Azərbaycanlı fəallar Stokholmda İran səfirliyi qarşısında həbslərə etiraz ediblər

13 dekabr 2025-ci il tarixində səhər saat 10:00-dan etibarən Güney Azərbaycanlı fəallar və İran ərazisində yaşayan digər qeyri-fars xalqların nümayəndələri İsveçin paytaxtı Stokholm şəhərində İran İslam Respublikasının səfirliyi qarşısında etiraz aksiyası keçiriblər.

Azərbaycanlı fəallar Stokholmda İran səfirliyi qarşısında həbslərə etiraz ediblər

Aksiya Güney Azərbaycanda azərbaycanlı fəalların saxlanılması və həbs olunmasına, eləcə də onlara qarşı davam edən basqı və təhlükəsizlik siyasətlərinə etiraz məqsədi daşıyıb.

Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurasının etiraz aksiyası və konfransı, GAİP Rəhbərlik Şurasının üzvü Səməd İlkinli idarəçiliyi ilə təşkil olunub.İştirakçılar şüarlar səsləndirərək və plakatlar qaldıraraq azərbaycanlı fəallara qarşı aparılan basqıları, insan haqlarının geniş şəkildə pozulmasını və qeyri-fars xalqlara qarşı sistemli təzyiqləri qınadıqlarını ifadə ediblər.

Aksiya iştirakçıları özbaşına həbsləri və azərbaycanlı ictimai-siyasi fəallara qarşı məhkəmə və təhlükəsizlik qurumlarının davranışlarını pisləyərək siyasi məhbusların dərhal azad edilməsini, basqı siyasətlərinə son qoyulmasını və zülm altında yaşayan xalqların milli və vətəndaş haqlarının tanınmasını tələb ediblər. Aksiyanın sonunda etiraz bəyanatı Ayda Əmirhaşimi tərəfindən səsləndirilib.

Aksiya sakit və dinc şəraitdə baş tutub və ictimai rəyin, eləcə də kütləvi informasiya vasitələrinin diqqətini həbsdə olan azərbaycanlı fəalların durumuna və etirazçıların insan haqları və milli haqlarla bağlı tələblərinə yönəldə bilib.

Exit mobile version