmirəm. Prezidentlə xarici işlər naziri Əli Babacanı da göndərməyi və Qafqaz Sabitlik və Əməkdaşlıq Platformasını gündəmə gətirməyi də düşünürük". Onun Dəniz Baykalın söylədiklərinə də sərt reaksiya verib: "Hörmətli Baykalın qabiliyyəti budur, zatən başqa bir işə də yaramaz. Sadəcə, belə məsələlər üzərində davamlı müxalifətçiliyini aparır. Dünəndən bu günə qədər nə edəcəyilə bağlı bir planı olmadığı kimi sabaha yönəlik də bir planı yoxdur".

xalq cəbhəsi


 


Ömər Engin Lütem: “Gül Yerevanda Qarabağ münaqişəsinin dərhal həllini istəyəcək”

Ömər Engin Lütem

 

"Abdulla Gül Yerevanda israrla Qarabağ münaqişəsinin dərhal həllini istəyəcək". Bunu "Amerikanın Səsi"nə müsahibəsində Ankaradakı Avrasiya Strateji Tədqiqatlar İnstitutunun Erməni Araşdırmaları Mərkəzinin rəhbəri, Türkiyənin Vatikan və YUNESKO-dakı keçmiş səfiri Ömər Engin Lütem bildirib.
O deyib ki, şənbə günü baş tutacaq səfərin futboldan başqa məqsədi yoxdur. "Sadəcə olaraq, Ermənistanla Türkiyə arasında uzun müddət bu səviyyədə təmas olmayıb. Və indi liderlər futbol matçından yararlanaraq, bu səfəri reallaşdırdılar".
Bir vaxtlar Türkiyənin Xarici İşlər Nazirliyində erməni araşdırmalarına başçılıq etmiş cənab Ömər Engin Lütem "Amerikanın Səsi"nə müsahibəsində diqqəti habelə buna yönəldib ki, Ankara çoxdan bəri Yerevanla tarixi problemlərini həll etmək üçün yol axtarır:
"Amma bu səfərlə problemlərin hamısının həll olunacağını gözləməyə dəyməz. Sadəcə bəlkə, bu səfər problemlərin həlli üçün uyğun mühit formalaşdıra bilər".
Qərb mətbuatı prezident Gülün Yerevana getməq qərarını iki ölkə arasında bir əsrə yaxındır ki, nəsildən nəsilə keçən düşmənçiliyə son qoyulması istiqamətində atılan "ilk ehtiyatlı addım" kimi qiymətləndirir.
Cənab Ömər Engin Lütem isə deyir ki, Türkiyə prezidentinin bu jesti daha çox Yerevanda yeni ümidlər yaradıb. Bu ümidlər Ermənistanın Türkiyə ilə münasibətlərinin inkişafı və iki ölkə arasında sərhəd qapılarının açılması ehtimalıdır. "Amma Bu səfər Türkiyənin Ermənistanla bağlı mövqeyini dəyişmir. Xüsusilə də Qarabağ məsələsi ilə bağlı Ankaranın mövqeyində heç nə dəyişməyib. Bu münaqişənin həlli ilə bağlı cüzi ehtimal belə olmasa, sərhəd açılmayacaq", - deyə keşmiş səfir vurğulayıb.
Ömər Engin Lütem onu da bildirib ki, Abdulla Gül Yerevandakı təmaslarında habelə uydurma erməni soyqırımı ilə bağlı ortaq komissiyanın yaradılması təklifini yenidən qaldıracaq.

VOA


Suriye'de yeni barış planı

 

Suriye Cumhurbaşkanı Beşar el Esad, Türkiye'ye Orta Doğu'da barış için yaptığı girişimlerden dolayı teşekkür etti.

 

Erdoğan, Sarkozy, el Tani ve el Esad
Açıklama Şam'daki dörtlü zirvede yapıldı.

Beşar el Esad bu açıklamayı, Şam'da düzenlenen Suriye, Fransa, Türkiye ve Katar'ın dörtlü zirvesinin kapanışında yaptı.  

Anadolu Ajansı'nın haberine göre el Esad, Türkiye'nin Orta Doğu barışı süreci ile yakından ilgilenerek, inisiyatif alan birkaç ülkeden biri olduğunu söyledi.

Türkiye'nin Suriye ile İsrail arasında dolaylı görüşmeleri başlatabilme inisiyatifi alan tek ülke olduğunu belirten el Esad, Başbakan Recep Tayyip Erdoğan'ın güvenilirliği ve Türkiye'nin arabuluculuğu olmasaydı bu sürecin zor başlayacağını belirtti.

Suriye lideri zirveden önce yaptığı açıklamada ise dolaylı görüşmelerin beşinci turunun, İsrailli temsilcinin istifası nedeniyle ertelendiğini bildirmişti.

 

 Giriştiği bu eylem nedeniyle bütün Avrupa Türkiye'ye minnettardır
 
Fransa Cumhurbaşkanı Nicolas Sarkozy

 

El Esad "hayati önemde" olduğunu belirttiği bu beşinci turda, pazarlıkların gidişatının belirleneceğini söyledi.

Daha sonra Başbakan Erdoğan Türkiye'de yürütülen dolaylı görüşmelerin beşinci turunun 18-19 Eylül'de yapılacağını açıkladı.

İsrail kaynakları henüz temsilci Yoram Turbowicz'in istifası ile ilgili bir yorum yapmazken, Batılı diplomatlar bunu Başbakan Ehud Olmert'in ay sonuna dek görevden ayrılacağı açıklamasına bağlıyor.

Barış planı

Suriye lideri ayrıca Türk tarafına, doğrudan görüşmelere temel olmasını umdukları altı maddelik bir öneri verdiklerini bildirdi.

Genel bir barış çerçevesi olarak tanımlanan öneride, sınırlar ile ilgili maddelerin de bulunduğu söyleniyor.

İsrail'in de kendi tavrını ortaya koyan benzer bir öneri vermesinden sonra doğrudan görüşmelere geçilebileceğini belirten Beşar el Esad, ancak ABD'de yeni başkan göreve gelmeden bu konuda herhangi bir adım beklemediğini söyledi.

Suriye lideri, İsrail'de kimin başbakan seçileceğinin de sürecin devamı açısından önemli olduğunu kaydetti.

Suriye'nin başkenti Şam'daki dörtlü zirveye Beşar el Esad'ın yanı sıra dünden beri ülkede bulunan Fransa Cumhurbaşkanı Nicolas Sarkozy, ülkeye bu sabah giden Başbakan Recep Tayyip Erdoğan ve Katar Emiri Şeyh Hamad Bin Halife el Tani katıldı.

Katar Mayıs ayında, Lübnan'daki taraflar arasında barış anlaşmasıyla sonuçlanan konferansa ev sahipliği yapmıştı.

"İstikrar İçin diyalog" sloganıyla yapılan ve Lübnan, İran ve başka konuların da ele alındığı zirve sonunda, diyaloğa devam kararının alındığı bildiriliyor.

Başbakan Erdoğan zirve sorunundaki basın toplantısında gerek İsrail, gerekse Suriye'nin barış sürecinde yapıcı bir tavır ortaya koyduklarını belirterek, ''Temenni ediyorum ki bundan sonraki süreçte de bu yapıcı tavır devam edecek olursa biz netice almakta umutluyuz'' dedi.

Erdoğan, İsrail'de Olmert'ten sonra işbaşına gelecek olan başbakanın da bu sürece olumlu bakacağına inandığını söyledi.

Anadolu Ajansı'na göre AB dönem başkanı Fransa'nın lideri Sarkozy de Türkiye'nin çabalarını desteklediklerini belirtti ve "Türkler müthiş bir iş çıkardı. Bu, doğrudan müzakerelerle sonuçlanmalı. Giriştiği bu eylem nedeniyle bütün Avrupa Türkiye'ye minnettardır" ifadesini kullandı.

Fransa rol istiyor

Beş yıldır Suriye'yi ziyaret eden ilk Batılı lider olan ve iki gündür Şam'da bulunan Nicolas Sarkozy ise Orta Doğu barışında aktif rol oynamak istiyor.

Fransa lideri dünkü temasları ardından Suriye'ye, İsrail ile diyalog çağrısı yapmış, iki ülke arasında doğrudan müzakereler yapılmasında rol üstlenmek istediklerini vurgulamıştı.

Ancak bu sürecin hızla ilerlemesi beklenmiyor: İsrail'de bu ay yeni bir başbakan belirlenecek; ABD'de ise Kasım ayında seçimler var.

Sarkozy'nin gezisi öncesi Suriye'nin el Vatan gazetesinde yayınlanan bir haberde, Şam yönetiminin Fransa ve ABD'den, İsrail'le doğrudan barış görüşmelerini desteklemesini istediği bildirildi.

Gazeteye adının gizli tutulması koşuluyla konuşan bir Fransız yetkili ise Suriye-İsrail hattındaki barış girişimlerinde ilerleme sağlandığını, Türkiye'de sürecek dolaylı görüşmelerdeki gelişmeleri dikkatle izleyeceklerini söyledi.

 

BBC


 

Lavrov:"C.Osetiya və D. Qarabağ arasında paralel yoxdur"

Bu gün Moskvada toplaşan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının xarici işlər nazirləri Rusiyanın Cənubi Osetiyadakı hərəkətlərini dəstəkləyən bəyanatla çıxış ediblər.

Rusiya, Belarus, Ermənistan və Mərkəzi Asiya ölkələrini birləşdirən bu hərbi-siyasi təşkilat habelə öz bəyanatında "Gürcüstanın hərbi hərəkətləriylə" bağlı dərin narahatlığını bildirib. Eyni zamanda nazirlərin görüşündən sonra çıxış edən Rusiyanın xarici işlər naziri Serqey Lavrov bəyan edib ki, Cənubi Osetiya və Abxaziyadakı vəziyyətlə Dağlıq Qarabağ ətrafındakı vəziyyət arasında heç bir parallel yoxdur.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının xarici işlər nazirlərinin bu gün Moskvada qəbul etdikləri bəyanatın ümumi məğzini təşkilatda sədrlik edən Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan açıqlayıb: Lavrov

"Cənubi Osetiyadakı hadisələrlə bağlı bəyanatda xarici işlər nazirləri problemlərin sülh yoluyla çözülməsinə çağırıblar. Nazirlər Rusiyanın bölgədə sülh və əməkdaşlıq istiqamətində fəal rolunu dəstəkləyiblər", deyib Ermənistanın xarici işlər naziri.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının xarici işlər nazirlərinin bugünkü bəyanatında habelə bildirilir ki, "nazirlər gürcü tərəfinin dinc əhali arasında çoxsaylı qurbanlara, sülhməramlıların qətlinə, humanitar fəlakətə gətirşim hərbi hərəkətləriylə bağlı öz dərin narahatlığını bildirirlər".

Nazirlər habelə bəyan edirlər ki, Cənubi Osetiya hadisələri beynəlxalq münasibətlərdə ikili standartların nə qədər təhlükəli olduğunu göstərib və bu baxımdan nazirlər bütün dövlətlərə vəziyyətin qiymətləndirilməsinə obyektiv yanaşmağa çağırıblar.

Bəyanatın altında Rusiyanın xarici işlər naziri Serqey Lavrovun imzası var və o bu gün sözügedən sənəddən məmnun qaldığını bildirib:

"Bəyanatda düzgün vurğular edilir, burada bütün lazımi məqamlar göstərilib, Gürcüstanın Cənubi Osetiyaya qarşı hərəkətləri qəbuolunmazlığı göstərilib. Ümumən bütün suallara burada dəqiq cavablar verilir. Biz habelə məsələylə bağlı beynəlxalq təşkilatlarda uzlaşdırılmış şəkildə çıxış edəcəyimiz haqda razılığa gəlmişik", deyib Serqey Lavrov.

Rusiya mətbuatına görə, Moskva bu sənədin hazırlanmasında böyük səylər göstərib, beləki Rusiya keçən həftə Şanxay Əməkdaşlıq Təşkilatının sammitinin bəyanatının təkrarlanmasını istəmirdi.

Xatırladaq ki, həmin bəyanatda Rusiya ümumən dəstək alsa da xüsusilə vurğulanmışdır ki, üzv ölkələr dövlətlərin ərazi bütövlüyü prinsipinə sadiqdilər. Bügünkü bəyanatda bu məqam xüsusilə vurğulanmır və bu bir sıra Rusiya şərhçilərinin zənnincə, təşkilat üzvlərinin bəzilərinin Cənubi Osetiya və Abxaziyanı tanıması pespespektivinə dəlalət edə bilər.

Hər halda, mətbuata görə, bu məqama müəyyən aydınlıq sabah gətirilə bilər. Cümə günü Moskvada Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatının zirvə toplantısı keçiriləcək.

Bu gün isə Rusiyanın xarici işlər naziri Serqey Lavrov öz ölkəsinin Cənubi Osetiyadakı hadisələrdən sonra Qarabağ münaqişəsiylə bağlı mövqeyini açıb:

"Cənubi Osetiya və Abxaziyadakı vəziyyətlə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması arasında heç bir parallel yoxdur. Cənubi Osetiya və Abxaziyada Saakaşvili rejimi bütün danışıq formatlarını qırmağa çalışırdı, Qarabağla bağlı vəziyyət belə deyil.

Tərəflər Minsk qrupu həmsədrləri eqidası altındakı mexanizmdən çıxmır, burada danışıq prosesi gedir və bu proses çərçivəsində son nizamlanmanın böyük hissəsi uzlaşdırılıb.

Bir neçə qalmış problemlər üzrə isə iş davam edir", deyib Rusiyanın xarici işlər naziri Serqey Lavrov

VOA


 

Vəfa Quluzadə: “Azərbaycanın təhllükəsizlik təminatına ehtiyacı var”

 

"Azərbaycanın təhlükəsizlik təminatına böyük ehtiyacı var". Bunu "Amerikanın səsı" radiosunda keçirilən dəyirmi masada Azərbaycanın xarici məsələlər üzrə keçmiş dövlətVefa Guluzade müşaviri, politoloq Vəfa Quluzadə bəyan edib.
O deyib ki, Rusiyanın Gürcüstana təcavüzü Azərbaycana da hədədir:
"Gürcüstanla Azərbaycan bir-birilərinə bağlıdırlar. Bizim birgə iqtisadi layihələrimiz, neft-qaz kəmərlərimiz, birgə kommunikasiyalarımız var. Demək olar ki, iqtisadi və geosiyasi baxımdan biz bir ölkəyik. Ona görə də Gürcüstan təhlükəyə məruz qalanda, Azərbaycana da lazım olan zərbə dəyib".
Cənab Quluzadə deyib ki, Dik Çeyninin regiona səfəri indiki vəziyyətdə "lap yerinə düşüb".
Belə ki, Amerikanın vitse-prezidenti  Azərbaycanın təhlükəsizliyinə böyük diqqət yetirib. Politoloq bunu "Vaşinqtonun Bakıya böyük dəstəyi" adlandırıb. Bununla yanaşı, o deyib ki, Azərbaycan NATO ilə əlaqələrini bərqərar etməlidir.
 Quluzadə onu da vurğulayıb ki, Çeyninin Tbilisiyə səfəri Moskvanı bu ölkədəki neqativ planlarından ayrı salıb: "Amerika sadəcə olaraq, Rusiyanın Mixail Saakaşvilini devirmək planları ilə vidalaşmasına kömək etdi".
Politoloq deyib ki, indi Qafqazda yeni vəziyyət yaranıb: "Artıq centlmen münasibətlərinə son qoyuldu. Qafqazda yeni qarşıdurma əhval ruhiyyəsi əmələ gəlib". Belə ki, Rusiya Qərbə qarşı enerji amilindən istifadə edərək, Azərbaycan və Gürcüstan kimi ölkələri onların milli maraqları ilə hesablaşmadan öz təsirinə salmaq istəyir.
 

VOA



Viktor Yuşçenkonun partiyası ölkənin hakim koalisiyasını tərk edib

Ukrayna prezidenti Viktor Yuşçenkonun partiyası rəsmən ölkənin hakim koalisiyasını tərk edib.  Partiyanın hələ də öz qərarını geri götürməsi üçün 10 günü var. Əgər bu baş verməzsə onda növbəti 30 gün ərzində prezident Yuşçenkonun yeni parlament seçkiləri çağırmaq hüququ var.  Prezident dünən baş nazir Yuliya Timoşenkonun tərəfdarları müxalifətə qoşularaq prezidentin səlahiyyətlərini zəiflətməyə səs verdikdın sonra yeni seçkilər keçirəcəyi ilə bağlı xəbərdarlıq edib.  Təhlilçilər deyirlər ki, siyasi manevrlər 2010-cu ildə keçiriləcək prezident seçkilərinə hesablanıb.

VOA


 

 

Erdoğan Ortadoğu Zirvesine Katıldı[insert caption here]

Başbakan Recep Tayyip Erdoğan, Şam’da Fransa, Suriye ve Katar’ın liderleriyle bir araya geldi. Erdoğan, Fransa Cumhurbaşkanı Nicolas Sarkozy, Katar Emiri Şeyh Hamad bin Halife el Thani ve Suriye Devlet Başkanı Beşar Esad bölgesel konuları görüştüler.

Dörtlü zirvenin açılış konuşmasında, Esad, Türkiye’nin arabuluculuğuyla İsrail ile Suriye arasında yapılan dolaylı görüşmelerin İsrailli temsilcinin istifası nedeniyle ertelendiğini açıklamıştı. Konuyla ilgili olarak bir açıklama yapan Başbakan Erdoğan, İsrail – Suriye görüşmelerinin beşinci turunun 18-19 Eylül tarihlerinde başlayacağını söyledi.

Esat, doğuran görüşmeler başlatmayı amaçlayan barış önerilerinin Türkiye aracılığıyla İsrail’e iletildiğini de bildirdi.

Fransa Cumhurbaşkanı Nicolas Sarkozy ise  İran’ın nükleer programı konusunda batılı ülkelerle işbirliği yapması için Suriye’nin Tahran yönetimini ikna etmesini istedi.

Dörtlü zirve, geçen Mart’taki Arap zirvesinden sonra bu yıl Şam’daki ikinci büyük diplomatik olay oldu. Kendinden emin bir devlet adamı görüntüsü sergileyen Beşar Esad, Fransa,Türkiye ve Katar liderlerine, Suriye’nin yıllardır süren tecrit durumuna son vererek yeniden uluslararası sahneye çıktığını gösterdi.

Türkiye’nin İsrail’le barış görüşmeleri için bir öneri sunduğunu belirten Esat, taraflar arasında doğrudan görüşmelerin başlaması için İsrail’den yanıt beklediğini söyledi.

İsrail’e barış anlaşmasının ana maddelerinin iletildiğini belirten Esat, bunlar arasında Suriye’nin önerdiği Golan tepelerinden çekilme hattı bulunduğunu da açıkladı. Altı maddelik planın Türk arabuluculara verildiğini belirten Esad, yeni İsrail Başbakanının  Ehut  Olmert gibi barış için istekli olacağını umduğunu söyledi.

Beşar Esat, Amerika’yı  ön plana çıkmaya, Fransa ve Türkiye gibi İsrail’le Suriye arasındaki  görüşmelerde rol üstlenmeye çağırdı. Ankara, bugüne kadar İsrail’le Suriye arasında gerçekleşen  dört tur dolaylı görüşmede arabuluculuk yaptı.

Ziyaretiyle Suriye’ye yeni diplomatik güç kazandıran Fransa Cumhurbaşkanı Nicolas Sarkozy, daha çok İran üzerinde durdu ve Tahran’ı nükleer silah edinmeye çalışmaması için uyardı. Sarkozy, İran’ın nükleer silah peşinde koşmakla büyük riske girdiğini çünkü İsrail’in bu yüzden İran’a saldırabileceğini ve bunun da herkes için “felaket” olacağını söyledi.

Suriye Devlet Başkanı ise Sarkozy’nin kaygılarını abartılı bulduğunu belirterek İran’ın  nükleer programının sadece sivil amaçlı olduğunu öne sürdü. Altı ülkeden oluşan Körfez  İşbirliği Konseyi’nin başkanlığını yürüten Katar Emiri de, İran konusunda uzlaşıcı bir tutum takındı.

Katar Emiri, Tahran’la Körfez’deki üç adayla ilgili toprak talepleri dahil her türlü uyuşamazlığın görüşmeler yoluyla çözülmesini umduklarını belirtti.

Konsey’in uyuşmazlıkları Uluslararası Adalet Divanı’na götürmekten yana olduğunu vurgulayan Katar Emiri, ancak İran’la, başka ülkelerin zoruyla yeni bir sorun çıkarmak istemediklerini söyledi.

Zirvede geçen Mayıs’taki kanlı mezhep çatışmalarından sonra  yeni Cumhurbaşkanını  seçerek istikrara kavuşan Lübnan’daki son durum da ele alındı.

Suriye’nin yıl sonunda Beyrut’ta büyükelçilik açacağını belirten Beşar Esat, Lübnan Cumhurbaşkanı Mişel Süleyman’dan çatışmalara sahne olan Trablusşam’da düzeni sağlamak için  bir tugay daha göndermesini istediğini açıkladı.

Arap gözlemciler, dörtlü zirveyi hem Lübnan hem de bütün bölge ülkeleri için olumlu bir gelişme saydıklarını söylüyor.
 

VOA


Dik Çeyni: “Gürcülərin azad yaşamaq haqqı var

 

Amerikanın vitse-prezidenti Dik Çeyni Tbilisidə olarkən, Gürcüstana güclü dəstək ifadə edib. Ağ Evin dərc etdiyi stenoqrama görə, prezident Mixail Saakaşvili ilə keçirdiyi brifinqdə cənab Çeyni bildirib ki, Gürcüstan Amerikanın davamlı dəstəyinə və yardımına bel bağlaya bilər.
«Amerikalılar son dörd həftə ərzində Gürcüstanın qarşılaşdığı çətinlikləri yaxşı bilirlər. Qızılgül İnqilabından sonra, Amerika bu gənc və cəsur demokratik dövlətin köməyinə gəldi. Siz öz suveren ərazinizin işğalı və sərhədlərinizin zor yolu ilə dəyişdirilməsi istiqamətində qanunsuz, birtərəfli cəhdlə mübarizə apararkən, biz bunu yenə də edirik", - deyə Amerikanın vitse-prezidenti vurğulayıb.
Dik Çeyni bildirib ki, Gürcüstanın müstəqilliyi və suverenliyi çox vacibdir. "Bu, aydındır, gürcülər azadlıq uğrunda və başqa torpaqlarda azadlıq uğrunda can qoyublar. Bütün gürcülərin azad yaşamaq haqqı var. Mən inanıram ki, gürcülərin qisməti azadlıqdır. Gürcülərin qəlbində böyük cəsarət var. Amerikada onların möhkəm və sadiq dostları var».
US Vice President Dick Cheney (L) shakes hands with Georgian President Mikheil Saakashvili in Tbilisi, 04 Sep 2008Cənab Çeyni əlavə edib ki, Rusiyanın bölgədəki hərəkətləri onun beynəlxalq partnyor kimi etibarlılığına şübhə yaradıb. "Təkcə Gürcüstan yox, regionun hər yeri və əslində, beynəlxalq aləmdə..."
Yüksək səviyyəli Amerika rəsmisi daha sonra ABŞ-ın Gürcüstana bir milyard dollar məbləğində yardım verəcəyini bəyan edib.
Gürcüstan prezidenti Mixail Saakaşvili isə dünya ictimaiyyətinin diqqətini Abxaziya və Cənubi Osetiyadakı etnik təmizləməyə cəlb etməyə çağırıb.
Gürcüstanın dövlət başçısı deyib ki, əgər kimsə bu etnik təmizləmənin nəticələrini leqallaşdırmaq arzusundadırsa, bu o deməkdir ki, o, insan faciəsini leqallaşdırmaq istəyir: «Gürcüstanın iki ərazisində etnik təmizləmə baş verib. Abxaziyadan son illər yerli əhalinin 80 faizindən çoxu qovulub, Cənubi Osetiyadan isə son illərdə əhalinin üçdə ikisi etnik təmizləməyə məruz qalıb».
Dik Çeyni hazırda Ukraynadadır. Sonra o, İtaliyaya gedəcək

 

voa


 

İran Riçard Çeyninin səfərindən təlaşlanır

 


"Trans- Xəzər" və "Nabucco" layihələri tuği-lənət kimi fars-molla rejiminin boğazına keçib
İran "Trans- Xəzər" neft-qaz kəmərləri layihəsinin əleyhinə olduğunu açıq bəyanlayıb. Bu ölkənin xarici işlər nazirinin müavini Mehdi Səfəri Bakıda Xəzər dənizinin statusu ilə bağlı işqçi qrupunun konfransında Orta Asiyanın enerji resuarslarının ötürülməsi üçün ən "ideal məkan"ın Rusiya və İran olduğunu söyləyib: "Çünki həmin layihə Xəzər dənizinin ekoloji durumuna pis təsir edə bilər. Mərkəzi Asiyadan enerji resurslarını İran, yaxud Rusiya vasitəsi ilə də daşımaq olar. Belə yollar varsa, niyə risq edərək, "Trans-Xəzər" layihəsini itirməliyik?".


Tural

Zaman-zaman Avropanı qaz şantajı ilə üz-üzə qoyan Rusiyanın, ötən qış Türkiyəni qaza həsrət qoyan İranın "etibarlılığı", əslində təhlükəli tranzit ölkə olduqları isə hamıya məlumdur.
Mütəxəssislərin fikrincə, cənub qonşumuzun "Trans-Xəzər" layihəsinin əleyhinə açıq şəkildə çıxması və belə bəyanatın ABŞ vitse-prezidenti Riçard Çeyninin Azərbaycana gəlişindən sonra səslənməsi Tehranın Vaşinqton rəsmisinin səfərindən ehtiyatlanmasından xəbər verir. Mehdi Səfərinin "Trans-Xəzər" layihəsinin Xəzəri "çirkləndirəcəyi" barədə səsləndirdiyi fikirlər isə absurddur. Əgər "Trans-Xəzər" neft-qaz kəmərləri layihəsi Xəzəri çirkləndirəcəksə, niyə "ideal məkan" sayılan Rusiya Türkiyəyə Qara dənizdən keçməklə "Mavi axın" qaz kəmərini çəkib. Yaxud Almaniyaya gedən qaz kəmərini Baltik dənizinin altından keçirib.
Politoloq Məhərrəm Zülfüqarlı hazırda əsas diqqətin Xəzər dənizinin statusunun müəyyənləşməsinə yönəldiyini dedi. Onun sözlərinə görə, məhz "Trans-Xəzər" layihəsinə görə, Xəzəryanı ölkələrin dövlət başçılarının oktyabr-noyabr aylarında Bakıda keçiriləcək sammitində İranın cığallığı istisna edilmir. Ekspert Tehranın "Trans- Xəzər" layihəsinin əleyhinə çıxmasını və bunu rəsmi şəkildə bəyanlamasını təbii saydı. Məhərrəm Zülfüqarlı cənub qonşumuzun Mərkəzi Asiyanın enerji resurslarının öz ərazisindən daşınmasının arzu olaraq qalacağını düşünür: "Hələ 1991-ci ildə SSRİ dağıldıqdan və yeni müstəqil dövlətlər yarandıqdan sonra Xəzər ətrafında da sərbəst və müstəqil siyasət yürüdən ölkələr meydana çıxdı. İran bundan sonra təklif etdi ki, beş dövlət arasında Xəzər dənizinin dibinin bölünməsinə dair razılıq əldə olunsun. Əslində Tehranın təklifləri, keçmiş SSRİ ölkələrinin, o cümlədən də Rusiyanın marağına uyğun deyildi. İran isə hələ də əvvəldən tutduğu mövqedə qalır".
ABŞ-ın Azərbaycanla müxtəlif sahələrdə, xüsusən enerji hasilatı, nəqlində əməkdaşlığı artırması və Qərb şirkətlərinin Xəzərdə neft hasil etməsinin Tehranın maraqlarına uyğun olmadığını deyən politoloq İran və Rusiyanın Mərkəzi Asiyanın neft-qazını nəzarətə götürmək üçün hələ çox cəhdlər edəcəyini söylədi. Ekspert ABŞ-ın Azərbaycana xüsusi önəm verməsinin Tehranda narahatçılıqla qarşılandığını vurğuladı: "Çünki İranla ABŞ uzun müddətdir ki, bir-birinə düşmən münasibət bəsləyirlər. Son dövrlər bu ölkələr arasındakı münasibətlər müharibə həddinə gəlib çatıb. Bu belə bir ərəfədə Riçard Çeyninin Azərbaycana gəlməsi və təfərrüatı heç kimə məlum olmayan məsləhətləşmələr aparması Rusiya ilə yanaşı, cənub qonşumuzun da marağında deyil".

xalq cəbhəsi