Bəyanatlar

GÜNEY AZƏRBAYCAN TƏŞKİLATLARI İŞBİRLİYİ MƏRKƏZİNİN BİLDİRİSİ

Dəyərli Azərbaycan Türk Milləti!   Bildiyiniz kimi Güney Azərbaycan Milli Hərəkətınə mənsub 9 təşkilatın birgə təşəbbüsü ilə 17.7. 2021-ci il tarixdən etibarən Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzi fəaliyyətə başlayıb.

GÜNEY AZƏRBAYCAN TƏŞKİLATLARI İŞBİRLİYİ MƏRKƏZİNİN
BİLDİRİSİ

Dəyərli Azərbaycan Türk Milləti!

Bildiyiniz kimi Güney Azərbaycan Milli Hərəkətınə mənsub 9 təşkilatın birgə təşəbbüsü ilə 17.7. 2021-ci il tarixdən etibarən Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzi fəaliyyətə başlayıb.

Bu qurulun yaradılmasının əsas məqsədi milli hərəkətlə ilgili ortaq məşvərət və müzakirələr aparmaq, Güney Azərbaycanla bağlı aparılan fəaliyyətlərə birlikdə dəstək vermək, bildirilər yaymaq, çağırışlar etmək və kordinə olunmuş şəkildə təşkilatlararası işbirliyinə nail olmaqdan ibarətdir. Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzi ortaq qərarla özünün 14 maddəlik fəaliyyət prinsiplərini və iç düzüyünü hazırlamış və bu əsasda da dəfələrlə Güney Azərbaycan Milli Hərəkətı ilə bağlı birgə bəyanat, bildiri və çağrışlara imza atmışdır.

Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzi davamlı olaraq iclaslarını keçirir, Güney Azərbaycanla bağlı gündəmdə olan məsələləri ortaq müzakirəyə çıxarır və zəruri olduğu halda qərarlar qəbul edir. Məlumat üçün bildirmək istərdik ki, mərkəzə üyə təşkilatlardan biri olan GAMOH 24.3.2022-ci il tarixdə öz istəyi ilə bu qurumdan ayrılmışdır. Hazırda Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzində 8 təşkilat təmsil olunur və bu qurum öz fəaliyyəti ilə bağlı davamlı olaraq millətimizə bilgi verəcəkdir.

Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzi üyələri:
Azadlıq Cəbhəsi (GAMAC)
Azərbaycan Mərkəz Partiyası (AMP)
Azərbaycan Milli Dirənis‌ Təs‌kilatı (Dirənis‌)
Azərbaycan O‌yrənci Hərəkatı (AZOH)
Gu‌ney Azərbaycan Demokrat Partiyası (GADP)
Gu‌ney Azərbaycan I‌stiqlal Partiyası (GAI‌P)
Gu‌ney Azərbaycan Liberal Demokrat Partiyası (GALDP)
Gu‌ney Azərbaycan Demokratik Tu‌rk Birliyi (GADTB)

28.3.2022

Related Articles

Back to top button