Bəyanatlar

31 Aralıq Dünya Azərbaycanlılar Dayanışma (Həmreylik Günü) Qutlu Olsun

Güney Azərbaycan ilə Quzey Azərbaycan Türklərinin birləşmə və Böyük Bağımsız Azərbaycan'ın yaranış qıvılcımı böylə bir gündə parlamışdır.

31 Aralıq Dünya Azərbaycanlılar Dayanışma (Həmreylik Günü) Qutlu Olsun

 

Güney Azərbaycan ilə Quzey Azərbaycan Türklərinin birləşmə və Böyük Bağımsız Azərbaycan’ın yaranış qıvılcımı böylə bir gündə parlamışdır. 1828 ilində Rus işqalına uğrayan Quzey Azərbaycan və 1925 ilində İran-Fars rejiminin işqalına geçən Azərbaycan Məmləkəti 1989da bağımsızlıq, özgürlük və birləşmə sürəcinə başlamışdır. Bu qutlu gün, 35 milyondan çox Güney Azərbaycanlı Türkün, 10 milyondan çox Quzey Azərbaycan Türkün, və düynaya yayılmış 5 milyondan çox Türkün birləşmə günüdür. Böyük Azərbaycan’ın yaranması, Güney Azərbaycan’ın İran Fars işqalından qurtuluşundadır. Böyük Bağımsız Azerbaycan’ın yaranması tarixi bir gərəklilikdir. Bu gərəkliliği gərçəğə çevirmək, hər Azərbaycanlının və hər Türkün sorumluluğudur. İndi, Güney Azerbaycan bağımsızlığı, hər zamandan çox yaxın görünür. Millətimiz hər gün hər yerdə, İran işqalına qarşı eyləmdədir. İran devlətçiliği hər zamandan çox güçsüz və gərgin durumdadır. Azərbaycan Cumhuriyəti isə, Qarabağ sorununu çözmüş, həm bölgədə və həmdə dünya səviyəsində ən güçlü və istiqrarlı durumdadır. Birləşməğə doğru, Güney Azərbaycan millətinə bu cuğrafi-siyasi fırsat yaranmışdır.

Biz, Güney Azerbaycan öz müqəddəratini təin etmə ( bağımsızlıq…) yolunda hərkəsi dayanışmaya və yardımlaşmaya çağıraraq, bir daha Dünya Azeərbayanlılar Dayanışma Gününü qutluyuruq.

 

Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzi

 

Azərbaycan Mərkəz Partiyası (AMP)

Azərbaycan Milli Dirəniş Təşkilatı (Dirəniş)

Azərbaycan Öyrənci Hərəkatı (AZOH)

Güney Azərbaycan milli Azadlıq Cəbhəsi (GAMAC)

Güney Azərbaycan Demokrat Partiyası (GADP)

Güney Azərbaycan İstiqlal Partiyası (GAİP)

Güney Azərbaycan Liberal Demokrat Partiyası (GALDP)

Güney Azerbaycan Demokratik Türk Birliyi (GADTB)

 

31/12/2022

Show More

Related Articles

Back to top button