BəyanatlarXəbərlərYazılar

Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurasının platforma təqdimat konfransı Stokholmda keçirildi

13 dekabr 2025-ci il tarixində, etiraz aksiyasından sonra Azərbaycan Milli Hökumətinin yaradılmasının 80 illiyi münasibətilə Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurasının platforma təqdimat konfransı Stokholm şəhərində təşkil olunub.

Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurasının platforma təqdimat konfransı Stokholmda keçirildi

13 dekabr 2025-ci il tarixində, etiraz aksiyasından sonra Azərbaycan Milli Hökumətinin yaradılmasının 80 illiyi münasibətilə Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurasının platforma təqdimat konfransı Stokholm şəhərində təşkil olunub.

Tədbir saat 13:00-da Stokholmda yerləşən Skandik otelində baş tutub. Konfrans şəhidlərin xatirəsinin yad edilməsi, bir dəqiqəlik sükut və Güney Azərbaycan Milli Hökumətinin himninin səsləndirilməsi ilə açıq elan olunub.

Daha sonra Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurasının platforması və fəaliyyət çərçivəsi iştirakçılara təqdim edilib. Şura üzvləri bir neçə tematik panel çərçivəsində bu qurumun məqsədləri, strukturu və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat veriblər.

Birinci paneldə AMD-nin sədri Çingiz Göytürk Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurasının platforma sənədini səsləndirib. Ardınca GAİP Partiyasının Rəhbərlik Şurasının üzvü Haray Fəthipur çıxış edərək 21 Azərin 80 illiyini Güney Azərbaycan xalqının istiqlaliyyət yolunun başlanğıcı kimi dəyərləndirib. O bildirib ki, İran adlanan məkanda real siyasi dəyişiklik yalnız Azərbaycan xalqının və digər qeyri-fars millətlərin birliyi ilə mümkündür və Güney Azərbaycan İstiqlal Partiyası bu keçid mərhələsində milli dövlətlərin qurulması istiqamətində ortaq mübarizəyə hazırdır.

Eyni panel çərçivəsində GADP Partiyasının sözçüsü Mahmud Bilgin Güney Azərbaycanın siyasi və ictimai vəziyyətini təhlil edərək Əməkdaşlıq Şurasının yaradılmasını təşkilati birlik, imkanların birləşdirilməsi və milli tələblərin ortaq platforma üzərindən izlənməsi ehtiyacına cavab kimi dəyərləndirib.

Panelin ikinci hissəsində GAQP Partiyasının sədri Eldar Qaradağlı, Demokrat Firqəsinin üzvü Ayda Əmirhaşimi, AZOH təşkilatinın sözçüsü Əmir Mərdani və DİRƏNİŞ təşkilatinın sözçüsü Məcid Cavadı təşkilati həmrəyliyin əhəmiyyəti və siyasi mübarizənin uzlaşdırılmasının zəruriliyi ilə bağlı fikirlərini bölüşüblər. Natiqlər siyasi fəaliyyətlərdə mövcud pərakəndəliyə diqqət çəkərək ortaq və ardıcıl mexanizmlərin yaradılmasını mübarizənin təsir gücünü artıran əsas amil kimi qiymətləndiriblər və Əməkdaşlıq Şurasının milli tələblərin təşkili və Güney Azərbaycanın siyasi səsinin gücləndirilməsindəki rolunu ön plana çıxarıblar.

Müxtəlif xalqların və təşkilatların nümayəndələrinin çıxışları

Konfransın davamında bir sıra siyasi fəallar, eləcə də müxtəlif partiya və təşkilatların nümayəndələri tribuna çıxaraq öz baxışlarını və mövqelərini ifadə ediblər.

Öz taleyini belirleme haqqı uğrunda Millətlər Cəbhəsinin(FNFSD) mesajı bu cəbhənin üzvü cənab Tahir Əbunəzal Əhvazi tərəfindən oxunub. O, çıxışında öz taleyini belirleme yolunda güclərin birliyinin və həmrəyliyinin önəmini, basqıçı yürütmələrə qarşı duruşun, eləcə də xalqlar arasında birgə işbirliyinin gücləndirilməsinin gərəkliyini vurğulayıb.

Tahir Əbunəzal Əhvazi, Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurasının qurulmasını haqlı savaşın düzənə salınması və ulusal istəklərin bölgə və dünya ölçüsündə gücləndirilməsi baxımından önəmli addım kimi dəyərləndirib.

Daha sonra Əhvaz Xalq Demokratik Cəbhəsinin təmsilçisi cənab Əli Əburami Əhvazi çıxış edərək zülm və işğal altında olan xalqların övladları arasında mübarizənin uzlaşdırılmasının və birliyinin gücləndirilməsinin önəmini vurğulayıb. O bildirib ki, bu xalqlar ortaq bir amac uğrunda birlikdə savaşırlar; bu amac İran işğalının sona çatdırılması, basqıçı yürütmələrə və zorla dayadılan inkar siyasətlərinə son verilməsidir.

Beluçistanın “Raci Tapaki” Partiyasının baş katibi Məhım Sərxoş İranda zülm altında yaşayan xalqların vəziyyətinə diqqət çəkərək bu xalqlar arasında siyasi əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb və həmrəyliyi basqıcı quruluşlara qarşı mübarizədə təsirli yol kimi dəyərləndirib.

“Əl-nizal Əhvaz” Partiyasının lideri və sözçüsü Səid Həmidan isə Əhvaz xalqının yaşadığı təcrübələri şərh edərək mərkəzləşmə siyasətini və ayrı-seçkiliyi böhranların əsas səbəbi kimi göstərib, zülm altında olan xalqlar arasında ortaq mübarizə çərçivələrinin yaradılmasına çağırış edib.

Ərəb siyasi fəalı və “Təcəmö Əhvaz” Partiyasının üzvü Əvatef Əsədi müxtəlif xalqların siyasi qüvvələri arasında həmrəyliyin roluna toxunaraq mövcud vəziyyətdən çıxış yolunun yalnız təşkilatlanmış əməkdaşlıqdan keçdiyini bildirib.

Qaşqayların Azadlıq Yolu Partiyasının baş katibi və İran Xalqlarının Demokratik İttifaqının dövri sözçüsü Ruhullah Muradi Qaşqayı ortaq basqı və ayrı-seçkilik təcrübələrinə işarə edərək zülm altında olan xalqlar arasında davamlı siyasi əməkdaşlıq mexanizmlərinin yaradılmasını mərkəzçi quruluşa qarşı mübarizənin əsas şərti kimi qiymətləndirib.

Bununla yanaşı, Türkmənsəhra Əməkdaşlıq Şurasının nümayəndəsi Kərim Beyqcanı, Azərbaycan Demokratiya və İnkişaf Ocağının nümayəndəsi Əlirza Ərdəbili, Əhvaz Xalq Demokratik Cəbhəsinin nümayəndəsi Mahmud Məzrəe, Dünya Azərbaycanlıları Konqresinin keçmiş rəhbəri Cavad Dərxəti, Azərbaycan Demokrat Partiyasının üzvü Simin Səbri, İsveçdəki Türkmən Eli Dərnəkləri Federasiyasının sədri Suham Arslan və Türkiyə ordusunun ehtiyatda olan polkovniki Ömər Qarabəkir də çıxış edərək mövqelərini bölüşüblər.

Ərəb, beluç, türkmən və qaşqay xalqlarının nümayəndələri çıxışlarında İkinci Dünya Müharibəsindən sonra Azərbaycan Milli Hökumətinin süqutunu müvəqqəti bir məğlubiyyət kimi qiymətləndirib, qeyri-fars xalqların tarixi haqları uğrunda mübarizəsinin davam etdiyini vurğulayıblar. Onlar qeyd ediblər ki, Tehran mərkəzli basqı, ayrı-seçkilik və mərkəzləşmə siyasətləri xalqların milli tələblərini aradan qaldıra bilməyib və bundan sonra da bilməyəcək.

Related Articles

Back to top button