Həqiqət

 

1-Dinləyin məni millət                Deyim sizə həqiqət
2-Tarixin qucağından                Türklüyün ocağından
3-Uzaq yollar keçmişik              Biz bura yetişmişik
4-On min illərdən bəri                Yaşatdıq tarixləri
5-Atamız sumer əlbət                Qurubdur mədəniyyət
6-Yaşamış uzun illər                  Qoydular böyük əsər
7-Palçığa söz yazdılar               Sonra daşı qazdılar
8-Gün saata bölünüb                 Ay-gün ilə ölçülüb
9-Üç yüz atmiş, il oldu              Dayirədə  bulundu
10-Bu gün bu bulunmələr        Sumerdən qalıb əsər
11-Başqa əsərlər də var             Minlərcə var yazılar
12-Diləri dilimizin                       Əski kimliyimizin
13-Həm izi həm özüdür             Sözlər onun sözüdür
14-Ataya ada deyib                   Anaya amma deyib
15-Dilimizin anası                       Əslimizin atası
16-Sumerlerdi sumerler              Bunda vardı səmərlər
17-Sumerlerin davamı               Akedlərlə ilamı
18-Hərəsi dövlət qurub              Hərə hökumət sürüb
19-Asurla babililər                     Bu semetik dilililər
20-Bura basqı basdılar              Çox uzun savaşdılar
21-Asur bani pal hara                Burda qalmaqal hara
22-Sarqon ilə yan yana              Şəmsi çıxdı meydan
23-Gəldi Azərbaycan                 Üç qayadan bu yana
24-Üzləşdi ururtura          İstədi onu vura
25-Amma bacaranmadı             Uğur qazanamadı
26-Bu iki imperator                   Savaşdılar vurhavur
27-Uzun illər boyunca               Döyüşdülər doyunca
28-Hər ikisi yıxıldı                    Hər ikisi dağıldı
29-Madlarınan Mannalar            Hökuməti qurdular
30-İamlara bir zaman                 Gəlmiş neçə ariyan
31-Qonaq galdi bu yerdə           Məskan saldı bu yerdə
32-Bu ariyan qonaqlar               Ev sahibin bıçaqlar
33-İlqarını qırdılar                    Duzdanı sındırdılar
34-Burda yeni qovəllər              Bura qonaq gələnlər
35-Başladılar talana                   Od saldılar hər yana
36-Bu anda Sibriyadan              Gəldi bir çox ariyan
37-Her tərəfi aldılar                   Bura talan saldılar
38-Kuruş çıxdı meydana           Əsil dəli divana
39-Pozdu mədəniyyəti               Gətirdi cəhaləti
40-Bu yerleri dağıtdı                 Urşəlimi yaratdı
41-O başladı qiyamət                Qırıldı hamı millət
42-Babası Astiyakin                  Madların padşahın
43-Çıxartdırdi gözlərin              Vurub qırdı dizlərin
44-Dedi şahlar şahıyam             Yohvəyəm, ilahiyam
45-Divan tutdu millətə                Dünya düşdü zillətə
46-Bu yarmaz eybəcər               Gündə minlər baş kəsər
47-Əmr eliyib qırmağa              Hükmun surdurmağa
48-Tutdu üzun bu yana              Yurdum Azərbaycana
49-Türklərin padişahı                Tomrus ana o dahi
50-Topladi türk boyların            Sumerlərin soyların
51-Hamı hazır oldular               Qurultayı qurdular
52-Başladı bu sözləri                 Dolmuşudur gözləri
53-Gəlib yurduma yağı              Qirir qoca uşağı
54-Ortalığa kin salıb                  Bu yeni qırqın salıb
55-Su kimi tökür qanı                Qırır bütün insanı
56-Zülm eliyir millətə                 Dözülməz bu zillətə
57-Susub qala bilmərik              Biz qul ola bilmərik
58-Danışdılar kifayət                 Qərar verib nəhayət
59-Əvvəl elçi göndərək              Bəlkə yolun döndərək
60-Durdursun cinayəti               Qırmasın bu milləti
61-Elçi getdi Kuruşa                  Başladi ki danışa
62-Kuruş qılıncın çəkib            Elçinin başın kəsib
63-Göndərdi Tomrus şaha         Əlavə etdi daha
64-Qan istirəm qan verin            Kəsməyə qurban verin
65-Nə olubdu kişilər                  Hökm sürür dişilər
66-Söylədi Tomrus ana             O yaramaz şeytana
67-Əslanın ər dişisi                   Türkün qadın kişisi
68-Fərqi yoxdu sən eşit             Burda hamı bir çeşit
69-Qadın kişi bərabər                Döyüşçüdür lap bətər
70-Qan tökmək istəmirdik          Sənə elçi göndərdik
71-Elçini öldürmüsən                 Qanını tökdürmüsən
72-Sən susamuşsan qana           Dönmüsən qudurqana
73-Səni qana doyuram               Tutub boynuvu vuram
74-Xilas olsun bu millət             Olmasın daha zülmət
75-Əmir elədi türklərə                Həm qadin həm ərlərə
76-Atlanın ki savaşdı                Kuruşun işi yaşdı
77-Qadın –kişi bərabər              Savaşdılar lap bətər
78-Atı minib çapdılar                Kuruşuda  tutdular
79-Gətirdilər yanına                   Buyurdu Tomruz ana
80-İndi zamandır dəni               Qanla doyurdum  səni
81-Bir öküzü kəsdilər                Qanın təştə tökdülər
82-Əydi Kuruşun başın             Kuruş tökdü göz yaşın
83-Dedi ki öldürmərəm              Mən səni doydurmaram
84-İç bu qanı doyunca              Lap belə partlayınca
85-Bəsdir dedim tökmə qan       Kəsib qırdın çox insan
86-İndi sonun çatıbdır              Day olduzun  batıbdır
87-İnsanlar rahat yaşar               Azadlığa qovuşar
88-Deyillər bəziləri           Bir-birindən sərsəri
89-Kuruş qanun yazıbdı            İnsan haqqın yazıbdı
90-Soranda harda hanı              Belə verillər ünvanı
91-B.M.T-nın başında              Girişdəki daşında
92-Gedib özün görərsən            Oxuyub örgənərsən
93-Mən də getdim birbaşa         Yol soruşa – soruşa
94-Yetişdim o ünvana                Yaxşı baxdım  hər yana
95-Tapammadım o daşı            Dedilər ki ay naşı
97-Görəməz onu hər kəs            Otur yerə səsin kəs
98-Sənin kimi həramı                 Görəmməz o imamı
99-Əsl o nəcabət gərək              Görməyə hacət gərək
100-Möcüzəni bilmisən              Sən burada neynisən 
101-Onu düz insan görər           Fəqət ariyan görər
102-Vallah qaldım naəlac Oldum o daşa möhtac
103-Axtardım kitabları               Məbədi mehrabları
104-Olmadı bir möcüzə             Görünmədi o gözə
105-Sordum necə alimə             Çarə qıla halimə
106-Gülüb mənə dedilər            Döz deyil boş verdilər
107-Dedilər onlar mənə              Kuruş yazib bir dənə
108-Təkcə bir daş qazdırıb       İlamica  yazdırıb
109-Bilinmir heç kimimiş  Atası çiş pişimiş
110-Kuruş tək cani şahı             Eliyiblər ilahi
111-Tarixi  varaqladım              Yenə də soraqladım
112-Ona çata bilmədim              Daşi tapa bilmədim
113-Birdən gözüm sataşdı         Bir mətləbə qumaşdı
114-Sözlərin məzəlisi                 Şahlarında dəlisi
115-Xəşayar sarsaxlamış           Dənizi şallaqlamış
116-Sonra minib atını                Gedib yaxıb atını
117-Buna görə İsgəndər            O adlanan zülgədər
118-Gəldi intiqam ala                 Yenə qalmaqal sala
119-Azərbaycana gəldi                        Atropatla özləşdi
120-Qoruyub istiqlalın                        Yurdum Azərbaycanın
121-Danışıb anlaşdılar                        Yoluna yollaşdılar
122-O vuruşa-vuruşa                          Gəlib çatdı Daruşa
123-Geniş meydan açdılar                   Qoşanlar savaşdılar
124-Bu anlarda İsgəndər                      Baxdı gördü bir nəfər
125-Bəzənmiş ata minmiş          Daruş olduğun bilmiş
126-Atını sürdü o yana                       Daruşu da tu dabana
127-Meydanı qoyub qaçdı                  Dağları bir-bir aşdı
128-O qaçdı ilkbatana                         Bu günki Həmədana
129-Biri tanıyıb onu                            Tutub vurdu boynunu
130-Apardı İsgəndərə                         Bəlkə bir ənam verə
131-Şahlar yaman şahdılar                  Yaman da qorxaqdılar
132-Əli yalın milləti                             Qırıb verib zilləti
133-Amma savaş zamanı                     Qorxaq götürüb canı
134-Qaçıb gedib gizlənib                     Sonra da məhmizlənib
135-Amma ki o İsgəndər                      Boy buxunlu qələndər
136-Daruşun qızın aldı                        Onunla qohum oldı
137-Sonra da əsgərlərin                       Evləndirib minlərin
138-Burda qanı dəyişdi                      Xanı manı dəyişdi
139-Arxadan sulukilər                          Sulukul mulukilər
140-Bu yerləri aldılar                           Burda məkan saldılar
141-Ariyanda var adət                         Eyliyələr xutudət
142-Farsların təmiz qanı                      Pak qalsın xanədanı
143-Kuruş anasın alıb                         Kəmbuc öz qızın alıb
144-Astiyak Daruş ərdəşir                   Qızlarıla evlənir
145-Sasan da eyni məram           Qubad ,Şapur və Bəhram
146-evləndi  qızlarınan                        Ta qala təmiz bu qan
147-Axır İsgəndər gəlib                       Bu qanları kirlədib
148-Sonra da bunlar bizə                     Düzəltdilər möcüzə
149-Dedilər İsgəndərin                        Nəsli benəsl əndərin
150-Olubdu İranlılar                            Təmiz ariyanlılar
151-Odur ki savaşmadıq                      Biz durub dalaşmadıq
152-Verdik öz qizimizi                         Qırmadıq  özümüzı
153-İskəndər cavan öldü                      Suluklar rəvan oldu
154-Qanı təmiz saxladıq                      Atamızı haxladıq
155-Sonrası əşkanlılar                         Bəlkə də Türkanlılar
156-Gəlib qurdu hökumət                    Başlayıb yeni himmət
157-Sulukuləri qovdular                       Yurda sahib durdular
158-Alimlərdən dedilər                        Ər-əskilər türkdilər
159-Amma ki dilərindən                       Nə də tarixlərindən
160-Heç bir əsər qalmayıb                   Kitab-dəftər qalmayıb
161-Beş yüz illik bu dövlət                   Silinmiş nədir illət
162-Yəqin ki bu zamanda           Bu yerdə bu məkanda
163-Onlar hesabat yazıb                      Özünə daşlar qazıb
164-Amma nə oldu bunlar                   Saraldı soldu bunlar
165-Hindistanlı ərdəşir                        Gör nələr fikirləşir
166-Öldürdü Ərdoğanı                        Yıxdı əşkan ağanı
167-Deyillər əşkanilər                          Eyni qandan deyillər
168-Odur ki sasanilar                          Bu ariyan qanlilar
169-Daşları qırdırdılar                        Başları sındırdılar
170-Bu cür əşkanilərin                         Yox etdi əsərlərin
171-Hopanıblar bir başa                      Qoşulublar Kuruşa
172-Ay kuruşun oğluyam                     Dariyuşun oğluyam
173-Əslimiz həxamaniş                        Qoyublar adın əniş
174-Nə var fəqət bizimdir           Mədəniyyət bizimdir
175-Hindistandan bir kitab                   Gətirib etdi xitab
176-Bu bizim kitabımız                       Bu bizim imanımız
177-Hind,Ərbi ,Türki qatdı                  Içindən dil çıxartdı
178-Yarandı bir Fəhləvi                       Adın qoydu Pəhləvi
179-Budur Kuruşun dili                       Bu Dariyuşun dili
180-Bəlli olubdur indi                          Yalan deyirmiş hindi
181-Kuruşdan qalan daşlar                  Dariyuşa yazan daşlar
182-İlamca yazılıbdır                          Babilcə qazılıbdır
183-Ilam Sumer boyludur           Yəni ki, Türk soyludur
184-Babilər də Samidir                        Ərəblərin namidir
185-Orda nə Pəhləvi var                      Nə də ki Fəhləvi var
186-Ordaki o mixi xətt                         Türkcə desək çivi xətt
187-Sumerlərdən qalıbdır                    Ilamla ucalıbdır
188-Heç Kuruşa dəxli yox                   Dariyuşa dəxli yox
189-Yenə belə yazıllar                         Bəziləri azıllar
190-Bizə yalan satıblar                        Bizləri aldadıblar
191-Deyillər Zərtuştuyuq                      Ən qədimdən biz buyuq
192-Hərdən də bir çaşıllar                   Qaynayıllar daşıllar
193-Gah deyillər ki Kuruş           Özü elə Zərtuştumuş
194-Gah deyillər Ərdəşir                      Zərtuştumuş əlləşir
195-Gah deyillər Kuruşdan                  Hələ heç olmamışdan
196-Neçə min il qabaqdan                   Daha çox-çox uzaqdan
197-Yazmışdı böyük ustad                 Bizlər üçün Əvista
198-Gah deyillər üç min il           Gah deyillər beş min il
199-Bilmirəm heç Ərdəşir                    Nədən belə əlləşir
200-Öznü peyğənbər saya                   Tarixi kökdən dana
 
201-Vardı başqa rəvayət                      Çox dəyişik hekayət
202-Bəzi milli meyillər                          Belə bir söz  deyillər
203-Dupduru həm təptəmiz                  Çeykest adında dəniz
204-Qırağında doğuldu                       Ur bağında doğuldu
205-Yox-yox deyillər sonra                 Gedillər hardan hara
206-Deyillər almanlıdır                        Əsil ariyanlıdir
207-Deyillər atəşgahı                           Azərbaycan vallahı
208-Azərbaycanlı imiş                         Yox ,İsfahanlı imiş
209-Istəxri ya Reyşəhri                        Dolanıb bərri-bəhri
210-Sayıblar üç yüz əlli                       Hələ olmayıb bəlli
211-Ki Zərtuşt haralıdır                       Haranın kralıdır
212-Nə yeri nə doğumu                       Nə bəllidir qohumu
213-Çox nağıllar qoşublar                   Yozublar,yozuşublar
214-Lap tutalım ki düzdür                   Lap doğum yeri yüzdür
215-Soruşdum kitabını                        Əmrini xitabını
216-Dedilər Əvistanı                           Yəştləri, dəstanı
217-O Zərtuşt babam yazıb                 Hər şeyi tamam yazıb
218-Əslin  kimsə  görməyib                 Kimsəyə də  verməyib
219-Amma ki var  üsulu                       Çox müqəddəs, çox ulu
220-Pendarı nik deyibdi                      Quftarı nik deyibdi
221-Kirdari  nik  də vardı                    Sanma sözüm qurtardı
222-Kitabını düz rəfə                          Düz on iki min səhifə
223-Sonrası Vəndidat var                             Böyləcə  böyük ad var
224-Bunlardır asarımız                       Böyük iftixarımız
225-Mən ürəkdən sevindim                 Lap bətərdən öyündüm
226-Mənə göstərin dedim          Yaki göndərin dedim
227-Verdi mənə ünvanı                       Kitabxana Tehranı
228-Axtarıb tapdım axır                     Olmadım belə faxir
229-Sevincim hədər imiş                      Axırı kədər imiş
230-Oxudum Vəndidatı                      O böyük istibdadı
231-Sən demə o milləti                        Böyük bəşəriyyəti
232-Yaman salıb zillətə                       Zülm eləyib millətə
233-Deyir Əhuraməzda                       Murdar qadin da  qiz da
234-It qadından yaxşıdır                     Şeytan ondan yaxşıdır
235-Doğmasaydı kişini                       Qurtarardım işini
236-Amma o üç şüarın                       Pendar, Güftar, Kerdarın
237-Nə imiş mahiyyəti                         Qoy deyim həqiqəti
238-Pendari nik o kəsdi                       Ki o Zərdüşt pərəstı
239-Güftarı nik insanlar                       Zərdüştan danışallar
240-Kerdarı nık deyəndə                     Yaxşı qul, yaxşı bəndə
241-Kerdari nik istəsən                        Moğa qarşı getme sən
242-Kerdari nik olanlar                        Kəsər moğa qurbanlar
243-Sən moğa əlli-yüz ver                    On dörd yaşında qız ver
244-Pendari nik olarsan                       Kerdari nik olarsan
245-Belin əyri olarsa                           Dişin əyri çıxarsa
246-Qadın oğlan doğmasa                  Kişi qızın boğmasa
247-Kim moğu sevmir əyər                 Təbliğin etmir əyər
248-Pendari nik olammaz           Kendari nik olammaz
249-Zərdüştüyük deyənlər                   Fəxr edib oyunənlər
250-Bilsinlər mahiyyəti                        Nə imiş həqiqəti
 
251-Onu necə andırıblar                     Onu necə qandırıblar
252-Yalan-palan duymuşuq                 Nağıllara uymuşuq
253-Gah Zərdüşsan deyiblər                Atəşdussan deyiblər
254-Gah  özün Məzdək deyir              Əlin məndən çək deyir
255-Gah da olur Manəvi                      Gah bilmirəm Sanəvi
256-Gahi Abu Müslimin                      Gahi Islamın dinin
257-Bəyənmir öz qınını                      Öz elin öz ırqını
258-Başqa kimlik axtarar                     Gedib  nəm hara çixar
259-Bizi belə aldadıblar                       Lay deyib yuxuladıblar
260-Biz yuxuya gedendə                      Özümüzü tərk edəndə
261-Boşluğa tuşlanmışıq                     Yanlışa yollanmışıq
262-Deyiblər Iranlısız                         Əsil Ariyanlısız
263-Özgiyə aldanmışıq                       Əslimizi danmışıq
264-Amma Türkəm deyəndə               Həqiqət söyləyəndə
266-Kəsilib doğranmışıq                     Od vurublar yanmışıq
267-Öz el, öz obamızda                      Ana yurd yuvamızda
268-Mühacir adlanmışıq                      Yad olub yadlanmışıq
269-Desən ki Türkəm Dadaş               Aciqlanar o qardaş
270-Onda qiyamət qopar                     Gedib bir silah tapar
271-Xain deyər o sənə                        Bənzədər lap düşmənə
272-Vurar öldürər yazıq                      Səni özündən azıq
273-Deyər biz Azəriyik                        Lap əsil Pəhləviyik
274-Pəhləvi zad deyiləm                      Az eli, Az əriyəm
275-Az oğlu, az boyundan                  Türk oğlu Türk soyundan
276-Amma ər məqamını                      Igidlik nişanını
277-Meydanda qazanmışam                Az əri adlanmışam
278-Necə ki Xəz Ər qazanmış             Necə ki Sav Ər qazanmış
279-Necə ki Mac Ər alıbdır                Necə ki Qac Ər alıbdır
280-Sonra da Alp almışam                  Mən Alp Ər adlanmışam          
281-Sasaniyə fəxr edən                       Öyüb özündən gedən
282-Bilsin ki Sasanlılar                        Bu əlləri qanlılar
283-Qatili adil deyib                            Cümlə əbatil deyib
284-Anuşirvani adil                             Bil kimidi ey qafil
285-Məzdəki sevənlərin                       Məzdəkəm deyənlərin
286-Hamısını toplayıb                        Diri-diri quyulayıb
287-Bəhram o şahı Sasan                    Mani dərisin soyan
288-Qubad minlərin qırdı                    Kilsələri yandırdı
289-Züləktaflıy o şapur                       Çiyin dəlir, ip soxur
290-Saysam cinayətləri                        Dolduracaq dəftəri
291-O şahi Sasanları                           Rüstəmi dastanları
292-Millətə qan uddurub                      Yurduma talan vururb
293-Xəz Ərlərlə savaşmış                   Bərkə düşəndə qaçmış
294-Ərəbi görüb qaçıb                       Imperaturu batıb
295-Firdosi də hey deyir                      Ərəb susumar yeyir
296-Amma ki bu ərəblər                      Bu təhqir edilənlər
297-Din gətirdi Irana                           Elm öyrətdi Sasana
298-Yenə də yaman yazıllar                 Yalan-palan yazıllar
299-Abbası Öməvilər                          Hökumətə gəldilər
300-Başladılar talana                           Gəlib Azərbaycana
301-Türklərə tuşlandılar                      Dik durub dayandılar
 
302-Deyirlər ki Xəz Ərlər           Hər tərəfi gəzərlər
303-Ərəblə vuruşdular                        Çox bətər durmuşdular
304-Ərdəbilin şəhrində                        Savalan ətəyində
305Yendilər Ərəbləri                           Qazandılar zəfəri
306-Alimlər deyir əgər                         Dayanmasaydı Xəz Ər
307-Dəyişərdi dünyanın                      Özəlcə Avropanın
308-Tarixi, siyasəti                    Rəisi, rəyasəti
309-Sonra yenə ərəblər                       Çönüb bura gələllər
310-Bu kəz qəhrəman Baybək             Dayandı atalar tək
311-Qorudu istiqlalı                            Azərbaycan mahalı
312-Zülmə qiyam etdilər                      Qəhrəman Xürrəmilər
313-Söylədi o qəhrəman                      Azad yaranıb insan
314-Əsarətdə qalmarıq                       Kimsəyə qul olmarıq
315-Yaşasın azad Vətən                      Qurbandı bu can, bu tən
316-Igidlərin torpağı                           Qəhrəmanlar yatağı
317-Yaşa sən azad yaşa                      Həmişə abad yaşa
318-Babək ilə igidlər                           Qılıncını çəkdılər
319-Qovdular işğalçını                       Yalançı, yabançını
320-Sonra xəyanət oldu                      Şanlı Babək tutuldu
321-Samirəyə gətdilər                          Qollarını kəsdilər
322-Qanın səpdi üzünə                       Bax hikmətli sözünə
323-Qandı qırmızı saxlar                    Qan getsə üz saralar
324-Mən də qızartdım üzü                  Kor olsun düşmən gözü
325-Zənn etməsinlər qorxdu                Rəngi ruhu soluxdu
326-Üzü qırmızı qaldı                        Bizlərə sözü qaldı