Bəyanatlar

GÜNEY AZƏRBAYCAN TƏŞKİLATLARI İŞBİRLİYİ MƏRKƏZİNİN FƏALİYYƏTİ İLƏ BAĞLI AÇIQLAMA

Məlumat üçün bildiririk ki, 17 iyul 2021-ci il tarixdən etibarən Güney Azərbaycan Təşkilatlararası işbirliyinin (GATİM) qurulması üçün Güney Azərbaycan partiya və təşkilatlarının iştirakı ilə toplantılar keçirilməyə başlanılmışdı.

GÜNEY AZƏRBAYCAN TƏŞKİLATLARI İŞBİRLİYİ MƏRKƏZİNİN FƏALİYYƏTİ İLƏ BAĞLI AÇIQLAMA

Məlumat üçün bildiririk ki, 17 iyul 2021-ci il tarixdən etibarən Güney Azərbaycan Təşkilatlararası işbirliyinin (GATİM) qurulması üçün Güney Azərbaycan partiya və təşkilatlarının iştirakı ilə toplantılar keçirilməyə başlanılmışdı. İşbirliyi

Mərkəzinin fəaliyyətinin tənzimlənməsi yönündə avqust ayının 16-dan təşkilatlar tərəfindən yazılı təkliflər irəli sürüldü və bu təkliflər əsasında ortaq prinsiplər layihəsi hazırlandı. Layihə üzərindən keçirilən düzənli toplantılarda hər bir prinsip ayrı-ayrılıqda müzakirə olunurdu və qurumlar tərəfindən səsçoxluğu ilə qəbul edilirdi. Nəticədə 12 dekabr 2021-ci tarixdə təşkilatlararası işbirliyi mərkəzinin 14 maddədən ibarət prinsipləri yekunlaşdırılaraq, bütün qatılımçı partiya və təşkilatlar tərəfindən onaylandı və təsdiq olundu. Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzinin 23 sentyabr 2022-ci il tarixdə keçirdiyi toplantıda aldığı birgə qərar əsasında 14 maddədən ibarət fəaliyyət prinsipləri 16 oktyabr 2022-ci il tarixdə mətbuatda açıqlanaraq millətimizə sunuldu.

İşbirliyi Mərkəzinin qəbul etdiyi prinsiplər Azərbaycan mərkəzli milli-siyasi mövqe və Azərbaycan dövlətçilik məfkurəsi əsasında Güney Azərbaycanda milli hakimiyyət qurmaq istiqamətindədir. GATİM üzvləri Güney Azərbaycanın varlığıyla barışmaq istəməyən, türk düşmənçiliyi edən irançı və Güney Azərbaycanın torpaq bütünlüyünə iddia edən hər hansı terrorçu qruplarla işbirliyi aparmamaq şərtilə ortaq bir nöqtədə fəaliyyət göstərməyə qərar vermişlər.

Təəssüf ki, GATİM-nin fəaliyyəti dövründə bəzi üzv partiya və təşkilatların qəbul etdikləri prinsiplərə zidd fəaliyyətləri oldu. Belə ki, Azərbaycan Mərkəz Partiyası (AMP) dəfələrlə İşbirliyi Mərkəzinə üzv olan bütün təşkilatların adından onlardan yetki almadan fars mərkəzli və kürd medialarında açıqlamalar verib, İran yönlü televizyonlarda, konkret olaraq İran İnternational və Radio Fərdadakı çıxışlarında Azərbaycan dövlətçiliyi məfkurəsinə zidd olaraq Güney Azərbaycan milli hərəkatını irançılıq cərəyanının bir parçası kimi göstərməyə cəhd edibdir. Azərbaycan Mərkəz Partiyası (AMP) və Azərbaycan Milli Dirəniş Təşkilatı (Dirəniş) öz rəsmi sayt və sosial hesablarından irançılığı təbliğ edən mənbəyi bəlirsiz çağırışlar yayıblar, onların bəyanatlarını paylaşaraq təbliğ ediblər. Onlar hələ də Güney Azərbaycan Milli Hərəkatına qarşı aparılan fəaliyyətlərə qoşularaq, milli hərəkatı öz milli hədəflərindən yayındırmaq məqsədilə, milli hədəf və şüarlarımıza zidd şüarları təbliğ etməyə və Azərbaycan mİlli hərəkatının şüarları kimi göstərməyə cəhd edirlər. Bundan başqa, dəfələrlə məxfiliyi pozaraq, toplantılarda müzakirə olunan mövzuların kənar şəxslərə və qruplara ötürülməsi halları baş verib və buna heç bir şəffaflıq və açıqlama gətirməyiblər. Azərbaycan Mərkəz Partiyasının (AMP) və Azərbaycan Milli Dirəniş Təşkilatının (Dirəniş) qəbul etdikləri prinsiplərə zidd fəaliyyətləri ilə bağlı dəfələrlə xəbərdarlıq edilsə də, bu xəbərdarlıqlara heç bir əhəmiyyət verməyiblər.

Ona görə də Güney Azərbaycan İstiqlal Partiyası adı çəkilən təşkilatlar tərəfindən prinsiplərin pozulmasını nəzərə alaraq, disiplin komitəsinin qurulmasını İşbirliyi Mərkəzinə təklif etmişdi. Məqsəd, prinsipləri pozan təşkilatların pozucu fəaliyyətlərinin araşdırılıması və onların disiplin komitəsi tərəfindən cəzalandırılaraq, İşbiriliyi Mərkəzindən ixrac olunması idi. Amma, disiplin komitəsi qurulmadığı üçün adı çəkilən partiya və təşkilat öz pozucu fəaliyyətlərinə davam etdirməkdədirlər.

Belə olan halda biz, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), Güney Azərbaycan İstiqlal Partiyası (GAİP), Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) və Güney Azərbaycan Liberal Demokrat Partiyası (GALDP) olaraq, disiplin komitəsi qurulana, Azərbaycan Mərkəz Partiyası (AMP) və Azərbaycan Milli Dirəniş Təşkilatının (Dirəniş) prinsiplərə zidd fəaliyyətlərinə aydınlıq gətirilənə qədər GATİM-nin fəaliyyətinin durdurulmasını uyğun görürük. Bildiririk ki, bundan sonra GATİM adından heç bir rəsmi bəyanat və çağırış verilə bilməz və bu qurumun adından hər hansı təşkilatla dialoq və ya müzakirə aparıla bilməz.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB)

Güney Azərbaycan İstiqlal Partiyası (GAİP)

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC)

Güney Azerbaycan Liberal Demokrat Partiyi (GALDP)

02.11.2022

 

Show More

Related Articles

Back to top button